Yumurtalar kodlanır - Rəqəmlərin mənası nədir?

Yumurtalar kodlanır - Rəqəmlərin mənası nədir?Son vaxtlar yumurta qiymətlərində dəyişiklik, hər satış şəbəkəsinin özünəuyğun qiymət müəyyən etməsi alıcılar arasında keyfiyyətli yumurta seçimində çaşqınlıq yaradır. Haqlı olaraq "baha satılan yumurta ən keyfiyyətlisidir, yoxsa bu, sadəcə marketin qiymət siyasətidir?" - deyə suallar yaranır. Xüsusən də, kənd yumurtası adı altında satılan yumurtalarda obyekt sahibləri istədikləri qiyməti müəyyən edir və bunu yumurtanın keyfiyyəti ilə əsaslandırırlar. Halbuki, həmin yumurtanın digərlərindən daha keyfiyyətli olmasını təsdiqləyici heç bir sənəd olmur.

Əlbəttə, bu problem təkcə bizim ölkə üçün aktual deyil. Oxşar problem zaman-zaman Türkiyədə də gündəmə gəlir. Amma orada bunun həll variantları təklif edilir. Ölkənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi bunun üçün yumurtaları "yetişdirilmə metodu kodu" məsələsini gündəmə gətirib. Bundan sonra üzərində kod olmayan yumurta satılmayacaq.

Yetişdirilmə metoduna görə yumurtalara kod vurulacaq. Məsələn, toyuğun yeminə və özünə heç bir hormon vurulmadan, təbii şəkildə əldə olunan yumurtalar "0" kodla işarələnəcək və ən bahalı yumurta olacaq.

Toyuğun saxlandığı mühitdə rahat hərəkət edə bilməsi üçün ərazi mövcuddursa, onun yumurtasına "1" kodu vurulacaq. Amma bu toyuqlara hormon və GMO-lu yem məhdudiyyəti olmaya bilər.

Saxlandığı mühitdə normal hərəkət edən bilən, lakin qidalarında heç bir məhdudiyyət olmayan toyuqların yumurtası "2" kodu ilə işarələnəcək.

Ancaq qəfəslərdə saxlanan, demək olar ki, hərəkət məhdudiyyəti olan toyuqların yumurtası "3" rəqəmi ilə kodlanacaq. Bunlar keyfiyyətsiz yumurtalar hesab ediləcək.

Ölkəmizdə də toyuqların saxlanma şəraitinə görə yumurtalara bu cür kodlanmanın tətbiq edilməsi nə qədər realdır?

BiG.AZ bildirir ki, Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev publika.az-a açıqlamasında ölkəmizdə belə bir kodlanmaya ehtiyac olmadığını deyib:

"Toyuğun keyfiyyət kateqoriyası onun istehsal müddəti və çəkisi ilə bağlıdır. Bütün yumurtaların tərkibi eynidir. Lakin yumurtanın uzun müddətdə saxlanması onun keyfiyyətinə təsir edir, tərkibindəki bəzi maddələrin azalmasına səbəb olur. Bizim bütün istehsalçılar yumurtanın üzərinə istehsal tarixini yazır. Yumurtanın saxlanma müddəti 28 gündür. Üzərində istehsal müddəti yazılmayan yumurtalar onun həyət yumurtası olduğunu göstərir. Lakin bu yazının olmamasının insanlarda yumurta seçimində fikir ayrılığı yaratdığını düşünmürəm".

Toyuğun saxlanma şəraiti və qidalanmasının yumurtanın keyfiyyətinə təsirinə gəldikdə, A.Vəliyev ölkəmizdəki yumurta istehsalçıların hamısının toyuğu eyni şəraitdə saxladığını, eyni qidadan istifadə etdiklərini bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1618   Tarix: 09 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb, 2 nəfər itkin düşənlərin axtarışları davam edir. xəbər verir ki, Qazaxıstan daxili işlər nazirinin birinci müavini Marat Kocayev Senatın ümumi iclasından sonra jurnalistlərə açıqlama verib. Kocayev ölkədə davam edən daşqınlar səbəbilə Atrau bölgəsind

18.04.2024 235
.

Yaponiyanın qərbində ardıcıl zəlzələ oldu

Yaponiyanın qərbindəki Ehime prefekturasının sahilində yerləşən Bunqo-suido boğazında ardıcıl zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 6,4 və 5 bal gücündə baş verib. Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Qeyd edək ki, 6,4 maqnituda gücündə zəlzələ 50 kilometr dərinlikdə, 5 maqnitudal

18.04.2024 283
.

BDU-nun tələbəsi intihar etdi

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı hald

10:32 51
.

"Ermənistan rəhbərliyinin addımını dəstəkləyən kəslər, Azərbaycanın da bu kimi addımlar atacağı təqdirdə səssizliyini qorusun"

"İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin son 1 ayda açıqlamaları Bakı və Tehran arasında hazırda mülayimləşməyə gedən münasibətlərə xələl gətirir. İlin günün bu vaxtında hazırda Azərbaycanla İran arasında nəqliyyat - kommunikasiya və sərhədyanı ərazilərdə başladılan yeni əməkdaşlıq trendlər

18.04.2024 255
.

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO

"Məni həkim yox, texniki işçi əməliyyat edib". -ın məlumatına görə, bu iddianı paytaxt sakini Camal Şabanov irəli sürüb. Onun sözlərinə görə, bu il fevral ayında İcbari Tibbi Sığorta ilə Bakı Sağlamlıq Mərkəzində ayağından əməliyyat olunub. Camal Şabanov deyir ki, onu həkim Ruslan Əliyevi

17.04.2024 811
.

Türkiyədə plastik məhsullar istehsal edən fabrikdə baş verib - VİDEO

Türkiyənin İzmir şəhərində plastik məhsullar istehsal edən fabrikdə yanğın olub. BİG.AZ xəbər verir ki, hadisənin baş vermə səbəbi məlum deyil. Əraziyə axtarış-xilasetmə əməkdaşları cəlb olunub. Yanğın söndürülüb. Həmin videonu təqdim edirik:

18.04.2024 129
.

Pensiyaların gecikməsi ilə bağlı rəsmi - AÇIQLAMA

"Bəzi sosial şəbəkə və internet resurslarında aprel ayının pensiyalarının yubanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir". Bu sözləri -a açıqlamasında Dövlət Sosial Müdafiə Fondun (DSMF) mətbuat katibi Rəşad Mehdili ödənişlərin aprelin 19-da yekunlaşacağını bildirib. "Pensiyaları

18.04.2024 494
.

Türkiyədə 4,7 bal gücündə zəlzələ olub

Türkiyənin Tokat şəhərində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,7 bal gücündə qeydə alınıb. Bu barədə AFAD məlumat yayıb. Zəlzələ nəticəsində ölən və yaralananların olduğu barəsində məlumat verilməyib

18.04.2024 293
.

Kişi əqrəb yeyib özünü öldürdü

Türkiyədə əqrəb yeyən kişi ölüb. Türkiyə mediasına istinadən xəbər verir ki, Kayserinin Hasancık kəndində yaşayan 56 yaşlı Bilal Yiğit depressiyaya düşməsi nəticəsində 2 əqrəb yeyib. Avtobusla Artvinə gedən Bilal Yiğitin Samsunda avtobusda ikən vəziyyəti pisləşib. Xəstəxanaya aparılan Yiğit 2 əqrəb yediyin

18.04.2024 450