Balıqlar haqqında maraqlı məlumatlar

Balıqlar haqqında maraqlı məlumatlar• Kütləsi 15 qr –dan 1400 kq-dək, uzunluğu 1 sm-dən 25 m-dək olan balıqlar vardır. Uzunluğu 1 sm-dən 25 m-dək olan balıqlar vardır. Köpəkbalığının uzunluğu 20 m, kütləsi 20 tona çatır. Ən kiçik balıq isə Sakit Okeanda yaşayan mistixsis adlı balıqdır. Onun uzunluğu 12-14 mm-dən çox olmur.

• Balıqlar saatda 2 km-dən 130 km-ə kimi (qılıncbalıq)üzə bilir.

• Bəzi balıqlar (qızıl balıq, çay ilanbalığı və s.) həyatında bir dəfə nəsil verir. Kürü tökdükdən sonra ölür. Bəzi balıqlar isə (sultan balığı, korifen adlı balıq) ölümqabağı rəngini dəyişir.

• ən böyük nərə balığı Volqa çayından tutulmuşdur. Bu balığın uzunluğu 7,8 m, ağırlığı isə 1440 kq olmuşdur.

• Bəzi balıqların xüsusi həyat mərhələsi vardır. Belə balıqlar çoxalma üçün uzaq məsafələr gedir və bəziləri kürü qoyduqdan sonra ölür. Avropanın və Şimalı Afrikanın müxtəlif su hövzələrində yaşayan çay ilanbalığı (ankvillər) kürü tökmək üçün dənizdən çaylara keçənə qədər 8 min km yol gedir. Kürüdəm çıxmış balıqlar çay axarı dənizə, oradan Atlantik okeanının qərb sahillərinə gedir. Atlant siyənəyi, treska və bəzi başqa balıqlar da belədir. Uzaq Şərq qızıl balığı Aleut silsiləsində yetişir, kürü qoymaq üçün Amur çaylarının yuxarı hissələrinə keçir.

• Qvineya və Braziliyanın çay və dəniz sahillərində dördgözlü balıq yaşayır. Bu balığın əslində iki gözü vardır. Lakin hər göz iki yerə ayrıldığından adama elə gəlir ki, bu balıqlar dördgözlüdür. Görmə aparatının bu xüsusiyyəti balığa imkan verir ki, hətta dənizin üstündə uçan quşları belə ovlaya bilsin, həmin balıqlar suyun dərin qatlarını da yaxşı görür.

• Qərbi Avropanın çaylarında, göllərində və müxtəlif su mənbələrində qəribə balıqlar yaşayır. Sudan çıxan balıq havaya atılıb quş kimi uçur, yanlarda olan süzgəclər qanadı əvəz edir. Həmin balıq suyun üstündə üzür, havada həşərat görən kimi yuxarı sıçrayıb uçur və onu tutub yeyir.Alimlər belə güman edirlər ki, bəzən də bu balıq suda ona hücum edən yırtıcıdan özunu qorumaq üçün havaya atılır. Uçan balıqlar 200-400, bəzən isə 800 m uzununa və 6—8 m yüksəkliyə tullanır. Bu balıqlar qüvvətli quyruqlarını suya bərk vurmaqla uça bilirlər.

• Qılınc balığın uzunluğu 3 m-ə, bəzən 5,28 m-ə, çəkisi 600 kq-a çatır. Atlantik okeanında yaşayır. Balığın üst çənəsi 600 kq –a çatır. Atlantik okeanında yaşayır. Balığın üst çənəsi uzanaraq qılınc şəklində çıxıntıya çevrilmişdir. Tarixdə qilinc balığın balinaya, qayıqlara və gəmilərə hücümu az qeyd olunmamışdır. O, 1,5 m uzunluğu olan qılıncı ilə 8 sm qalınlığında gəmilərin taxta və dəmir gövdəsini dələrək zədələyə bilir. Bu qəribə balıq bəzən müasir gəmilərə də hücuma keçir, onların möhkəm zehnini zədələməyə çalışır. İngilis tankeri "Barbara" Atlantik okeanını keçdiyi zaman qılınc balıq onun möhkəm gövdəsini dəlmişdir. Çox vaxt belə hücumlardan sonra qılınc balıq özü də tələf olur.

• Mişardiş balığın uzunluğu 30 m-ə çatır. Suya girmiş və özündən dəfələrlə böyük (pələng, qaramal, davar və s. ) heyvanlara hücum edir, bir anda heyvanın dərisini və ətini yeyir. Bəzi növləri çayda çimən adamları həmin dəqiqə öldürür.

• Kirpi balığı Hind okeanında və Araliq dənizində yaşayır. Bədəni xaricdən tikanla örtülüdür. Sakit vəziyyətdə tikanlar bədənə yapışmış olur. Təhlükə olduqda isə tikanlar qabarır. Üzə bilmir, külək vasitəsilə bir yerdən başqa yerə keçir.

• Püskürən balığın uzunluğu 20 sm-dək olur. Hind okeanının və Sakit okeanının tropık hissəsində yaşayır. O öz ovunu ağzına doldurduğu su ilə vurub öldürür və yeyir. Buna görə də bu balığı "atıcı balıq " da adlandırırlar.

• Bələdçi balıq tropik və subtropik sularda yayılmışdır, yırtıcıdır, uzunluğu 70 sm-ə qədərdir. Onların qəribə həyat tərzi vardır. Belə ki, bu balıqlar köpək balıqlarının yanında olur və onlar öz hərəkəti ilə gah köpək balığına, gah başqa balıqlara tərəf hərəkət edərək ovun olduğu yeri xəbər verir. Köpək balıqları, habelə başqa balıqlar onlara toxuna bilmir.

• Hamıya məlimdur ki, balıqlar kürü qoymaqla çoxalır. Lakin bala doğan balıqlar da vardır. Belə balıqlara çəkic balıq, buynuzlu skat, qambuziya, mişar balığı, belyuqa, dördgözlü balıq, yarpaq balıq, dəniz ayğırı, köpək balığının bəzi növləri aiddir.

• Bəzi balıqlar zəhərlidir. Belə balıqlar cərrah balıq, ziyilli balıq, qızıl makrel, muren, sandıq, katran, buynuzbel, əjdaha balıq, əqrəb və dəniz pişiyi balıqları aıddir.

• Amazonka çayının sularında yaşayan elektrik ankvil balığının bədənində 650 volt gərginlik vardır. Bəzi balıqlar, məsələn, skat balıqları, naqqa, siyənək balığı və başqa balıqlar elektrik cərəyanından silah kimi istifadə edir. Onların batareyaları çox iri balıqları key edən və hətta öldürən elektrik cərəyanı buraxır.

• Maraqlıdır ki, köpəkbalığının sümüyü yoxdur. Onun bədənində sümükləri qığırdağlar əvəz edir. Elə buna görədir ki, sahilə çıxarılmış köpək balığı tanınmaz dərəcədə öz şəklini dəyişmiş olur.

• Durna balığı uzun ömrə malik olan balıq növüdür. Tarixdə 267 yaşı olan belə balığın ovlandığı qeyd olunmuşdur. Ağ balıq, durna balığı, karp 300 il yaşayır.

• Dünyanın ən şirin su balığı Filippin adalarında yaşayır. Pandaka piqmeya adlı həmin balığın boyu 11 mm-dən artıq olmur.

• Alyaska və Çukotkanın dibinə qədər donan su hövzələrində qəribə balıqlar yaşayır. Onlar qışda su ilə birlikdə donub buzun arasında qalır, yayda isə donu açılır. Belə balıqlara dabanbalığı, xanı balığı aiddir.

• Çox kürü buraxan balıq merina balığıdır. O, ildə 9 milyon kürü buraxır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 88921   Tarix: 02 mart 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Rüfət Mehdiyevin qızı: "Atamla görüşə hazırlaşırdım, cənazəsinə getdim" - VİDEO

Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Müəllif - aparıcı Afaq Hüseynovanın təqdimatında efirə gedən verilişin budəfəki sayı tanınmış müğənni Rüfət Mehdiyevə həsr olunub. Verilişdə mərhumun yaxınları onunla bağlı xatirələrini bölüşüblər. Müğənninin qızı Zemfir

14.04.2024 475
.

"Vaxtımız azdır, qlobal istiləşmənin qarşısını almaqdan ötrü..." - Maskdan HƏYƏCAN TƏBİLİ

"Bəşəriyyətin dayanıqlı enerjiyə keçməsi üçün çox da vaxtı qalmayıb". Bunu ABŞ-li milyarder və sahibkar İlon Mask "X" sosial şəbəkəsində bildirib. O, bəşəriyyətin qlobal istiləşmənin ciddi nəticələrinin qarşısını almaqdan ötrü tədbirlər görmək üçün cəmi bir neçə ilinin qaldığını söyləyib

14.04.2024 257
.

"Tesla"nın bütün "Cybertruck"ları xarab çıxdı

ABŞ-nin "Tesla" şirkəti 3878 ədəd "Cybertruck" elektrik pikapını qaz pedalındakı problemlərə görə geri çağırır. Bu barədə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) hesabatında bildirilir. Məlumata görə, nasazlığa qaz pedalına çox bərk basmaq səbəb ola bilər

20.04.2024 282
.

"Toyota Prius"ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək? - VİDEO

"Toyota Prius"ların qiymətində az qala hər həftə ucuzlaşma müşahidə olunur. Son zamanlar əsasən taksidə istifadə edilən, yaşı 15-dən yuxarı olan "Prius"ları kütləvi satışa çıxarırlar. Bunun əsas səbəbi yeni qaydalara görə, iyulun 1-dən yaşı 15-dən yuxarı olan avtomobillərin taks

21.04.2024 279
.

Endirimi kassaya qədər olan mağazalar - ARAŞDIRMA + VİDEO

Endirim, yoxsa müştəri cəlb etmək üsulu?. xəbər verir ki, əksər mağazalarda endirim adı altında qoyulan məhsullar elə endirimsiz qiymətinə satılır. Belə hallarla rastlaşan sakinlərin sözlərinə görə, çox vaxt kassada bununla bağlı problem yaşayırlar. Ekspertlər də təsdiqləyir, xüsusilə paytaxt Bakıd

14.04.2024 483
.

II Ramzesin heykəlinin bir parçası İsveçrədən Misirə qaytarılıb

2023-cü ilin iyulunda Misirin Berndəki səfirliyinə təhvil verilən firon II Ramzesin heykəlinin bir parçası vətəninə qaytarılıb. "Report" xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb. Misirin Berndəki səfirliyi azı 3,4 min il yaşı olan qədim artefaktı ölkəyə qaytarıb

21.04.2024 242
.

Britaniyada II Elizabetin heykəli açılacaq: Mərasimə 50 it gətiriləcək

Şərqi Midlend ştatının Rutland şəhərində açılacaq. Kraliçanın üç sevimli korgi cinsindən olan itinin obrazları da heykəl kompleksində yer alır. Bu, II Elizabetin 2022-ci ilin sentyabrında ölümündən sonra ucaldılan ilk heykəlidir. Əsərin müəllifi, heykəltaraş Hivel Pretli 1950-ci illərin sonu - 1960-c

21.04.2024 226
.

"WhatsApp"da yeni funksiya

Məşhur "WhatsApp" mesencerinin istifadəçiləri "Instagram"da statusların surətini çıxarmağa imkan verən yeni funksiyadan istifadə edə biləcəklər. Ekspertlər bildiriblər ki, servis tərtibatçıları "Instagram"la "WhatsApp" uyğunluğunu aktiv şəkildə tətbiq edirlər

14.04.2024 283
.

Şokolad və ondan hazırlanan şirniyyatların qiymətləri bahalaşır - SƏBƏB

Bu il iki dəfə bahalaşan kakaonun qiymətində hələ də yüksələn dinamika müşahidə edilir. Kakaonun bir tonunun qiyməti 10 min dolları keçib. Bu bahalaşma nəticəsində 2024-cü il ərzində və gələn il şokoladın qiymətinin də artacağı gözlənilir. 2023-2024-cü il mövsümündə əvvəlki 12 aya nisbətən kakao istehsalınd

14.04.2024 179