Bu həkimlərin orta aylıq əməkhaqqı 680-920 manat oldu

Bu həkimlərin orta aylıq əməkhaqqı 680-920 manat olduNazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevir şəhəri və Yevlax rayonunda icra etdiyi pilot layihənin statistik məlumatlarını açıqlayıb.
BiG.AZ fins.az-a istinadən xəbər verir ki, Agentlikdən verilən məlumata görə, pilot layihənin icrasına 01 yanvar 2017-ci il tarixindən başlanılmışdır. Layihə müddətində əhalidən sığorta haqqı toplanılmır.
Pilot ərazilərdə sığorta olunanların ümumi sayı 256 401 nəfər təşkil etmişdir.
Layihə çərçivəsində 1829 sayda tibbi xidmətə təminat verilir ki, bunlardan 480-ni ambulator, 677-si stasionar, 6-sı təcili və təxirəsalınmaz, 18-i ilkin səhiyyə, 23-ü isə fizioterapevtik tibbi xidmətlərə aiddir. Həmçinin 459 laborator müayinəyə və 166 həyati vacib, dəyəri yüksək xidmətlərə təminat verilir.
9 ayda Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında sığorta olunan 104 081 nəfərə 352 271 ambulator xidmət (İlkin Səhiyyə Xidməti xaric), Yevlax rayon Mərkəzi Xəstəxanasında isə 44 202 nəfərə 149 202 ambulator xidmət (İlkin Səhiyyə Xidməti xaric) göstərilmişdir.
Həmin müddətdə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında 11 148 nəfərə 35 515 stasionar xidmət, Yevlax rayon Mərkəzi Xəstəxanasında isə 2 332 nəfərə 3 770 stasionar xidmət göstərilmişdir.
Yanvar-sentyabr aylarında Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında 10 541 nəfərə 14 856 təcili və təxirəsalınmaz tibbi yardım xidməti, Yevlax rayon Mərkəzi Xəstəxanasında isə 3 977 nəfərə 4 657 təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərilmişdir.
2017-ci ilin 9 ayı üzrə Mingəçevir şəhər və Yevlax rayon Mərkəzi Xəstəxanalarında göstərilmiş xidmətlərin dəyəri müvafiq olaraq 6 059 288,00 və 1 779 879,39 manat (cəmi 7 839 167,39) təşkil etmişdir.
İSX-nin maliyyələşməsi adambaşına ödəniş mexanizminə əsasən həyata keçirilir. Hər ailə həkiminə orta hesabla 2 500 nəfər təhkim olunaraq siyahı hazırlanmış və müvafiq elektron sistemə yüklənmişdir. Təhkim olunmuş əhalinin ailə həkimi seçmək və dəyişmək hüququ vardır.
Qeyd edək ki, baza zərfinə daxil olan tibbi xidmətlərdən bəzilərinin, xüsusilə həyati vacib, dəyəri yüksək əməliyyatların pilot ərazilərdə fəaliyyət göstərən tibb müəssisələrində müvafiq maddi-texniki bazanın və ixtisaslı mütəxəssislərin olmaması səbəbindən icra edilməsi mümkün deyildir. Bu səbəbdən sözügedən xidmətlər Agentliklə müqavilə bağlamış 4 tibb müəssisəsi tərəfindən göstərilmişdir və həmin tibb müəssisələrinə hesabat dövründə 1 651 507,41 manat ödənilmişdir.
Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın baza zərfinə daxil olan və baza zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin siyahısı və tarifləri AR Prezidentinin 2016-cı il 28 dekabr tarixli Fərmanı ilə təsdiqlənmişdir. Pilot ərazilərdə icbari tibbi sığortanın baza zərfi ilə əhatə olunmayan və sığortasız şəxslərə göstərilən xidmətlərdən xəstəxanalara cəmi daxil olan vəsait 801 569,21 manat təşkil etmişdir. 9 ay ərzində Mingəçevir şəhər Mərkəzi Xəstəxanası üzrə bu məbləğ 743 436,37 manat, Yevlax rayon Mərkəzi Xəstəxanası üzrə isə 58 132,84 manat təşkil etmişdir.
İcbari tibbi sığorta (İTS) çərçivəsində həkimlərin əmək haqlarına 2 növ - İTS-in həyata keçirilməsi ilə əlaqədar olaraq həkimlərin həvəsləndirilməsi məqsədilə əmək haqlarına tətbiq edilən stimullaşdırıcı əlavələr və həkimlərin fəaliyyətinin kəmiyyət göstəricilərinin dəyərləndirilməsi məqsədilə tətbiq edilən əlavələr tətbiq edilmişdir.
Eyni zamanda, orta və kiçik tibb işçilərinin əmək haqları artırılmışdır.
Əmək haqlarının artımı ilə bağlı xəstəxanalar tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ödənilmiş 9 aylıq məcburi sosial sığorta haqları 1,6 dəfə artmışdır.
Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında həkim heyəti üçün orta aylıq əmək haqqı 920 manat, Yevlax rayon Mərkəzi Xəstəxanasında 680 manat, orta tibb işçiləri üçün müvafiq olaraq 330 manat və 310 manat, hər iki ərazi üzrə kiçik tibb işçiləri üçün 220 manat təşkil etmişdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1203   Tarix: 06 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sağlam üz dərisi üçün 8 "qızıl" QAYDA

Üz dərisini təmiz, sağlam və parlaq etmək üçün əmək verməli, xüsusi olaraq qulluq göstərmək lazımdır. BİG.AZ -a istinadən üz dərsini təmiz edən 8 qızıl qaydanı təqdim edir:. 1 - Günəş qoruyucu kremi evdən çıxmazdan əvvəl çəkin. Günəş kremi günəş yanığı, dəri xərçəngi və erkən qocalmağa qarşı dərini qoruyur

17.08.2021 1695
.

Ölüm riskini 17 faiz azaldan TƏBİİ MÖCÜZƏ

Macarıstanın Zemmelvels (Semmelweis) Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb. 11 il boyu 468 min 629 adamın qəhvə istehlakı ilə sağlıq problemləri arasındakı əlaqə araşdırılıb. Nəticəsinə gəlinib ki, qəhvə ürək xəstəliyi riskini əhəmiyyətli ölçüdə azaldır. Araşdırmay

05.09.2021 1101
.

Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!

Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə

17.09.2021 1439
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. BİG.AZ deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər 1761 nəfərin iştira

29.08.2021 1334
.

Saçlarını uzatmaq istəyən xanımlara 7 MƏSLƏHƏT

Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. -a istinadən bildirir ki, mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz:. 1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır. 2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərin

19.08.2021 1451
.

"Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə

09.09.2021 1723
.

Yaşlanma ilə mübarizə aparan ƏN FAYDALI BİTKİ

Alimlər doqquzdonkimilər fəsiləsinə aid olan lonisera kaerulea bitkisinin ürək funksiyalarını yaxşılaşdıran faydalı giləmeyvə hesab edir. Tərkibindəki yüksək miqdarda antioksidantlar, vitaminlər və mikroelementlər onu immunitetin ən faydalı bitkilərindən birinə çevirir. Bitkinin bu xüsusiyyətləri barəd

29.08.2021 1493
.

Beyin və yaddaş üçün faydalı olan idman

Alimlər üzgüçülük ilə müntəzəm olaraq məşğul olmağın beynin idrak funksiyalarını yaxşılaşdırdığını, eyni zamanda beyində yeni sinir əlaqələrini yaratdığını bildirir. Mardi Hardin-Baylor Universitetinin nevrologiya kafedrasının professoru Cena Metyu qeyd edir ki, belə bir aerob (nisbətən aşağı intensivlikdə

15.08.2021 882
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun

05.09.2021 2454