Bakıda nəhəng idman qurğuları, olimpiya kəndi (Foto)

Azərbaycan 2020-ci ildə keçirmək istədiyi olimpiya oyunlarına ciddi hazırlaşır. Lent.az-ın məlumatına görə, rəsmən namizədliyini irəli sürmüş Bakıda bir neçə möhtəşəm idman kompleksinin tikintisi planlaşdırılır. Bunların arasında daha çox maraq doğuranı ən böyük idman obyekti sayılan olimpiya kəndi ilə bağlıdır. Özündə çoxlu idman obyektlərini, istirahət mərkəzləri, alış-veriş yerləri, düşərgələri cəmləşdirən bu nəhəng idman şəhərciyinin dəqiq yeri hələ açıqlanmayıb. Milli Olimpiya Komitəsindən bildiriblər ki, əgər Bakının yarışlara ev sahibliyi edəcəyi dəqiqləşsə, ən əlverişli ərazi hazırda "Azərneftyağ"ın yerləşdiyi sahələrdir. Artıq bir sıra tikinti şirkətləri olimpiya şəhərciyi ilə bağlı öz təkliflərini indidən verməyə başlayıb. Bu təkliflər arasında kəndin həm dəniz kənarında, həm də daxili ərazilərdə tikilməsi ideyaları var.

Olimpiya oyunlarında bir sıra su idman növlərinə aid yarışların da keçirilməsi nəzərdə tutulur. Azərbaycanın ən böyük su idman növləri bazası olan Mingəçevirdəki "Kür" kompleksi isə paytaxtdan 300 km məsafədədir. Beynəlxalq Olimpiya Komitəsinin şərtinə görə isə yarışlar turnir keçirilən şəhərdən uzaqda keçirilə bilməz. Odur ki, Xocasən qəsəbəsi yaxınlığında, göl kənarında bazanın tikintisi planlaşdırılır və Azərbaycanın Beynəlxalq Olimpiya Komitəsinə göndərdiyi sifariş kitabçasında bu öz əksini tapıb.

Lent.az-ın məlumatına görə, paytaxtda hazırda iki böyük idman qurğusunun – 65 min nəfərlik Bakı Olimpiya Stadionu və Gimnastika Kompleksinin tikintisi davam etdirilir. Hər iki obyekt metronun "Koroğlu" stansiyası yaxınlığında inşa edilir.

Olimpiya oyunlarının Bakıda keçiriləcəyinə qərar verilərsə bir sıra iri idman qurğuları da inşa olunacaq. Həmin idman qurğuları arasında tennis üçün 22 min nəfərlik mərkəz, digər idman növləri üçün 15 min nəfərlik Bakı Çoxməqsədli Arenası, 12 min nəfərlik Milli Su İdman növləri Mərkəzinin və digər qurğuların istifadəyə verilməsi planlaşdırılır. Həmçinin Baku Cristall Hall, Baku Expo Center kimi qeyri-idman qurğularının da yarışların keçirilməsi üçün idmançıların ixtiyarına verilməsi mümkündür.

Qeyd edək ki, olimpiya oyunları Bakıda keçirilsə, yarışın açılış və bağlanış mərasimi Bakı Olimpiya Stadionunda keçiriləcək. Tədbirlər zamanı stadionun tamaşaçı tutumunun 80 min nəfərədək artırılması mümkün olacaq.
Bakıda nəhəng idman qurğuları, olimpiya kəndi (Foto)Bakıda nəhəng idman qurğuları, olimpiya kəndi (Foto)Bakıda nəhəng idman qurğuları, olimpiya kəndi (Foto)Bakıda nəhəng idman qurğuları, olimpiya kəndi (Foto)Bakıda nəhəng idman qurğuları, olimpiya kəndi (Foto)Bakıda nəhəng idman qurğuları, olimpiya kəndi (Foto)Bakıda nəhəng idman qurğuları, olimpiya kəndi (Foto)Bakıda nəhəng idman qurğuları, olimpiya kəndi (Foto)Bakıda nəhəng idman qurğuları, olimpiya kəndi (Foto)Bakıda nəhəng idman qurğuları, olimpiya kəndi (Foto)Bakıda nəhəng idman qurğuları, olimpiya kəndi (Foto)Bakıda nəhəng idman qurğuları, olimpiya kəndi (Foto)Bakıda nəhəng idman qurğuları, olimpiya kəndi (Foto)Bakıda nəhəng idman qurğuları, olimpiya kəndi (Foto)Bakıda nəhəng idman qurğuları, olimpiya kəndi (Foto)Bakıda nəhəng idman qurğuları, olimpiya kəndi (Foto)Bakıda nəhəng idman qurğuları, olimpiya kəndi (Foto)Bakıda nəhəng idman qurğuları, olimpiya kəndi (Foto)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 12199   Tarix: 23 fevral 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar