Azərbaycanda yeni virus yayıldı - VİDEO

Azərbaycanda yeni virus yayıldı - VİDEO

Öskürək, yüksək hərarət... sadaladıqlarım qripin əlamətlərinə bənzəsə də, əslində bunlar başqa bir xəstəlikdən xəbər verir. Ölkədə qripəbənzər viruslar peyda olub. Bu xəstəliklər hansı fəsadlara yol aça bilər və bundan qorunmaq üçün nələrə diqqət etməliyik?

BiG.AZ xezerxeber.az-a istinadən bildirir ki, ölkəmizdə oktyabrın 1-dən, yəni qrip müayinələri mövsümünün başladığı gündən indiyə qədər Taun Əleyhinə Stansiyasının laboratoriyasına ölkənin müxtəlif şəhər və rayonlarından 63 şübhəli yaxma nümunəsi daxil olub. Bunu stansiyanın direktor müavini Rita İsmayılova açıqlamasında deyib.

Onun sözlərinə görə, nümunələrin müayinəsi nəticəsində xüsusi təhlükəli kəskin respirator xəstəliklərinin törədiciləri aşkar edilməyib. Sadəcə qripəbənzər respirator xəstəliklərin növü olan 2 paraqrip və 1 adenovirus aşkar olunub.

Rita İsmayılova qeyd edib ki, 51 yaxma nümunəsi 17 yaşına qədər insanlardan götürülüb. Bu viruslara yoluxmamaq üçün isə bir necə nüansa fikir vermək kifayət edir.
Direktor müavini həmçinin qeyd edib ki, bu viruslar daha çox bu mövsümlərdə peyda olur və vaxtında müalicə olunmadıqda fəsadlar verə bilir.

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1431 Tarix: 07.12.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Cesika
Cesika 08.12.2017
Bezdik daha bu viruslardan eve girende apteka gelirsen ele bil,,
...Her weye canini sixma ey konul,ne bu dertler qalicidi ,nede bu òmùr...