Salyanda ata 4 qızını və arvadını necə öldürüb? - Dəmirlə döydü, boğazlarını kəsdi və üzü qibləyə...

Salyanda ata 4 qızını və arvadını necə öldürüb? - Dəmirlə döydü, boğazlarını kəsdi və üzü qibləyə...Salyan şəhərinin "Zavod" məhəlləsi adlanan ərazisində 2014-cü ildə baş vermiş və üstü indi açılmış tükürpədici ailə qətliamının təfərrüatları məlum olub.

BiG.AZ bildirir ki, virtualaz.org Salyandakı mənbələrdən öyrənib ki, qətliamı törədən şəxs-ailə başçısı Əliyev Fərhad Məhərrəm oğlu istintaqa ilkin ifadəsində dörd qızını və arvadını "ailə münaqişəsi" zəminində öldürdüyünü bildirib.

Məlum olub ki, manyak-ata övladlarını və arvadını əvvəlcə dəmir parçası ilə döyərək öldürüb, sonra bir-bir boğazlarını kəsib. Qətliamı törətdikdən sonra o, meyitləri yaşadıqları evin yataq otağının altında, zirzəmidə təxminən 1 metr dərinlikdə quyu qazaraq yan-yana, üzü qibləyə düzüb. Qatil meyitlərin üstünü köhnə odeyalla örtüb və torpaqlayıb, daha sonra həmin evdə oğlu ilə birlikdə yaşamaqda davam edib. Qətldə F.Əliyevin oğlu Fəqanın da iştirak etdiyi təxmin edilir, hazırda onun qətliamda rolu araşdırılır.

Qətlə yetrilən ananın-Mehparə Əliyevanın 1961-ci il təvəllüdlü olduğu məlum olub. Onun qızları İradə 1985-ci il, Rəqibə 1998-ci il, Sevda 1987-ci il, Ümidə isə 1991-ci il təvəllüdlüdür.

Salyan sakinlərindən aldığımız məlumata görə F.Əliyevin yaşadığı və üç il əvvəl qətliamın törədildiyi həmin ev yarıuçuq daxmadır, baxımsız vəziyyətdədir, həyəti tikan, alaq basıb. Qətlə yetirilən ana və qızları namuslu, zəhmətkeş insanlar kimi tanınıblar. Ailənin demək olar ki, bütün ehtiyacları ananın çiyinlərindəymiş.

Ana və qızları yoxa çıxdıqdan sonra Salyan rayon Polis İdarəsində onlar "itkin düşmüş şəxslər" kimi axtarışda olublar. Lakin ana və qızlarının Azərbaycanın dövlət sərhədlərini keçmədiyi dəqiqləşsə də nəyə görəsə onların axtarışı demək olar ki, aparılmayıb. Baxmayaraq ki, qətliamı törədən şəxs və oğlu Salyanda əyyaş, davakar, cinayətə meylli adamlar kimi tanınırdılar. Və onların evlərində tez-tez münaqişələrin baş verdiyi sirr deyildi.

Xəbər verdiyimiz kimi bu hadisənin üstü "Xəzər TV"-də Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişindən sonra açılıb. Belə ki, proqramda Salyanda 3 il əvvəl yoxa çıxan ana və dörd qızının Türkiyəyə getdiyi barədə ehtimal müzakirəyə çıxarılıb. Mehparə Əliyevanın bacısı isə studiya ilə əlaqə saxlayaraq deyib ki, Dövlət Sərhəd Xidməti ana və qızlarının ölkə sərhədlərini keçmədiyini müəyyən edib. Və onların taleyini qadının ərindən və oğlundan soruşmaq lazımdır.

Proqramda danışılanlardan belə məlum olur ki, Əliyev Fərhad və oğlu rayonda ana və qızlarının Türkiyədə olduqları haqda şaiyələr yayıblar, yaxud onların Bakıda, qalan şəhərlərdə olduğu haqda danışılıb.

Bu proqram efirə gedəndən sonra Salyanda qatil-manyak və oğlu arasında mübahisə yaranıb. Salyan sakinlərindən biri deyib ki, ötən gün şəhərdəki ucuz kafelərdən birinin qarşısında manyak-qatillə oğlu arasında bərk mübahisə getdyini görüb. Belə ki, oğul harasa getmək istəsə də sərxoş halda olan atası ona "getmə" deyirmiş. Daha sonra mübahisə davaya çevrilib, kafenin pəncərəsinin şüşəsi sındırılıb. Mübahisə edənlər kafedən uzaqlaşıblar, hadisə yerinə polis gəlib. Lakin kafedəkilər bu mübahisənin səbəbi ilə maraqlanmayıblar. Manyak-qatillə oğlu nəhayət ötən gecə bərk sərxoş halda polisə gedərək törətikləri hadisəni etiraf ediblər.

Sözügedən sayt xəbər verir ki, ana və qızlarının cəsədlərinin qalıqları hazırda Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyin Salyan Rayonlararası Zona Mərkəzinə aparılıb. Cəsədlərin Bakıdan gedən istintaq qrupunun iştirakı ilə müayinə olunacağı gözlənilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5934   Tarix: 07 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qəzzada ölənlərin sayı 32623 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı artıb. Bu barədə Fələstinin Qəzzadakı Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Kudra məlumat yayıb. Kudra bildirib ki, son 24 saat ərzində İsrail ordusunun Qəzza zolağın

13:26 133
.

Siyam əkizlərindən biri evləndi

Siyam əkizləri Abbi və Britani adlı siyam əkizlərindən sol tərəfdə olan Abbi evlənib. xəbər verir ki, o, hərbçi Coş Bovlinq ilə ailə qurub. Cütlük 2017-ci ildə kilsədə tanış olublar. Coş digər əkizin də razılığını alandan sonra Abbiyə evlənmə təklif edib. Əkizlərin beldən aşağı orqanları və qan axın

16:22 326
.

Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Azərbaycanda kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq. "Report"un məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb. Layihəy

15:52 206
.

İsmayıl Tamoyev Bakı həbsxanasında öldü

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum İsmayıl Tamoyev dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır

15:21 246
.

Azərbaycanda "Prius"un qiyməti kəskin ucuzlaşdı (FOTO)

Azərbaycanda istehsal ili 8 ildən çox olan "Toyota Prius"ların kütləvi satışına başlanılıb. BİG.AZ -a istinadən xəbər xəbər verir ki, buna səbəb Nazirlər Kabinetinin taksilərlə bağlı verdiyi qərar olub. Belə ki, verilən qərara əsasən, 2016-cı ildən əvvəlki illərdə istehsal olunan avtomobillərl

13:15 421
.

Yeni qanun hansı taksi sürücülərinə şamil olunacaq ?

Azərbaycanda bundan sonra taksi minik avtomobilləri ağ və yaxud qırmızı rənglərdə olacaq. Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"d

13:30 13
.

Almaniyada yanğın nəticəsində ölənlərin xatirəsi yad edilib - VİDEO

Almaniyanın Solingen şəhərində yerləşən 4 mərtəbəli binada yanğın baş verən yanğınla bağlı mərasim keçirilib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində eyni ailədən olan 4 nəfər ölüb. Onların Türk mənşəli Bolqarıstan vətəndaşları olduğu bildirilib. 1993-cü il mayın 29-da Solingen şəhərində evlərini

12:26 92
.

AzTV Arayik Arutyunyanın müsahibəsini niyə yayımlamadı? - AÇIQLAMA

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik Arutyunyanla müsahibə yayımlamalı idi. Lakin AzTV bir müddət əvvəl vəd etdiyi müsahibəni ötən axşam efirə vermədi. Sosial şəbəkələrdə bəzi şəxslər telekanalı tamaşaçıları aldatmaqd

12:54 238
.

Onların təhsilhaqqını dövlət ödəyəcək

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında"

13:19 244