İsrail ordusu fələstinlidən üç alma oğurlayan komandiri cəzalandırdı - VİDEO

İsrail ordusu fələstinlidən üç alma oğurlayan komandiri cəzalandırdı - VİDEO

İsrailin müdafiə ordusu fələstinli tacirdən alma oğurlayan komandiri xidmətdən uzaqlaşdırıb.

BiG.AZ oxu.az-a istinadən bildirir ki, bu barədə Silahlı Qüvvələrin mətbuat xidməti məlumat yayıb.

"Ordu bu cür hərəkəti məqbul saymır. Araşdırmalardan sonra komandir xidmətdən uzaqlaşdırılıb. O, cəzasını alıb", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, hadisə ABŞ-ın Qüdsü İsrailin paytaxtı olaraq tanıması ilə bağlı qərarından sonra dekabrın 9-da Hevron şəhərində baş qaldıran iğtişaşların yatırılması üzrə aparılan xüsusi əməliyyat zamanı baş verib. 84-cü piyada briqadası "Givati"nin dəstə komandiri rayonlardan birini yoxlayarkən, sahibinin qoyub qaçdığı piştaxtaya yaxınlaşaraq üç alma götürüb və əsgərlərinə ötürüb. Bütün bunlar şahidlər tərəfində videoya alınıb və sonra Twitter-də yerləşdirilib.


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1084 Tarix: 10.12.2017



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər