"Qarabağ" – "Çelsi" matçı rekord vurdu

"Qarabağ" – "Çelsi" matçı rekord vurduÇempionlar Liqasının qrup mərhələsinin V turunun ikinci oyun günündə keçirilən qarşılaşmaların tamaşaçı sayı açıqlanıb.

BiG.AZ APA-ya istinadən xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən "Qarabağ" – "Çelsi" qarşılaşmasını 67 min 100 tamaşaçı izləyib.

68 min 700 tamaşaçı tutan arenada cəmi 1600 boş yer qalıb. İngiltərə klubunun 4:0 hesablı qələbəsi ilə başa çatan matç V turun rekordu kimi tarixə düşüb.

Belə ki, nə ilk, nə ikinci oyun günündə bu qədər tamaşaçı toplayan ikinci bir matç olmayıb. İlk günün rekordu Dortmunddakı "Borussiya" - "Tottenhem" matçını 65 min 849 nəfər izləmişdisə, Bakıdakı görüşdə bundan 1251 nəfər çox azarkeş tribunalara toplaşıb.

Digər qarşılaşmalar isə bu iki oyunla müqayisədə xeyli geri qalıb.

Lakin "Qarabağ" – "Çelsi" matçı Azərbaycan futbolu tarixinin rekordu ola bilməyib. Çünki II turun "Qarabağ" – "Roma" matçını – ölkəmizdəki ilk Çempionlar Liqası qarşılaşmasını daha çox seyrçi izləmişdi.

Həmin turun rekordu olan görüşdə 67 min 200 nəfər qeydə alınmışdı.

Çempionlar Liqası

Qrup mərhələsi, IV tur

21 noyabr

E qrupu

"Spartak" (Rusiya) - "Maribor" (Sloveniya) - 1:1

(42920)

"Sevilya" (İspaniya) - "Liverpul" (İngiltərə) - 3:3

(39495)

F qrupu

"Mançester Siti" (İngiltərə) - "Feyenoord" (Hollandiya) - 1:0

(43548)

"Napoli" (İtaliya) - "Şaxtyor" (Ukrayna) - 3:0

(10573)

G qrupu

"Beşiktaş" (Türkiyə) - "Porto" (Portuqaliya) - 1:1

(36919)

"Monako" (Fransa) - "Leypsiq" (Almaniya) - 1:4

(9029)

H qrupu

"Borussiya" (Dortmund, Almaniya) - "Tottenhem" (İngiltərə) - 1:2

(65849)

APOEL (Kipr) - "Real" (İspaniya) - 0:6

(19705)

22 noyabr

A qrupu

MOİK (Rusiya) - "Benfika" (Portuqaliya) - 2:0

(27709)

"Bazel" (İsveçrə) - "Mançester Yunayted" (İngiltərə) - 1:0

(36000)

B qrupu

PSJ (Fransa) - "Seltik" (Şotlandiya) - 7:1

(46288)

"Anderlext" (Belçika) - "Bavariya" (Almaniya) - 1:2

(19753)

C qrupu

"Qarabağ" (Azərbaycan) - "Çelsi" (İngiltərə) - 0:4

(67100)

"Atletiko" (İspaniya) – "Roma" (İtaliya) - 2:0

(56253)

D qrupu

"Sportinq" (Portuqaliya) - "Olimpiakos" (Yunanıstan) - 3:1

(42528)

"Yuventus" (İtaliya) - "Barselona" (İspaniya) - 0:0

(40876)


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 2254   Tarix: 23 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Avstraliyalı hücumçu "Neftçi"yə keçməkdən imtina edib

Avstraliyalı futbolçu Nikita Rukavitsanın "Neftçi"yə keçidi baş tutmayıb. Bu barədə "Report"a Bakı klubunun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib. Onun sözlərinə görə, daha əvvəl razılıq əldə olunan 34 yaşlı hücumçu Bakıd

28.08.2021 641
.

İbrahimoviçin qayıdacağı vaxt bilindi

"Milan"ın zədəli futbolçusu Zlatan İbrahimoviçin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub. İsveçli hücumçu milli komandalara görə yaranan fasilədən sonra əsas komanda ilə məşqlərə qoşulacaq. Bu barədə "Milan"ın baş məşqçisi Stefano Pioli klubun mətbuat xidmətinə açıqlamasında deyib

23.08.2021 954
.

Tokio paralimpiadası iştirakçısının keçmişdə terrorçu olduğu məlum olub

İspaniyanı Tokio-2020 paralimpiada oyunlarında üzgüçü Sebastyan Rodriqes Velozo təmsil edib. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, 64 yaşlı iflic idmançının keçmişdə terrorçu olduğu məlum olub. O, bir zamanlar törətdiyi qətlə görə 84 il müddətinə azadlıqdan məhrum edilib. Velozonu

29.08.2021 1121
.

Dünya çempionumuz koronavirusa yoluxdu

Paralimpiya milli komandamızın daha bir üzvü taekvondoçu Aynur Məmmədova Tokioya yollana biməyib. Unikal.org-un məlumatına görə, üçqat dünya, 4 dəfə Avropa çempionu parataekvondoçu Aynur Məmmədova koronavirusa yoluxub. Dünya çempionu bu səbəbdən sentyabrın 4-də dayanq üzərinə çıxıb-çıxmama ehtimal

31.08.2021 1111
.

Həbib Nurməhəmmədov yeznəsinin niyə azərbaycanlı rəqib seçdiyini açıqladı - FOTO/VİDEO

"Çoxlarına maraqlıdır ki, niyə Əbdülmanafın xatirəsinə həsr olunan belə turniri biz AMC FNG (Fight Nights Global) ilə birgə keçiririk?. "Divardan divara" turnirini keçirmək atamın ideyası olub. Bütün turniri belə keçirmək alınmaz, amma bir neçə döyüş olacaq. Atamın düşüncələrin

23.08.2021 2064
.

Ronaldonun transferi barədə post rekord bəyənmə topladı – FOTO

"Mançester Yunayted"in hücumçu Kriştianu Ronaldunun transferini açıqladığı "Twitter" paylaşımı böyük rəğbət qazanıb. Dərc olunduğu ilk saatdaca postu bir milyon nəfər bəyənib, 400 nəfərsə retvit edib. Qeyd edək ki, portuqaliyalı məhz bu komandadakı çıxışı sayəsində ulduza çevrilib

27.08.2021 1093
.

Yerkökü yeyərkən çənəsini sındırdı - FOTO

Niderlandın "Herenven" klubunun futbolçusu Rami Kaib kuryoz hadisə yaşayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, isveçli müdafiəçi yerkökü yeyərkən çənəsini sındırıb. Bu barədə "Herenven" klubunun rəsmisi yerli mətbuata açıqlamasında deyib. Kaib bir müddət əvvəl çənəsində

13.09.2021 1755
.

Azərbaycanlı idmançı Paralimpiya rekordu qırıb, qızıl medal qazandı

Atletikanın nüvə itəlmə növü üzrə idmançımız Elvin Astanov (F53 kateqoriyası) Tokio Paralimpiya Oyunlarında Azərbaycana səkkizinci qızıl medalı qazandırıb. O, 8.77 metr nəticə göstərərək Paralimpiya rekordunu yeniləyib və yarışların qızıl medalını qazanıb. Qeyd edək ki, bu nəticə ilə Azərbaycan meda

29.08.2021 1349
.

"Fənərbağça" Kresponu transfer etdi

İstanbul nəhəngi "Fənərbağça" daha bir futbolçunun transferini rəsmiləşdirib. "Fənər" Portuqaliyanın "Eştoril" klubunda çıxış edən Migel Kresponu heyətinə cəlb edib. 1996-cı il təvəllüdlü futbolçu bu gün İstanbulda tibbi müayinədən keçəcək.( )

05.09.2021 709