İƏT-in Bakıda yerləşəcək Əmək Mərkəzinin Nizamnaməsi ölkəmiz tərəfindən imzalanıb - FOTOLAR

İƏT-in Bakıda yerləşəcək Əmək Mərkəzinin Nizamnaməsi ölkəmiz tərəfindən imzalanıb - FOTOLARSəlim Müslümov Türkiyədə keçirilən beynəlxalq tədbirdə İƏT-ə üzv dövlətlərin nümayəndələrini ölkələri tərəfindən Azərbaycanın "Expo 2025" Sərgisinə namizədliyini dəstəkləməyə çağırıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən BiG.AZ-a verilən məlumata görə, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin İstanbul (Türkiyə) şəhərində keçirilən 33-cü sessiyasında Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov İƏT-in mənzil-qərargahı Bakı şəhərində yerləşəcək beynəlxalq statuslu Əmək Mərkəzinin Nizamnaməsini ölkəmiz tərəfindən imzalayıb.

İƏT əmək nazirlərinin 2013-cü ilin aprel ayında Bakı şəhərində keçirilmiş ikinci konfransında iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini qəbul edərkən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İƏT-in Bakıda Əmək Mərkəzinin yaradılması təklifini irəli sürüb. Bu təklif konfrans iştirakçıları tərəfindən yekdilliklə dəstəklənib. Ötən dövrdə Mərkəzin Konsepsiya Sənədi və Nizamnamə layihəsi hazırlanaraq baxılması üçün üzv dövlətlərə göndərilib. 2014-cü ilin iyun ayında İƏT-in Əmək məsələləri üzrə Rəhbər Komitəsinin Bakı şəhərində təşkil etdiyi iclas zamanı iştirakçı dövlətlərin və İƏT qurumlarının nümayəndələri tərəfindən Əmək Mərkəzi ilə bağlı sənədlərin layihəsi ətraflı müzakirə edilib. İƏT Xarici İşlər Nazirləri Şurasının 2014-cü ilin iyun ayında Ciddə (Səudiyyə Ərəbistanı) şəhərində keçirilmiş 41-ci sessiyasında qəbul edilən iqtisadi məsələlər üzrə Qətnamədə dövlətimizin başçısının İƏT-in Bakıda Əmək Mərkəzinin yaradılması barədə təklifi bir daha alqışlanıb, bu sahədə Azərbaycanın səyləri dəstəklənib.

2015-ci ilin oktyabr ayında İƏT əmək nazirlərinin Cakarta (İndoneziya) şəhərində keçirilən üçüncü konfransında qəbul olunmuş qərarla Mərkəzin Nizamnamə layihəsi təsdiqlənməsi üçün İƏT Xarici İşlər Nazirləri Şurasının 43-cü sessiyasına təqdim olunub və 2016-cı ilin oktyabr ayında Daşkənd (Özbəkistan) şəhərində keçirilən həmin sessiya zamanı Əmək Mərkəzinin Nizamnaməsi təsdiq edilib. Mərkəzin təsis edilməsi üçün onun Nizamnaməsinin 10 üzv ölkə tərəfindən imzalanması tələb olunur ki, artıq Türkiyə və Azərbaycan tərəfindən sənədin imzalanması təmin edilib.

Nizamnamənin Azərbaycan tərəfindən imzalanmasından sonra sessiyanın bağlanış iclası keçirilib və iclasda yekun söz Azərbaycan tərəfinə verilib. S.Müslümov çıxışında ilk növbədə Türkiyə Respublikasının Prezidenti və İƏT-in İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin sədri cənab Rəcəb Tayyib Ərdoğana, belə bir mötəbər beynəlxalq tədbirin yüksək səviyyədə təşkilinə, eyni zamanda nümayəndə heyətlərinə göstərilən yüksək qonaqpərvərliyə görə Türkiyə hökumətinə minnətdarlığını ifadə edib.
Ticarət və iqtisadi sahədə səmərəli əməkdaşlıq səylərinin daha da güclənəcəyinə əminlik ifadə edən S.Müslümov geniş bir coğrafiyanı əhatə edən İslam ölkələri arasında nəqliyyat dəhlizlərinin genişləndirilməsi və yenilərinin inşasının bu ölkələrin uzunmüddətli inkişafına mühüm töhfələr verəcəyini və ümumən qlobal miqyasda onların rəqabətədavamlı iqtisadiyyata malik olmalarını asanlaşdıracağını vurğulayıb. Nazir bu mənada sessiyada aparılan müzakirələrin ölkələrimiz üçün uğurlu olmasını və gələcəkdə səmərəli layihələrə səbəb olmasını arzulayıb.

S.Müslümov bildirib ki, İslam dünyasının bir hissəsi olan Azərbaycan da İslam həmrəyliyinin güclənməsinə mühüm töhfələr verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2017-ci il "İslam Həmrəyliyi İli" elan edilib. Bu il Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsi isə İslam həmrəyliyinin möhkəmlənməsinə ölkəmizin mühüm töhfəsi olub.

Eyni zamanda, mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli dialoqun qurulması üçün hələ 2008-ci ildən "Bakı prosesi"ni uğurla həyata keçirən ölkəmizdə ötən dövrdə mütəmadi olaraq Mədəniyyətlərarası Ümumdünya Forumları, Beynəlxalq Humanitar Forumlar, 2010-cu ildə Dünya Dini Liderlər Sammiti, 2016-cı ildə BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu uğurla təşkil olunub. Azərbaycan eyni zamanda Birinci Avropa Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, IV İslam Həmrəyliyi Oyunları və digər beynəlxalq səviyyəli möhtəşəm idman oyunlarına yüksək səviyyədə ev sahibliyi edib.
S.Müslümov hazırda Azərbaycanın 2025-ci ildə Beynəlxalq Sərgilər Bürosunun ümumdünya sərgisinə ev sahibliyi etmək üçün namizədliyini irəli sürdüyünü vurğulayıb. Nazir diqqətə çatdırıb ki, ümumdünya sərgisi bütün mədəniyyətlərə bərabərlik və hörmət prinsipinə əsaslanan müxtəlifliyi sərgiləmək üçün bir platformadır. Bu sərgilər qlobal müzakirələr və əməkdaşlıq üçün bütün beynəlxalq ictimaiyyəti nadir bir məkanda bir araya gətirir. Buna görə də Azərbaycan bu universal platformaya ev sahibliyi etmək üçün ən yaxşı məkanlardan biridir. Azərbaycanın sərgi üçün təklif etdiyi "İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq" mövzusu da bütün dünya üçün mühüm əhəmiyyət kəsb edir, çünki bütün inkişafın və innovasiyaların əsasında insan kapitalı dayanır.

S.Müslümov fursətdən istifadə edərək, sessiyada iştirak edən İƏT-ə üzv dövlətlərin nümayəndələrini ölkələri tərəfindən Azərbaycanın "Expo 2025" Sərgisinə namizədliyini dəstəkləməyə çağırıb.
Nazir qeyd edib ki, İƏT-in Bakıda yaradılması nəzərdə tutulan, Təşkilatın ixtisaslaşmış qurumu olacaq Əmək Mərkəzinin əsas məqsədi əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində üzv dövlətlərin səylərinin birləşdirilməsi, üzv dövlətlərin müvafiq qurumlarının və digər aidiyyəti İƏT təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, üzv dövlətlərdə əmək şəraitinin yaxşılaşdırılması, sosial tərəfdaşlığın gücləndirilməsi, layiqli əməyin tətbiqi, məşğulluq imkanlarının genişləndirilməsi və dayanıqlı sosial müdafiə sisteminin formalaşdırılmasını təşviq etməkdir: "Türkiyə Respublikası İƏT Əmək Mərkəzinin Nizamnaməsini 2017-ci ilin 10-11 iyul tarixlərində Kot-d'İvuar Respublikasında keçirilmiş İƏT Xarici İşlər Nazirlərinin 44-cü sessiyası çərçivəsində imzalayıb. Bu gün isə Azərbaycan Nizamnaməni imzalayan ikinci dövlət olur. İƏT Əmək Mərkəzinin formal olaraq təsis edilməsi üçün onun Nizamnaməsinin 10 ölkə tərəfindən imzalanmasının tələb olunur və yaradılmış imkandan istifadə edərək mən digər İƏT üzv dövlətlərini sözügedən Nizamnaməni imzalamağa dəvət edirəm".

S.Müslümov sessiyanın bütün iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
İƏT-in beynəlxalq təşkilat statuslu Əmək Mərkəzinin Nizamnaməsinin ölkəmizdə keçirilən "İslam Həmrəyliyi İli"ndə imzalanması böyük məna və əhəmiyyət kəsb edir. Mərkəz əmək, məşğulluq, sosial müdafiə, əmək bazarının inkişaf etdirilməsi, işsizliyin aradan qaldırılması, insan kapitalının inkişafı və s. kimi vacib sahələrdə üzv dövlətlər arasında əməkdaşlığın genişlənməsində mühüm rol oynamaqla, nəticə etibarilə İslam ölkələri arasında birliyin və həmrəyliyin güclənməsinə öz töhfəsini verəcək.

İƏT-in Bakıda yerləşəcək Əmək Mərkəzinin Nizamnaməsi ölkəmiz tərəfindən imzalanıb - FOTOLARİƏT-in Bakıda yerləşəcək Əmək Mərkəzinin Nizamnaməsi ölkəmiz tərəfindən imzalanıb - FOTOLARİƏT-in Bakıda yerləşəcək Əmək Mərkəzinin Nizamnaməsi ölkəmiz tərəfindən imzalanıb - FOTOLARİƏT-in Bakıda yerləşəcək Əmək Mərkəzinin Nizamnaməsi ölkəmiz tərəfindən imzalanıb - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 560   Tarix: 23 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Uqandada "Qırmızı Göz" xəstəliyi yayılıb

Son 3 həftədə Uqandada yoluxucu "qırmızı göz" (konyunktivit) xəstəliyi yayılıb. BİG.AZ xəbər verir ki, xəstəlikdən əziyyət çəkənlərin sayı 7500 nəfəri keçib. Bu barədə Uqanda Səhiyyə Nazirliyi açıqlama yayıb. Açıqlamada son 3 həftədə yoluxma sayının 954-dən 7596-ya yüksəldiyi bildirilib. Səhiyy

16.04.2024 170
.

Gəncədə şagird bıçaqlandı

Gəncə şəhərində 16 yaşlı şagirdə kəsici alətlə xəsarət yetirilib. Report-a istinadla xəbər verir ki, 2008-ci il təvəllüdlü O.Quliyev ayağından xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, O.Quliyevə təhsil aldığı məktəbdə oxuyan digər şagird tərəfindən xəsarət yetirilib. Faktla bağl

16.04.2024 367
.

Ceyran Rəhimovadan aparıcılara sərt tənqid!

"Bir aparıcı ki, qonağın əyləşdiyi divanın qoltuğunda oturursa, onu oradan qaldırmaq mümkün deyil. Mən bunu qonağa hörmətsizlik hesab edirəm. Aparıcının öz yeri, özünü aparmağı olmalıdır. Aparıcı səmimiyyət yaradır. Bu səmimiyyət deyil. Şounu hər bir aparıcı yarada bilər. Lakin çərçivədə etməliyik"

16.04.2024 575
.

Yüksək bal toplayan şagird: "Hədəfim ADA Universitetində təhsil almaqdır" - FOTO

Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələrini açıqlayıb. Yüksək bal toplayanlar arasında Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdi Mələkxanım Piriyeva da var. 286,9 bal toplayan şagird Maliyy

16.04.2024 409
.

Ermənistan Milli Assambleyasının sədri Litvaya rəsmi səfərə yola düşüb

Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 16-dan 19-dək Litvaya rəsmi səfərə yola düşür. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. Səfər çərçivəsində Litva Respublikasının Prezidenti Gitanas Nauseda, Baş nazir İnqrida Şimonite,Xarici İşlə

16.04.2024 142
.

Ukraynada səfərbərlik gücləndirilir

Ukrayna Prezidenti Volodimir Zelenski yüz minlərlə ukraynalının silahlı qüvvələrə çağırılmasına imkan verəcək səfərbərliyin sərtləşdirilməsi haqqında qanunu imzalayıb. Qanunda olan normaların bəziləri dərc edildikdən dərhal sonra, böyük hissəsi isə bir aydan sonra qüvvəyə minəcək. Xatırladaq ki, Ukrayn

16.04.2024 181
.

Mətanət İsgəndərli 45 kiloqram arıqladığını açıqladı

"45 kiloqrama yaxın çəki atmışam". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "Space star"a müsahibəsində deyib. İfaçı plastik əməliyyat etdirməyə hazırlaşdığı vurğulayıb:. "Əməliyyata hazırlaşıram. Zarafat deyil, birdən-birə şarı doldurub-boşaldand

16.04.2024 532
.

Putin prezidentlik şəhadətnaməsini alıb

Ötən ay Rusiyada keçirilən prezident seçkilərində 87,28 faiz səslə qalib gələn Vladimir Putin seçki şəhadətnaməsini Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilovadan alıb. xəbər verir ki, Kreml Sarayından verilən açıqlamaya görə, Putin Pamfilova ilə ofisində görüşüb. Pamfilova Rusiya Federasiyasını

16.04.2024 162
.

Gəncə sakini itkin düşdü

Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Həsənov Osman Vahid oğlu itkin düşüb. Bu barədə "Qafqazinfo"ya onun yaxınları məlumat verib. İlkin məlumata görə, adıçəkilən şəxs Beyləqan rayonundan Gəncəyə gedərkən Nizami Məqbərə Kompleksi yaxınlığında "Vito" markalı mikroavtobusdan düşü

16.04.2024 486