Xocalı soyqırımının iqtisadi ziyanı nə qədərdir?

Xocalı soyqırımının iqtisadi ziyanı nə qədərdir?"Xocalı faciəsi soyqırım olmaqla yanaşı ölkə iqtisadiyyatına real və potensial ziyan vurub" Bunu Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı açıqlamasında Iqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

O həmçinin qeyd edib ki, ölkə ərazilərinin işğalına yalnız işğal və ya siyası hadisə kimi deyil, iqtisadi baxımdan da yanaşmaq lazımdır: "Sözügedən ərazilərin işğalı Azərbaycan iqtisadiyyatının tam olaraq fəaliyyət göstərməsinə imkan vermir. Xocalı faciəsində rayonda yerləşən istehsal, eləcə də təhsil və mədəni obyektlər dağıdılıb. O cümlədən 7 min nəfər əhalinin yaşadığı rayonun işğalı sonrakı müddətdə bu ərazinin istifadəsinin mümkünsüzlüyünə gətirib çıxarıb".

İqtisadçı bildirir ki, işğaldan əvvəl Xocalıda çoxsaylı istehsal müəssisələri fəaliyyət göstərib: "Qarabağ regionunda məşhur olan Xocalı toxuculuq fabriki fəaliyyət göstərirdi. Əhalinin əsasən üzümçülük, heyvandarlıq, arıçılıqla məşğul olduğunu nəzərə alsaq, həmin dövrdə Xocalıda bu sahələr üzrə fəaliyyət göstərən kiçik sahibkarlıq subyektləri də var idi. Bütövlükdə Xocalının infrastrukturunu, 7 min əhalinin məskunlaşdığı rezidensiyaları qeyd etdikdə ərazinin işğalı iqtisadi baxımdan ölkəyə böyük ziyandır. Rəsmi hesablamalara görə, Xocalı işğalından Azərbaycana dəymiş ziyan 170 milyon dollardır".

V.Bayramov hesab edir ki, işğal nəticəsində dəymiş ziyan hesablanan zaman təkcə ərazidəki real sektor subyektləri, təhsil, mədəniyyət obyektləri, yaşayış binaları deyil, ərazinin istifadəsiz qalmasından dəymiş ziyanlar da nəzərə alınmalıdır: "Xocalıda olan əmlakın, həmçinin digər dəyşmiş ziyanların qiymətləndirilməsi göstərir ki, işğal ərəfəsində iqtisadiyyata 200 milyon manata yaxın ziyan dəyib. İllərdir ərazinin istifadə olunmadığını, infrastrukturun dağıdıldığını nəzərə alsaq, Xocalı faciəsi ölkə iqtisadiyyatına 300 milyon manat ziyan vurub".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2058   Tarix: 26 fevral 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsi zamanı iş üzrə zərərçəkmi

15:32 262
.

Qəzzada 34262 nəfər həyatını itirib

İsrailin 201 gündür hücumlarını həyata keçirdiyi Qəzzada 34262 nəfər həyatını itirib. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 201 gündür hücumları ilə bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlard

21:15 0
.

Yaponiyada hava limanına eniş edən sərnişin təyyarəsi xarab olub

Göyərtəsində 213 sərnişinin olan təyyarənin Yaponiyanın şimalındakı hava limanına enərkən qanadından tüstü qalxıb. xəbər verir ki, Yaponiya dövlət televiziyası NHK xəbərlərinə görə, paytaxt Tokiodakı Haneda Beynəlxalq Hava Limanından havaya qalxan All Nippon Airways (ANA) 71 nömrəli reysi yerli vaxtl

21:00 0
.

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO

Sosial şəbəkələrdə videoları ilə milyonlarca baxış toplayan Ümüd adlı körpənin kirpikləri hər kəsin diqqətini cəlb edib. Onun atası bildirib ki, bir çoxlarının təəccüblə izlədiyi kirpiklər onların ailəsi üçün adiləşib:. "Millətə qeyri-adi görünsə də, bizim üçün adi haldır. Nəsildə də var. İrsi olduğ

12:05 937
.

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezident

11:35 222
.

Vüsalənin səhnə geyimi və rəqsi gündəm oldu - VİDEO

Məşhur aparıcı Vüsalə Əlizadənin səhnə geyimi və rəqsi gündəm olub. xəbər verir ki, Vüsalə aparıcı olduğu verilişdə İzzət Bağırovun mahnısının sədaları altında rəqs edib. Görüntülər sosial şəbəkələrdə yayılıb. Sözügedən görüntüləri təqdim edirik:

19:04 239
.

Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb

Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb. xəbər verir ki, Avstraliyanın Yeni Cənubi Uels (NSW) əyalət komissarının müavini Devid Hudson istintaqla bağlı açıqlamalar verib. Sidneyin cənub-qərbindəki məhəllələrdə 400-dən çox polis məmuru ilə əməliyyat keçirildiyini bildirə

22:00 0
.

Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO

Günəşli havalarda vətəndaşların ən çox istifadə etdikləri aksesuar günəş eynəkləridir. Bakının istənilən ərazisində, istənilən qiymətə gün eynəkləri tapmaq mümkündür. Mütəxəssislər bildirirlər ki, zövqə görə eynək seçmək insan sağlamlığına zərər ola bilər. Bəs seçimi necə etməliyik?. Məsələ ilə bağl

11:11 242
.

ABŞ ştatında müəllimlərə məktəbdə odlu silah gəzdirməyə icazə verilib

ABŞ-nin Tennessi ştatının qanunvericiləri müəllimlərə məktəbdə gizli odlu silah gəzdirməyə icazə verən qanun layihəsini qəbul ediblər. Qeyd olunur ki, qərar ictimaiyyətin qəzəbinə səbəb olub. Qanun layihəsi respublikaçıların üstünlük təşkil etdiyi Tennessi Nümayəndələr Palatası tərəfindən qəbul edilib

16:43 176