Qadın və kişi beyninin 20 fərqli cəhəti

Qadın və kişi beyninin 20 fərqli cəhətiQadınlarla kişilər arasında eynilik axtaran, onları əks cinslə bərabərləşdirmək istəyənlərə cavab olaraq müasir elmin üzə çıxartdığı qadın və kişi beyninin 20 fərqli cəhətini təqdim edirik:
1. Artıq çoxdan sübut olunub ki, qadınların beyni kişilərinkindən 10% kiçikdir. Lakin bu cəhət intellekt səviyyəsinə təsir etmir.
2. Yaş artdıqca kişilərin beyni qadına nisbətən daha sürətlə kiçilir (yığılır).
3. Bu və ya digər məsələni həll edərkən kişilərin beynində hərəkətə keçən hissə ilə qadının beynində hərəkətə keçən hissə müxtəlifdir.
4. Əgər kişi yolu azıbsa, o, hərəkət istiqamətini və gedilən məsafəni yadda saxlamaqla yolu tapır. Qadın yolu azdıqda isə müxtəlif obyekt və istiqamətləri xatırlayır. Həmçinin sükan arxasında olarkən kişi yolu rəqəmsal mənada yadda saxlayır, qadının yaddaşında isə müxtəlif reklam şitləri və maqazin vitrinləri həkk olunur.
5. Qadınlar hər şeyi xırda detallarına qədər xatırlayırlar, kişilər isə məsələnin məğzi ilə kifayətlənirlər.
6. Kişilər informasiyanı tez mənimsədiklərinə görə, tez bir zamanda da reaksiya verirlər. Qadınlarda isə bu, əksinədir.
7. Qadınlar, adətən, bir neçə informasiya axınını birlikdə qəbul edə bilirlər. Kişilər isə bu cür iş gördükdə qıcıqlanırlar.
8. Kişilər dəqiq elmlərdə güclüdürlər. Qadınlarda isə daha çox humanitar fənlər yaxşı alınır.
9. Kişilər hər an intim münasibətlər, şəhvani hisslər barədə düşünürlər. (Əlbəttə, İslamın göstərişi əsasında nəfslə cihad aparmaq insanı bu heyvani xüsusiyyətdən uzaqlaşdırır, belə fikirləri ailə çərçivəsinə salır). Qadınlar isə bu işi bir neçə gündən bir xatırlayırlar (əlbəttə, bəzi istisnaları nəzərə almasaq).
10. Qadınlar daha çox danışırlar. Bu ünsiyyətcillik beyində ləzzət mərkəzinin fəaliyyəti ilə əlaqədardır.
11. Qəfil, yüksək və qıcıqlandırıcı səslərə kişilərin və qadınların reaksiyası fərqli olur.
12. Qadını ələ almaq, etimadını qazanmaq üçün həyat yoldaşının onu 20 saniyə sinəsinə sıxaraq qucaqlaması kifayət edir. Bu da qadının emosianallığı ilə əlaqədardır.
13. Qadınlar gün ərzində kişilərdən 3 dəfə çox söz işlədirlər.
14. Qadın beyni fəaliyyət zamanı daha artıq qızır, həmçinin daha çox qlükoza sərf edir.
15. Kişilər və qadınlar lətifəni müxtəlif cür qəbul edirlər. Kişiləri daha çox şən sonluq maraqlandırır. Qadınlar isə lətifənin bütünlüklə incəliyindən, deyilişdən həzz alırlar.
16. Qadınlarda təşkilatçılıq qabiliyyəti daha çox inkişaf edib.
17. Kişinin səs duyma qabiliyyəti qadınınkından daha zəifdir. Elə ona görə də qadınlar ən incə intonasiyaları eşidirlər, kişilər isə bu cəhətdə geri qalırlar. Kişilərin baxışları da (hər hansı sənət əsərindən tutmuş ailə münasibətlərinədək) daha ümumidir. Qadınlar isə hər hansı bir əsərin və ya münasibətin bütün detallarını xatırlayırlar.
18. Kişilər başqasının sözünü məntiq vasitəsi ilə qəbul edirlər, ona görə də nə deyilirsə, onu da eşidirlər. Qadınlar isə hissiyyat və emosialara qapılırlar. Ona görə də qadın nəzərində qarşıda dayanıb danışan şəxs həmişə nəyəsə "işarə vurur", nəsə "demək istəyir"
19. Qadınlar yaradılışdan insanlarla daha çox uyğunlaşan, qaynayıb qarışan təbiətə sahibdirlər. Kişilər isə aqressiv və rəqabətcildirlər. Ona görə də kişilər tez-tez dalaşır, qadınlar isə kişilərin onlarla uzun müddət söhbət edə bilməməsindən şikayətlənirlər. Məsələ burasındadır ki, kişilərin nitqi bir qayda olaraq daha zəif inkişaf edir.
20. Əgər yolda top olarsa, kişi o topa bir təpik vuracaq. Qadın isə belə vəziyyətdə çox güman ki, topu əli ilə götürüb qucağında tutacaq. Qadın və kişi təbiətinin fərqliliyi bax belə təzahür edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5372   Tarix: 04 mart 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024