Erməni ictimai xadimləri Artur Ağacanov və Rima Sarkisova Bakıda - FOTOLAR

Erməni ictimai xadimləri Artur Ağacanov və Rima Sarkisova Bakıda - FOTOLAR

Tarixçi, "Ermənistan-Azərbaycan vətəndaş platforması" İdarə Heyətinin üzvü, etnik erməni Artur Ağacanov və elə həmin təşkilatın İdarə Heyətinin başqa üzvü, ictimai xadim Rima Sarkisova Bakıya gəliblər.

BiG.AZ virtualaz.org-a istinadən xəbər verir ki, onlar "Multikulturalizmin Azərbaycan modeli: etnomədəniyyət fərqi" adlı beynəlxalq konfransda iştirak edəcəklər.

Konfransda məşhur Azərbaycan, erməni və beynəlxalq ekspertlər məruzələrlə çıxış edəcəklər. Elmi müzakirələrdə Azərbaycan Prezidenti Administrasiyasının əməkdaşı Etibar Nəcəfov, Bakı Multikulturalizm mərkəzinin başçısı Rəvan Həsənov, məşhur İsrail eksperti Arye Qut, həmçinin yuxarıda adları çəkilən erməni tədqiqatçıları Artur Ağacanov və Rima Sarkisova iştirak edəcəklər. Bundan başqa, Bakıdakı konfransa məşhur beynəlxalq ekspertlər: siyasi analitik Piter Teys, London İqtisadiyyat məktəbinin tədqiqatçısı Mikaela Nikoletta və Qərbin digər intellektual mərkəzlərinin nümayəndələri də gəliblər.

Erməni ictimai xadimləri Artur Ağacanov və Rima Sarkisova Bakıda - FOTOLAR
Erməni ictimai xadimləri Artur Ağacanov və Rima Sarkisova Bakıda - FOTOLAR

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1325 Tarix: 27.11.2017



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
CCCP
CCCP 27.11.2017
Ele men bulari nece vaxtdi gozlemiremi . mutleq bu hormetli ermeni qonaqlarmizla goruwecem. Admin mellim xaiw edirem meni olarnan goruwdur. Bakiya ne vaxt gelim, tarixi, saatida yazsaz size semimi qelbden urek sozlermi catdiracam )) opurem sizi


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər