Mina Sovetski - Gəlin dönək evə ("Xoca" Trailer) (2012)

Mina Sovetski - Gəlin dönək evə (Bu gün "Nizami" kinoteatrında mətbuat nümayəndələri üçün "Xoca" filminin təqdimat mərasimi keçirilib. ANS PRESS-in məlumatına görə, mətbu orqanların nümayəndələri Azərbaycanda gerçək hadisələrə əsaslanan neo ekspressionizmin ilk nümunəsi olan "Xoca" filmini kinoteatrın zalında izləyiblər.
Qeyd edək ki, "Xoca" filmi Xocalı faciəsini tam miqyasını özündə əks etdirən bədii filmdir.
Mətbuat nümayəndələri ilə yanaşı, filmi kinonun rejissoru, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev, filmin baş prodüseri, ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev və ANS Şirkətlər Qrupunun vitse-prezidenti Seyfulla Mustafayev də izləyiblər. Filmin ərsəyə gəlməsində 2 minə yaxın insan iştirak edib ki, bu da Azərbaycan kinosu üçün nadir hadisədir. Filmə külli miqdarda silah-sürsat, şəxsi heyət və zirehli texnika cəlb olunub.
Filmin təqdimat mərasimindən sonra jurnalistlər üçün mətbuat konfransı keçirilib. Mətbuat konfransında çıxış edən Vahid Mustafayev filmin ideya müəllifi atası Fuat Mustafayev olduğunu bildirib: "Filmə ən azı 7 dəfə baxmaq lazımdır. "Xoca"ya müharibə döyüş filmi kimi baxmaq lazım deyil. Bu fimdə sevgi və nifrət arasında mübarizə gedir. Bu filmi çəkməklə, biz gənc nəsillərə Xocalını döyüşsüz təhvil vermədiyimizi göstərmək istədik. Filmin çəkilişində iştirak edən bütün yaradıcı heyətə və çəkiliş qrupuna təşəkkürünü bildirirəm".

Qeyd edək ki, film "Bakıfilm" kinostudiyasının və Çingiz Mustafayev Fondunun maliyyəsi ilə çəkilməyə başlasa da, sonradan ölkə başçısının ayırdığı vəsait həlledici olub. Bütün filmlərdə dövlət başçısının dəstəyini hiss etdiklərini deyən Vahid Mustafayev "Xoca"ya verdiyi dəstəyə görə prezidentə təşəkkür edib.

Xocalı faciəsi haqqında ilk bədii film olan "Xoca"nın nümayişinə Xocalı faciəsinin ildönümündə fevralın 26-da ölkənin 5 şəhərində start veriləcək. Bu film - uzun əsrlər boyu bu torpaqlarda yaşayan, əzab əziyyət verilərək öldürülən qadın, uşaq, qoca, silahsız insanlar, ümumiyyətlə Xocalı soyqırmının bütün qurbanlarının xatirəsinə həsr edilmiş özünəməxsus kinoabidədir.

Bu film sevgi və xəyanət, qəhrəmanlıq və qorxaqlıq, erməni yaraqlılarının və Rusiya ordusunun 366-cı motoatıcı alayının bizim torpaqlara gətirdiyi dəhşətli söz olan "soyqırımı" haqqındadır. Fevral ayının 26-da, 20 il öncə gecə bu dəhşətli faciə törədildi. Bəllidir ki, bütün ədalətsiz işlər məhz gecələr törədilir.

Vahid Mustafayevin yeni filmi bizim bilməli və xatırlamalı olduğumuz Azərbaycanın yeni tarixinin səhifələrindən biridir.

Mina Sovetski - Gəlin dönək evə (Mina Sovetski - Gəlin dönək evə (Mina Sovetski - Gəlin dönək evə (

// ANSPress


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 8561   Tarix: 24 fevral 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740