London merindən Trampa çağırış: Gəlmə!

London merindən Trampa çağırış: Gəlmə!

Londonun meri Sadiq Xan ABŞ prezidenti Donald Trampı Böyük Britaniyaya səfər etməməyə çağırıb.

Bigaz oxu.az-a istinadən xəbər verir ki, S.Xan belə bir bəyanatla ABŞ lideri Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan etdikdən sonra çıxış edib.

“O, bu qərarı ilə müsəlman dünyasını təhqir etdiyini anlamır. London sakinləri də Trampın pərəstişkarları deyillər. Eşitmişəm ki, o, fevralda Londona gəlməyi planlaşdırır, lakin rəsmi səfərlə deyil. İndi necə gələcəyinə baxarıq”, - deyə Xan bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 670 Tarix: 07.12.2017



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər