"Baş bank bahalı siyasətdən daha yumşaq monetar siyasətə keçid etməlidir"

"Baş bank bahalı siyasətdən daha yumşaq monetar siyasətə keçid etməlidir"

"Mərkəzi Bank bir rəqəmli infilyasiya hədəfləsə də uçot stavkasını 15 faiz olaraq saxlamaqdadır".

BiG.AZ xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov deyib. O bildirib ki, uçot stavkası Gürcüstanda 7, Moldovada 8, Rusiyada 9, Qazaxıstanda 10.5, Belarusda 12 faizdir:

"Bütövlükdə MDB-də yalnız Tajikstanda uçot stavkası bizdən 1 faiz çoxdur, digər bütün dövlətlərdə daha aşağı dərəcələr tətbiq edilir. Depozit faizlərinin kəskin azaldığını, aşağı səviyyəli infilyasiyanın hədəfləndiyini, hətta depozit hərraclarında da faizin aşağı düşdüyünü nəzərə aldıqda Azərbaycan Mərkəzi Bankının yüksək stavkaya üstünlük verməsinin səbəblərini izah etmək çətindir. Əslind, baş bank konservativ bahalı siyasətdən daha yumşaq monetar siyasətə keçid etməlidir".
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 170 Tarix: 07.12.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol