İki minik avtomobili toqquşdu: 4 yaralı - VİDEO

İki minik avtomobili toqquşdu: 4 yaralı - VİDEO

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 211-ci kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində yol qəzası baş verib.

ARB TV xəbər verir ki, qəza zamanı 4 nəfərin xəsarət alıb.

"Range Rover" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir ailənin üzvləri, İsmayıllı rayonu Hacıhətəmli kənd sakinləri 55 yaşlı Əlfəddin Yediyarov, 62 yaşlı İzafəddin Yediyarov, 60 yaşlı Gülsənəm Yediyarova, 56 yaşlı Nazeka Yediyarova müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 348 Tarix: 07.12.2017


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər