Ataları tərəfindən öldürülüb basdırılan 4 bacının FOTOSU: Sən demə Xoşqədəmin verilişində...

Ataları tərəfindən öldürülüb basdırılan 4 bacının FOTOSU: Sən demə Xoşqədəmin verilişində...

Salyanda 3 il əvvəl baş vermiş dəhşətli cinayətin üstü açılıb.

2014-cü ildə Salyan şəhərinin "Zavod " məhəlləsində yaşayan Mehparə Nadir qızı Əliyeva dörd qızı - İradə, Rəqibə, Sevda və Ümidə ilə birlikdə itkin düşüb. Ailənin başçısı Fərhad Məhərrəm oğlu Əliyevin içki düşkünü olması ucbatından yaşanan münaqişələrə görə qadının qızlarını götürərək Türkiyəyə getdiyi ehtimal olunsa da, onların Fərhad Əliyev tərəfindən öldürülərək oğlu Fəqanın köməkliyi ilə həyətlərində basdırıldığı məlum olub.

Hadisənin açılmasına səbəb isə bu yaxınlarda Xoşqədəm Hidayətqızının "Səni axtarıram" verilişində onlarla bağlı süjetin göstərilməsi olub. Belə ki, ana və qızlarının Türkiyəyə getməsi ehtimalının ictimailəşdilməsini qeyrətsizlik kimi qəbul edən ata və oğul törətdikləri cinayəti etiraf ediblər.

Yaxın saatlarda cəsədlərin basdırıldığı yerdən eskumasiya ediləcəyi gözlənilir.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi qaldırılıb, təxirəsalınmaz istintaq hərəkətləri davam etdirilir.
Ata və oğul saxlanılıb.

mənbə: virtualaz.org

Şikayətiniz varsa Whatsapp: 050 5165251

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3596 Tarix: 07.12.2017



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
sunly_
sunly_ 07.12.2017
:(Bu vəhşətdi sadəcə...Belə şey necə olur..hansı vijdanın sahibidirlər bunlar?!


 
Cesika
Cesika 07.12.2017
Vay vay dehwete bax 4qizini oldurub basdirib bu nece vehwilikdi...
Salyanda lap kriminalni zonaya cevrilib.,
Ben ,Deyer bilmeyen her kese dòndùm sirtimi
iyi olun,sag olun...
mutlu olun....
Ama benden uzak olun...,

■☆■☆■☆■☆■☆■☆■☆

 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər