İlqar Məmmədov şərti azadlığa buraxıla bilər - Prezident köməkçisindən açıqlama

İlqar Məmmədov şərti azadlığa buraxıla bilər - Prezident köməkçisindən açıqlama"Müstəqillik illərində Qərbdə və Avropada müəyyən dairələrin Azərbaycanla bağlı proseslərə ədalətli mövqe nümayiş etdirməməsi Azərbaycan ictimaiyyətini artıq son dərəcə narahat edir. Belə mövqenin yeni bir nümunəsi dekabrın 5-də Avropa Şurasında İlqar Məmmədovla bağlı məsələnin müzakirəsi zamanı özünü göstərdi".

Bunu Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri Novruz Məmmədov deyib. N. Məmmədovun sözlərinə görə, İlqar Məmmədovla bağlı məsələ artıq bir müddətdir ki, Avropa Şurasının fəaliyyətinə istiqamət verə biləcək fiqurlardan olan baş katib Yaqlandın yuxusuna haram qatıb: "O elə hesab edir ki, hansı məqsədlərə xidmət etdiyini heç kim bilmir. Görünür, Yaqlandın məqsədi İlqar Məmmədov məsələsini əlində "insan haqlarının müdafiəçisi" bayrağı edərək, nəyin bahasına olursa olsun, Azərbaycanı "cəzalandırmaq", Azərbaycana özünün nəyə qadir olduğunu nümayiş etdirməkdir.

Düşünür ki, buna asanlıqla nail ola bilər. Nahaq yerə Avropa İttifaqını - xristian klubu adlandırmırlar ki! Niyə Avropa Şurası da xristian klubu olmasın. İslamofobiyanın bu səviyyəyə çatdığı bir zamanda ona kim mane ola bilər. Elə bu yolla da istədiyi "əsas məqsədinə" çata bilər. Belə olmasaydı, ötən illər ərzində, Avropa Şurasına üzv ola-ola Azərbaycanın ərazilərini işğal altında saxlayan Ermənistanla əlaqədar, heç olmasa, bircə dəfə bir yerdə bir söz deyər, mövqe bildirərdi. Amma əfsuslar. Daim insan haqlarından, öhdəlikdən danışan bu Avropa qurumunun, sanki, heç bir öhdəliyi yoxdur. Başqa dövlətin ərazilərini işğal altında saxlayan dövlət Yaqlandın mövqeyinə görə heç bir məsuliyyət daşımır".

N. Məmmədov bildirib ki, Ermənistanın uzun illərdir Azərbaycan torpaqlarını işğal altında saxlamasına, orada yaşayan 1 milyondan artıq Azərbaycanlının təməl hüquqlarını pozmasına, Xocalı soyqırımını törətməsinə baxmayaraq, ona qarşı heç bir tədbir görülmür, hər hansı sanksiya tətbiq edilmir və bu ölkə hələ də insan hüquqlarının simvolu olan Avropa Şurasının üzvüdür: "Avropa dəyərləri budurmu? Nə səbəbə Avropa İttifaqından öz ərazi bütövlüyünə dəstək almaq üçün Azərbaycan 26 il gözləməli idi?
Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalına biganə yanaşan Avropa özü bu gün separatizmlə üzləşdiyindən məsələyə mövqeyini dəyişməyə, öz üzvlərinin ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar verməyə başlayıb ki, bu da ikili standartların bariz nümunəsidir. Halbuki, biz dəfələrlə separatizmə qarşı vahid mövqeyin formalaşdırılmasının zəruriliyini, separatizmin bumeranq effekti verərək, Avropanın özünə qayıdacağı barədə fikirlər bildirmişik.

Əgər Avropa Şurası belə addımlarla Azərbaycanı qurumdan kənarlaşdırmaq niyyətini əsaslandırmağa çalışırsa, buna heç bir ehtiyac yoxdur. Azərbaycan Avropa Şurasına üzv olduğu dövrdən etibarən, Avropa Şurası ilə həyata keçirdiyi beynəlxalq əməkdaşlıq layihələri, müxtəlif təşkilatlar çərçivəsində göstərdiyi yardımlar barəsində heç olmasa bir müsbət fikir eşitmək əvəzinə, qarşılaşdığı hər bir məsələdə həm qurumun, həm də onun rəhbərliyinin qərəzli münasibəti ilə üzləşib.
Azərbaycan Avropa Şurasının tam hüquqlu üzvüdür. Bununla belə, Azərbaycanın təşkilatdan çıxması faciə deyil. Avropa Şurasının digər üzv ölkələrində baş verən beynəlxalq hüquq və insan hüquqlarının, eləcə də Avropa Şurası Nizamnaməsinin pozuntuları, təşkilatın bir üzv ölkəsinin digərinin ərazisini işğalı, təşkilat qarşısında öhdəliklərin yerinə yetirilməməsi (üzvlük haqqının ödənilməməsi, məhkəmə qərarlarının icra edilməməsi, jurnalist, vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı təzyiqlər və onların fəaliyyətinə məhdudiyyətlər) və Avropa İnsan Hüquqları Məhkəməsinin minlərlə qərarının icra edilməməsi fonunda yalnız Azərbaycana qarşı belə bir addım beynəlxalq hüquqa - ədalətə məhəl qoymamaqdan, yuxarıda qeyd etdiyimiz münasibətin davamından başqa bir şey deyil.
Beləliklə, Avropa Şurası Avropa İnsan Hüquqları Konvensiyasının 46.4-cü maddəsini həmin dövlətlərə deyil, məhz ilk olaraq Azərbaycana qarşı tətbiq etməyə çalışır. Ermənistanda mövcud olan çoxsaylı insan hüquqları pozuntularının təsbit olunması fonunda bu ölkə haqda heç bir tənqidi fikrin belə söylənilməməsi AŞ Nazirlər Komitəsinin bu qərarı ilə bağlı ciddi suallar doğurur.

Bu isə yenə də müsəlman dövlətə qarşı qərəzli mövqe ortaya qoyur və islamofobiyanın müəyyən formada təzahürü deyilmi? Hətta ikitərəfli danışıqlar zamanı özünü dost kimi göstərməyə çalışan bəzi dövlətlər də səsvermə zamanı tamam başqa cür hərəkət edir.

Halbuki Azərbaycan sözügedən qərarın icrası üçün bütün mümkün vasitələrdən istifadə etməklə bağlı öz vədlərinə sadiq qalaraq, Prezidentin sərəncamı ilə müvafiq qanunvericilik islahatlarının aparılmasına davam edir. Bu xüsusda, qanunvericiliyə edilmiş dəyişikliklərə uyğun olaraq, 2017-ci ilin dekabrın 1-dən etibarən İ.Məmmədov məhkəməyə müraciəti əsasında cəza müddətinin 2/3 hissəsini çəkdiyinə görə şərti azadlığa buraxılma hüququna malik ola bilər. Bununla yanaşı, Azərbaycan tərəfi məsələnin digər həll yollarının axtarılması üçün konstruktiv danışıqlara gedə bilər.

Lakin Avropa Şurasının bir qurumu prosesin hansı istiqamətdə gedəcəyini nəzərə almadan müəyyən dairələrin təsiri altına düşərək qərəzli mövqelərini davam etdirir. Vəziyyətin bu dərəcəyə çatmasında isə Yaqlandın həlledici rolu göz qabağındadır.

Son bir neçə onillikdə beynəlxalq aləmdə eləcə də Avropada baş verən hadisələr və proseslər, bunların nəticəsində müxtəlif ölkələrdə yüz minlərlə insanın tələf olması, milyonlarla insanın evindən – ocağından didərgin düşərək qaçqına çevrilməsi, minlərlə şəhərin, kəndin xaraba qalması və sonda yaranmış gərginlik beynəlxalq birliyi və onun liderlərini daha çox narahat etməli və düşündürməlidir. Bu gün radikalizm, terrorizm, separatizm, miqrasiya, kütləvi qırğın silahlarından istifadə nə üçün belə geniş vüsət alıb? Bütün bunların səbəbləri nədir? Dünya birliyi hara istiqamət götürüb? Sabit, təhlükəsiz və davamlı inkişafı təmin edən gələcəyə tam təminat və əminlik varmı? Yaqlandı tanıyanlarda da, tanımayanlarda da sual yarana bilər: Onun fəaliyyətinə belə münasibətə ehtiyac varmı? Əminliklə, "var" deyirəm. Ona görə ki, bu yolla dünya düzəninin indiki vəziyyətə düşməsinə töhfə verilir. Təəssüflər olsun ki, elə bu günlərdə atılan addımlar da əvvəlkilərin davamından başqa bir şey deyil. Əminəm ki, dünyanın hər yerində, elə Avropada da mənim fikirlərimi bölüşənlər çoxdur".

APA


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 849   Tarix: 07 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

25.04.2024 467
.

Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda zəlzələ olub. BİG.AZ xəbər verir ki,zəlzələ 4,4 maqnitudalı zəlzələ baş verib. Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Zəlzələ Almatı şəhərindən 760 km şimal-şərqdə yerləşib. Hadisə zamanı xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb

25.04.2024 124
.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

25.04.2024 470
.

İsrailin Qəzza zolağına hücumları nəticəsində daha bir jurnalist həlak olub

İsrailin Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hücum nəticəsində daha bir jurnalist ölüb. Bu barədə Qəzza hökuməti məlumat yayıb. Məlumata əsasən, Fələstin əl-Ən Xəbər Agentliyinin işçisi Məhəmməd Bisam əl-Cəməl İsrailin Rafah şəhərindəki evinə endirilən hava hücumu nəticəsind

25.04.2024 120
.

Evliliklərinin 7-ci ilini qeyd edirlər...

Aparıcı İlkin Həsəni və influenser xanımı Aysel Həsəni (icelinee) 7-ci evlilik ildönümlərini qeyd edirlər. OLAY yazır ki, bununla bağlı hər ikisi də paylaşım edib. İlkin toyundan fotonu "7 il" və ürək emojisi ilə paylaşıb. Aysel isə "25.04.2017" qeydi ilə "Bu gün toyumuzdan

25.04.2024 505
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25.04.2024 0
.

Niyamla Aynur barışıb? - VİDEO

Bir müddət küsülü olan müğənni Niyam Salami ilə duet ortağı Aynur Dadaşova barışıblar. xəbər verir ki, sənətçi Niyam Salami ATV-də yayımlanan "Günaylı Gün" verilişində telefonla canlı bağlantıya qoşularaq, Aynur Dadaşovanı salamlayıb. O yaxın günlərdə Aynurla yeniden duet oxuyacağını bildirib

25.04.2024 153
.

Qəzzada 34305 adam ölüb

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada 34305 insan ölüb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 202 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda dah

25.04.2024 82
.

Avstraliyada 160-a yaxın balinadan 26-sı öldü

Avstraliyanın Qərbi Avstraliya ştatında yerləşən Tobis İnlet sahilində çoxlu balinalar ölüb. BİG.AZ xəbər verir ki, 160-a yaxın balinadan 26-sı ölüb. Bu barədə ştatın Biomüxtəliflik, Mühafizə və Attraksionlar Departamenti məlumat yayıb. Regionun zabiti Pia Courtis bu durumdan məyus olduğunu bildirib

25.04.2024 132