Röyaya Moskva konsertində BAHALI HƏDİYYƏ: "Gələn dəfə bir az balaca edin" - FOTO

Röyaya Moskva konsertində BAHALI HƏDİYYƏ: "Gələn dəfə bir az balaca edin" - FOTO

Əməkdar artist Röya Ayxan Moskvada konsert proqramı ilə çıxış edib.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, o, Vegas City Hallda səhnəyə çıxıb. Qırmızı libası və krem ayaqqabısı ilə diqqətləri üzərinə çəkən sənətçinin imicini dəyişməsi də gözlərdən yayınmayıb. Belə ki, saçlarını uzadıb, onları sarı rəngə boyayan Röyanın yeni görüntüsünü stilist Anar Ağakişiyev ərsəyə gətirib.Gecəboyu səhnədə sevilən hitlərini bir-birinin ardınca səsləndirən sənətçi hədiyyə yağışına qərq edilib. Ona verilən ən gözəgəlimli hədiyyə isə oyuncaq ayı olub. Boyu və çəkisi ilə diqqət çəkən oyuncaq o qədər iri olub ki, Röyanın komandası ayıya əlavə təyyarə bileti almaq məcburiyyətində qalıb. Bu barədə Əməkdar artist özü məlumat verib: "Gələn dəfə hədiyyəni bir az balaca edin, "Mişka"ya da bilet almaq məcburiyyətində qalırıq".

Qeyd edək ki, bu Röyanın Moskvada sayca üçüncü böyük konsertidir.

Röyaya Moskva konsertində BAHALI HƏDİYYƏ: "Gələn dəfə bir az balaca edin" - FOTO
Röyaya Moskva konsertində BAHALI HƏDİYYƏ: "Gələn dəfə bir az balaca edin" - FOTO

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 4663 Tarix: 10.12.2017



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər