İnsan Arktikanı necə fəth etdi ?

İnsan Arktikanı necə fəth etdi ?1908-ci ildə iki dəfə olaraq Şimal Qütbünü fəth etmək mümkün oldu. Lakin, buna baxmayaraq, bu qütbü ilk dəfə fəth edən şəxsi müəyyən etmək qeyri-mümkün bir işə çevrilmişdir. Belə ki, «Şimal Qütbünü ilk fəth edən» adını almaq hüququ uğrunda iki amerikalı - Robert Piri (Robert Peary) və Frederik Kuk (Frederick Cook) mübahisə edirdilər. Onların hər biri öz birinciliyini sübut etməyə çalışırdı. Halbuki, hal-hazırda, bəzi müasir tədqiqatçılar R.Pirinin və F.Kukun həqiqətən də Yer kürəsinin ən ucqar nöqtəsinə - Şimal Qütbünə gəlib çatmaları faktını çox böyük şübhə altına alırlar. İş burasındadır ki, 1908-ci ildə insanların özlərinin bu qələbəsini sübut etmələri nəinki çox çətin idi, həm də eyni zamanda, dəqiq ölçü cihazlarının olmaması səbəbindən onların həqiqətən də harada olmalarını müəyyən etmək demək olar ki, mümkün deyildi.

Robert Piri Şimalın həqiqi fanatı idi. O, Arktikaya təşkil edilmiş altı ekspedisiyaya başçılıq etmiş və Şimal Qütbünə gəlib çatmaq üçün iki dəfə də uğursuz cəhd göstərmişdi. Piri, özünün bu şimal səyahətləri zamanı altı barmağını itirmişdi. Və onun bütün həyatı faktiki olaraq Arktikanın fəth edilməsinə həsr olunmuşdu. Beləliklə, 2008-ci il iyul ayının 6-da Robert Piri Şimal Qütbünə çatdı və öz gündəliyində bu sözləri həkk etdi: «Mən Qütbdəyəm! Üç yüz ilin və mənim həyatımın 23 ilinin arzusuna çatılmışdır». Və ABŞ-a geri döndükdən sonra, Robert Piri bundan sonra artıq bütün səyahətlərinə son qoyduğunu və istirahətə çəkildiyini elan etdi. Robert Pirinin Arktikanın fəth edilməsi işində olan böyük xidmətlərini nəzərə alan ABŞ Konqresi (US Congress) ona vitse-admirallara verilən təqaüdün ayrılması barədə xüsusi qərar verdi. Sonralar Robert Piri çox sakit həyat tərzi sürmüş və kitablar çap etməklə məşğul olmuşdur. Onun yeganə qayğısı isə, yuxarıda adı çəkilən Frederik Kuk idi. Daha sonralar Robert Pirinin şərəfinə ABŞ Hərbi Dəniz Qüvvələrinin (US Navy) bir neçə hərbi gəmisi, muzeylər və sərgi salonları adlandırılmışdı.

İxtisasca həkim və Robert Pirinin ekspedisiyalarından birinin iştirakçısı olmuş Frederik Kuk da həmçinin, 1908-ci ilin aprel ayının 21-də (yəni Robert Piridən əvvəl) Şimal Qütbünə çatdığını sübut etməyə çalışırdı. Özü də ki, əgər Robert Piri Arktika səyahətləri üçün böyük ekpedisiyalar hazırlayırdısa, Frederik Kuku isə yalnız iki eskimos müşahidə etmişdir. Piridə olduğu kimi, Kukun da Şimal Qütbünün həqiqətən fəth olunmasını sübut edəcək dəlilləri az idi.
Lakin, bu məqamlarda Robert Pirinin gözəl qütb tədqiqatçısı olmaqla yanaşı, eyni zamanda qəlbiqara bir insan olması həqiqəti də bəlli oldu. Belə ki, o, Ferdinand Kukun bəyanatlarının sənədli şəkildə təsdiq olunmaması üçün namuslu və vicdanlı insana insana xas olmayan işlər gördü. Məsələ burasındadır ki, F.Kuk özünün qütb yürüşünün təfərrüatları barədə olan sənəd dolu yeşiyi Qrenlandiyada qoymuş və bu sənədləri ABŞ-a gətirməyi özünün bir amerikalı tanışından xahiş etmişdi. Kukun tanışı olan bu amerikalı, içində Şimal Qütbünə ekspedisiyadan geri qayıdan R.Pirinin olduğu gəmiyə minmək istəmişdi. Lakin, hansısa yolla yeşiyin içində olan sənədlərdən xəbər tutan Piri, bu şəxsi öz gəmisinə götürməkdən imtina etmişdir. Beləliklə, uzaq Qrenlandiyada qalan sənədlər, sonradan it-bata düşmüşdü. Və Ferdinand Kuk ömrünün qalan hissəsini Şimal Qütbünə birinci gəlib çatmasını sübut etməyə çalışmaqda keçirmişdir.

Lakin, Kukun çoxlu tənqidçiləri var idi ki, bunların da ən tanınmışı elə Robert Pirinin özü idi. Bu tənqidçilər, Kukun öz qütb yürüşünün nəticələrini saxtalışdırmasını iddia edirdilər. Və bütün bunların nəticəsində isə, F.Kukun ictimaiyyət arasında tanınması R.Pirininkindən dəfələrlə az idi. Robert Pirinin reputasiyası isə onun sonralar bir neçə qeyri-qanuni övladının dünyaya gəlməsi ilə də xəsarət almadı. Beləliklə, əxlaq cəhətcə axsayan Robert Piridən fərqli olaraq, Ferdinand Kuk həddən ziyadə vicdanlı və alicənab insan idi. Və o, ömrünün sonunda Şimal Qütbünü ilk dəfə kəşf etdiyi üçün çox dərin təəssüf hissi keçirmişdi. Belə ki, o həyatının son anlarında bu səyahətin onun bütün həyatını məhv etməsi qənaətinə gəlmişdi.

Şimal Qütbünün kəşfi ilə bağlı bu dramatik hadisələr, tanınmış qütb tətqiqatçısı Rual Amundseni özünün Cənub Qütbünə olan ekspedisiyasına daha çox diqqətlə hazırlaşmağa vadar etdi. Belə ki, 1911-ci ildə Cənub Qütbünə çatan Rual Amundsen, özünün bu nailiyyətini çox müfəssəl şəkildə sənədləşdirə bilmişdi. Və beləliklə, onun bu qütbü kəşf etmədə olan birinciliyinə şəkk-şübhə ilə yanaşmağa heç bir əsas qoymamışdı.

1908-ci ildə Pirinin, Kukun və Amundsenin Yer kürəsinin ən ucqar nöqtələrinə olan səyahətləri ayrı-ayrılıqda götürülmüş tənha tədqiqatçıların rəşadət və hünərindən başqa bir şey deyildi. Lakin, artıq bir neçə onildən sonra belə səyahətlər tamamilə fərqli bir məna kəsb etməyə başladı.

Hal-hazırda Arktika potensial nəqliyyat dəhlizi sayılır. Bundan da başqa Uzaq Şimal regionunda çox böyük balıq və faydalı qazıntı ehtiyatları vardır. Və artıq XX əsrin sonlarında qütbətrafı dövlətlər Arktika uğrunda mübarizəyə başladılar.

Bu mətnin hazırlanmasında Robert Bryusun (Robert Bryce) «Kuk və Piri: Qütb qarşıdurması» («Cook & Peary: The Polar Controversy») və Bryus Hendersonun (Bruce Henderson) «Həqiqi Şimal: Piri, Kuk və Qütbə sarı yürüş» («True North: Peary, Cook, and the Race to the Pole») kitablarında olan məlumatlardan istifadə edilmişdir. («Washington ProFile»).

// Dəyərlər AİN


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5386   Tarix: 25 fevral 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875