İbtidai sinif şagirdlərinin valideynləri üçün təlimlər təşkil olunur

İbtidai sinif şagirdlərinin valideynləri üçün təlimlər təşkil olunur

Paytaxt məktəblərində təhsil alan ibtidai sinif şagirdlərinin valideynləri üçün maarifləndirici təlimlər təşkil olunur.

BiG.AZ xəbər verir ki, bBu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

“Məktəblinin dostu” layihəsi çərçivəsində reallaşdırılan təlimlərdə “Məktəblinin dostları” və psixoloqlar moderatorluq edirlər.

Təlimlərin keçirilməsində əsas məqsəd ibtidai sinif şagirdlərində psixoloji problemlərin yaranmasının qarşısını almaq, bununla bağlı valideynlərin məktəblərlə birgə işini təşkil etmək və onları maarifləndirməkdən ibarətdir.

Təlimlərdə uşaq psixologiyasına dair məsələlər müzakirə olunur, azyaşlı məktəblilərdə psixoloji problemlərin əmələ gəlməməsi üçün valideynlərə müvafiq təlimatlar verilir. Həmçinin, valideynlərin məsələ ilə bağlı məktəb və müəllimlərlə sıx əməkdaşlıq etməsinin vacibliyi önə çəkilir.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 535 Tarix: 07.12.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Cesika
Cesika 07.12.2017
Ogun getdim yarim saat muellim daniwdi ozude bilmedi ne daniwdi durduq geldik,,.bow ve lazimsiz ona pul yigin buna pul verin sohbet qurtardi
...Her weye canini sixma ey konul,ne bu dertler qalicidi ,nede bu òmùr...

 
Feminaimortalis
Feminaimortalis 07.12.2017
e qurban olum ozuvuze is tapin.o qeder gorulesi isler var ki.yox bir meklebinin sinif yoldasi caamati isinden gucunden etmiyin duz emmelibders kecib usagi yolluyun eve qurtardi getdi