Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yaydı

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yaydıQaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

BiG.AZ-a daxil olan məlumatı oxucularımıza təqdim edirik.

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 10 may 1994-cü il tarixdə "Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" 181 nömrəli qərar qəbul edilmişdir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, Maliyyə Nazirliyi və müvafiq icra hakimiyyəti orqanları büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda işləmiş, lakin özlərindən asılı olmayan səbəblərə görə işlə təmin edilməmiş məcburi köçkünlərə 1 sentyabr 1994-cü il tarixədək orta əmək
haqlarının verilməsini təmin etsinlər.

Sonraki illərdə Nazirlər Kabinetinin müvafiq qərarları ilə yuxarıda göstərilən qərarın icra müddəti hər il nəzərdə tutulan vaxtadək uzadılmış və beləliklə dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və heç bir yerdə işləməyən məcburi köçkünlərə orta aylıq (dondurulmuş) əmək haqqı 1 yanvar 2017-ci il tarixədək verilmişdir.

Qeyd edirik ki, cari ildə də Komitə tərəfindən həmin qərarın müddətinin uzadılması ilə bağlı aidiyyəti dövlət orqanları ilə hərtərəfli müzakirələr aparılmış, lakin qərarın müddətinin uzadılması məqsədəuyğun hesab edilməmişdir. Odur ki, 2017-ci il 1 yanvar tarixdən məcburi köçkünlərə orta aylıq (dondurulmuş) əmək haqqının verilməsi dayandırılmışdır.

Həmçinin bildirilmişdir ki, məcburi köçkünlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə işə düzəlmək və ya sosial yardım almaq üçün müraciət etsinlər.Maraqlıdır ki, onlar nə üçün müraciət etmirlər və Əlövsət Sadıqlı əgər doğrudan onların hüquqları ilə məşğuldursa nə üçün onların müraciət etməsi ilə məşğul olmur.Məlumat üçün bildiririk ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu ilin 9 ayında müraciət edənlərin 1150 nəfəri artıq işlə təmin edilib.

Onu da bildiririk ki, həmin vəsait işğal altında olan rayonların illik büdcələrində nəzərdə tutulurdu və Komitəyə aidiyyəti olmayıbdır. Məlumat üçün bildiririk ki, bütün bunlara baxmayaraq bu təbəqədən olan məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədi ilə Komitə tərəfindən aidiyyəti dövlət orqanlarına həmin şəxslərin ünvanlı sosial yardımla və ya işlə təmin edilməsi üçün məktub göndərilmişdir.

Bununla bağlı onların dəfələrlə şifahi və yazılı müraciətlərinə Dövlətqaçqınkomun rəhbərliyi tərəfindən cavab verilməsinə, fərdi və kollektiv şəkildə gələnlərin qəbul edilməsinə baxmayaraq guya "Məcburi köçkünlərin hüquqlarını müdafiə komitəsi" yaradaraq özünü onların "himayədarı" qismində aparan Əlövsət Sadıqlı bir qurup məcburi köçkünü də ətrafına toplayaraq noyabrın 1-də Nazirlər Kabinetinin qəbul otağnda yığışmışlar. Məsələ ilə bağlı onlara lazımi izahatlar verilmişdir. Lakin Əlövsət Sadıqlı öz niyyətini həyata keçirmək məqsədilə 13 dəqiqəlik video hazırlayaraq onu öz facebook səhifəsində və xaricdə yaşayan, hər gün ölkənin hökumət məmurlarının ünvanına şər-böhtanlar yağdıran oğlu Tural Sadıqlının idarə etdiyi "Azad Söz" facebook səhifəsində yerləşdirmiş və həmin videoda dövlət məmurunu özünəməxsus şəkildə ittiham etmiş və onlar haqqında təhqiramiz fikirlər səsləndirmişdir.

Bununla da kifayətlənməyən Əlövsət Sadıqlı və ətrafına topladığı bir qurup şəxs noyabrın 15-də yenidən Dövlətqaçqınkomda vətəndaşların qəbul günündə Dövlətqaçqınkomun inzibati binasının qarşısına gəlmiş və burada şüarlar səsləndirərək aksiya təşkil etməyə cəhd göstərmişlər. Onların müraciəti əsasında Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov həmin gün bu məqsədlə qəbula gələnlərlə yenidən görüşmüş və onlara ətraflı izahatlar vermişdir.

Lakin sonradan Əlövsət Sadıqlı yenidən özünün facebook səhifəsində bununla bağlı çoxsaylı məlumatlar yerləşdirmiş və həmin məsələlərə təhqiramiz "şərhlər yazan" şəxslərin fikirlərini paylaşmışdır.

Əlövsət Sadıqlı özü ilə qəbula gətirdiyi şəxslərdən bir qismi müxtəlif yerlərdə işləmələrinə baxmayaraq dondurulmuş əməkhaqqı tələbi ilə çıxış edirlər. Əlavə olaraq bildiririk ki, Əlövsət Sadıqlı pensiya yaşındadır və özünün həmin dondurulmuş əmək haqqına heç bir aidiyyəti yoxdur.Lakin Əlövsət Sadıqlı Ağdam rayon İcra Hakimiyyətini aldadaraq oğlunun xaricdə yaşaması barədə məlumat verməyib və uzun müddət qanunsuz olaraq xaricdə yaşayan oğlu Tural Sadıqlının əvəzində müavinət alıb. Hazırda Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən Tural Sadıqlı müavinət alanların siyahısından çıxarılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1093   Tarix: 22 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sumqayıtda ərini öldürməkdə təqsirləndirilən qadınla bağlı YENİ XƏBƏR

Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sumqayıt şəhər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, Əfsanə Məmmədova barəsində keçirilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizanın rəyin

18.04.2024 415
.

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır. "Report" xəbər verir ki, bununla bağlı liseydə təhsil alan uşaqların valideynlərinə məktub göndərilib. Təhsil müəssisəsinin rəhbərliyi adından göndərilən məktubda orada təhsilin tədris müddəti bitənə qədər davam edəcəyi qeyd olunub. Yeni tədris ilində

14:28 256
.

Britaniya şahzadəsi ABŞ vətəndaşı oldu

Kral II Çarlzın oğlu və Böyük Britaniya taxtının növbədə beşinci varisi olan Sasseks hersoqu, şahzadə Harri ABŞ rezidenti olduğunu rəsmən təsdiqləyib. Məlumata görə, onun nəzarət etdiyi səyahət şirkəti bu həftə Britaniya səlahiyyətlilərinə şahzadənin köçdüyünü və hazırda ABŞ-də yaşadığını bildirən sənədlə

12:27 182
.

Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO

Kürdə batan ata və qızı ilə bağlı yeni detallar məlum olub. "Azad Azərbaycan" Televiziyasında (ATV) yayımlanan süjetdə bildirilib ki, itkin düşən 6 yaşlı Səma üç il əvvəl ürəyindən əməliyyat olunub. "Bu səbəbdən də valideynləri hər zaman ona diqqət edirdilər. Ailədə onun nazı ilə oynayırdılar"

18.04.2024 704
.

Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı

"Yaxşı gününüzdə qohum-əqrəbanı xatırlayın, çevrənizdəkilərə yardım edin. Vəzifəyə, işə-gücə, sahib olduqlarınıza güvənməyin". "Olay" bildirir ki, bu sözləri "Səni axtarıram" verilişində Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı deyib. O, həmçinin ötən gün vəfat edən sabi

18.04.2024 666
.

"Rusiya XİN sözçüsünün Ermənistandan qovulan azərbaycanlılar faktını təsdiqləməsigörüləcək işlərin həcmcə böyük olacağına işarədir"

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Ermənistanı tərk etmiş azərbaycanlıların geri qayıtması üçün böyük həcmdə işlər görülməlidir. Mövzu ilə bağlı -a danışan politoloq Elşən Manafov qeyd edib ki, Qər

18.04.2024 460
.

Omanda daşqın nəticəsində ölənlərin sayı 21-ə çatıb

Omanda daşqın nəticəsində ölənlərin sayı 21-ə çatıb. xəbər verir ki, ölkənin Mahut və Səham əyalətlərində daşqınlar nəticəsində həyatını itirən 2 nəfərin cəsədinin tapıldığı bildirilib. Sel fəlakətində ölənlərin sayının 21-ə yüksəldiyi, itkin düşən iki nəfərin axtarış-xilasetmə işlərinin davam etdiy

18.04.2024 280
.

Kamran Həsənlidən qalmaqallı açıqlama: "Yaxşı verilişlərin aparıcılarının saxlayanı var"

"Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən sənətkar kimi bəh-bəhlə xalqa sırınır". Bu sözləri tanınmış aparıcı Kamran Həsənli -a açıqlamasında deyib. O, bəzi aparıcılar barədə sərt iradlar səsləndirib:. "Onla

18.04.2024 1256
.

Türkiyədə 4,7 bal gücündə zəlzələ olub

Türkiyənin Tokat şəhərində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,7 bal gücündə qeydə alınıb. Bu barədə AFAD məlumat yayıb. Zəlzələ nəticəsində ölən və yaralananların olduğu barəsində məlumat verilməyib

18.04.2024 305