"Səfirlərimiz sürücülük edirlər" - Millət vəkili

"Səfirlərimiz sürücülük edirlər" - Millət vəkiliMillət vəkili Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin büdcəsini artırmağı təklif edib.

Bu gün Milli Məclisdə 2018-ci il dövlət büdcəsi layihəsinin noyabrın 21-də başlanmış müzakirəsi davam etdirilib.

Bugünkü müzakirədə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev rəhbəri olduğu qurumun və xarici ölkələrdəki səfirliklərin büdcəsinin artırılmasının vacibliyini bildirib: "Mən bu barədə danışmaq istəmirdim, ancaq məcburam. Rəhbəri olduğum Şuraya dövlət büdcəsindən ayrılan vəsaitin ilbəil azaldılması bizim üçün də problemlər yaradır. Təsəvvür edin ki, ötən il Şura üçün nəzərdə tutulan vəsaitin 400 min manatı bizə hələ də köçürülməyib. Ölkədə 3 min civarında QHT-nin olduğunu nəzərə alsaq, Şuraya ayrılan vəsaitdən o təşkilatların hər birinə 1000-1300 manat pul düşür, bu da çox azdır. Gələn il ölkədə prezident seçkilərinin keçirilməsi gözlənilir.

QHT-lər ötən seçkilərdə müşahidəçiliklə bağlı geniş layihələr həyata keçiriblər. Ancaq Şuraya ayrılan vəsaitin azlığı həmin layihələrin maliyyələşdirilməsini çətinləşdirəcək. Başqa bir məsələyə də toxunmaq istərdim. Bildiyiniz kimi, son illərdə qənaət rejiminə keçidlə əlaqədar xərclərdə müəyyən ixtisarlar olub və bu məsələ xarici ölkələrdəki səfirliklərimizi də əhatə edib. Səfirliklərimizin büdcəsinin azaldılması onların Azərbaycan üçün əlamətdar günlərlə bağlı tədbirlər keçirmək imkanlarını xeyli məhdudlaşdırıb. Səfirliklərin büdcəsinin azaldılması hətta elə şərait yaradıb ki, bəzilərində sürücü ştatı da ləğv edilib və səfirlərimiz onlar üçün ayrılan avtomobilləri özləri sürür, yəni sürücülük edirlər.

Fikrimcə, səfirliklərimizin büdcəsini artırmaq lazımdır ki, onlar heç olmasa ştata sürücü götürə bilsinlər. Mən xahiş edərdim ki, Maliyyə Nazirliyi bu məsələlərlə bağlı təkliflərimizə diqqətlə yanaşsın".

mənbə: yenicag.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1122   Tarix: 22 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO

Kürdə batan ata və qızı ilə bağlı yeni detallar məlum olub. "Azad Azərbaycan" Televiziyasında (ATV) yayımlanan süjetdə bildirilib ki, itkin düşən 6 yaşlı Səma üç il əvvəl ürəyindən əməliyyat olunub. "Bu səbəbdən də valideynləri hər zaman ona diqqət edirdilər. Ailədə onun nazı ilə oynayırdılar"

18.04.2024 682
.

Bakıda 29 dərəcə isti olacaq

Aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti

15:21 89
.

"Trans yağların yaratdığı bütün zərərli təsirlərdən qorunmağın ən asan üsulu balanslı qidalanmaqdır" - Qida eksperti

Azərbaycan bu ildən etibarən trans yağ turşuları ilə mübarizə sahəsində görülən işlərlə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hazırlanan "Ölkələrin Qiymətləndirmə Aləti"ndə 2-ci səviyyədən 3-cü səviyyəyə yüksəlib. Qida eksperti Fərid Səfərov -a bildirib ki, süni trans yağ maye yağları

18.04.2024 546
.

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır. "Report" xəbər verir ki, bununla bağlı liseydə təhsil alan uşaqların valideynlərinə məktub göndərilib. Təhsil müəssisəsinin rəhbərliyi adından göndərilən məktubda orada təhsilin tədris müddəti bitənə qədər davam edəcəyi qeyd olunub. Yeni tədris ilində

14:28 182
.

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. "Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərini

18.04.2024 505
.

Yaponiyanın qərbində ardıcıl zəlzələ oldu

Yaponiyanın qərbindəki Ehime prefekturasının sahilində yerləşən Bunqo-suido boğazında ardıcıl zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 6,4 və 5 bal gücündə baş verib. Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Qeyd edək ki, 6,4 maqnituda gücündə zəlzələ 50 kilometr dərinlikdə, 5 maqnitudal

18.04.2024 294
.

Robot tozsoran partladı - VİDEO

Türkiyənin Kocaeli şəhərində robot tozsoran partlayıb. BİG.AZ xəbər verir ki, hadisənin baş vermə səbəbi məlum deyil. Evə yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürülüb

18.04.2024 546
.

Gecə körpüyə çıxıb intihar etmək istədi - Video

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb. "Qafqazinfo" xəbər verir ki, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu Qara Qarayev prospektində 1 nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

10:47 428
.

"Ermənistan rəhbərliyinin addımını dəstəkləyən kəslər, Azərbaycanın da bu kimi addımlar atacağı təqdirdə səssizliyini qorusun"

"İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin son 1 ayda açıqlamaları Bakı və Tehran arasında hazırda mülayimləşməyə gedən münasibətlərə xələl gətirir. İlin günün bu vaxtında hazırda Azərbaycanla İran arasında nəqliyyat - kommunikasiya və sərhədyanı ərazilərdə başladılan yeni əməkdaşlıq trendlər

18.04.2024 264