Azərbaycanda kütləvi dava: Polislər xəsarət aldı

Azərbaycanda kütləvi dava: Polislər xəsarət aldı

Biləsuvar rayonunda kütləvi dava baş verib.

BiG.AZ-ın xəbərinə görə, hadisə şahidləri report-a bildiriblər ki, mübahisə edən şəxsləri ayırmaq istəyən 2 post patrul xidmətinin əməkdaşı – rayon sakinləri – 1989-cu il təvəllüdlü Qasid Rəşid oğlu Əsgərov və 1991-ci il təvəllüdlü Daşqın Vəkil oğlu Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralı polis əməkdaşlarına Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib.

Biləsuvar Rayon Polis Şöbəsinin məlumatına əsasən isə, insident zamanı bir polis əməkdaşı xəsarət alıb.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 904 Tarix: 07.12.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol