Lökbatanda partlayış baş verən zavodun rəhbəri danışdı - FOTOLAR

Lökbatanda partlayış baş verən zavodun rəhbəri danışdı - FOTOLARNoyabrın 20-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən "Elit Yatırım" LTD şirkətinə məxsus "Metal tədarükü, satışı və emalı" zavodunun ərazisində mənşəyi məlum olmayan qurğunun partlaması nəticəsində 1964-cü il təvəllüdlü Məmmədov Bəhmən Heydər oğlu hadisə yerində ölüb.
Baş vermiş hadisədən sonra "Elit Yatırım" LTD şirkəti və hadisə ilə müxtəlif fikirlər səsləndirildi.

Bütün bunlara aydınlıq gətirmək üçün "Elit Yatırım" LTD şirkətinin rəhbəri Ramazan Mehmet Dörtokla əlaqə saxladıq və o, ölkə.az-ın suallarını cavablandırıb:

"5 gündür xəbərlər çıxır ki, zavod dağılıb. Ancaq bu xəbərlər küllüyən yalandır. Hazırda zavod bağlanıb, prokrorluq işçiləri əraziyə heç kimi buraxmır. Əgər icazə versələr sizi əraziyə aparıb, nəyin harada olduğunu göstərə bilərəm. Partlayış baş verəndən sonra zavoda gələndə polislər məni tanımadığı üçün əraziyə buraxmırdılar. Bizim gizləyəcəyimiz heç bir şey yoxdur".

Zavod sahibinin sözlərinə görə, partlayış zamanı həlak olan Bəhmən Məmmədov 2 aya yaxın imiş ki, zavoda mal gətirirmiş və hadisə gətirdiyi mallara baxarkən olub:

"Bəhmən Məmmədov gətirdiyi mallara baxıb, içərisində daha bahalı metalların olub, olmadığını yoxlayırmış. Malları yoxlayan zaman əlindəki alışkanı yandırıb və bu zaman partlayış olub. Hadisə zavodun içərisində yox, zavodun ərazisində Bəhmən Məmmədovun maşının yanında baş verib. Ölən şəxsin hətta maşınının şüşələri də sınmayıb. Həmin maşın hələ də zavodun həyətindədir.

Lökbatanda partlayış baş verən zavodun rəhbəri danışdı - FOTOLARSəhlənkarlıq həm bir adamı canından etdi, həm də 4-5 gündür ki, zavod bağlı qalıb. Zavodun işləmədiyini deməyimi kimsə səhv anlamasın, ölən adama görə çox pis üzüldük. Bir insan canından oldu, biz də zavod olaraq fəaliyyətimizi dayandırdıq".

Zavodda silah istehsal edildiyi iddiasına gəldikdə isə, Ramazan Mehmet Dörtok bildirdi ki, bizim zavod metal tədarükü, satışı və emalı ilə məşğul olur:

"Deyirlər, silah istehsal edib PKK-ya verirmişik. Ayıbdır. Metal emalı nə zamandan silah istehaslı kimi qiymətləndirilir? Polis, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları zavodda oldular, araşdırma apardılar, hələ də araşdırma davam edir. Partlayışla bağlı da FHN akt tərtib".

Fövqəladə Hallar Nazirliyinin partlayışla bağlı tərtib etdiyi aktı sizə təqdim edirik:
Lökbatanda partlayış baş verən zavodun rəhbəri danışdı - FOTOLARLökbatanda partlayış baş verən zavodun rəhbəri danışdı - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1894   Tarix: 22 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137