Bakıda məşhur şadlıq evləri sökülə bilər – VİDEO

Bakıda məşhur şadlıq evləri sökülə bilər – VİDEOBir müddət əvvəl "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Bakı və Abşeronda onlarla obyektin sökülməsi üçün yerli rayon məhkəmələrində iddia qaldırması məsələsi ictimai maraq doğurub. "Azərsu"nun iddiasına görə, onlarla sahibkarın obyekti və yaşayış evləri su-kanal xətlərinin mühafizə zolağında inşa edilib.

Belə ki, təkcə Bakıda 200-dən çox, Abşeronda 47 kommersiya obyekti, 2 mindən çox fərdi yaşayış evi magistral su kəmərlərinin və daşıyıcı kollektorların üzərində inşa edilib.

BiG.AZ xəbər verir ki, qafqazinfo.az ictimai maraq doğuran hadisə ilə bağlı bəzi məlumatlar əldə edib.

Məlum olub ki, Bakıda illərdir fəaliyyət göstərən bir sıra məşhur restoranlar magistral su kəmərlərinin üstündə tikilib. Bu restoranlar paytaxtın Nizami rayonu Mikayıl Əliyev və Bəkir Çobanzadə küçəsində yerləşir.

Həmin şadlıq evlərinin siyahısında "Neolit", "Qızılqaya", "Ay işığı", "Xəmsə", "Sarı gəlin", "Xarı bülbül", "Xan qızı", "Yeddi gözəl" kimi restoranlar var.

Bu restoranlar "Azərsu"nun 1000-1200 diametrli yüksək təzyiqli magistral su kəmərlərinin üstündə tikilib.

Artıq "Neolit" və "Qızılqaya" restoranının sökülməsi üçün "Azərsu" tərəfindən iddia məhkəməyə təqdim olunub. Hazırda 121 obyektin işinə məhkəmədə baxılır. Əlavə 60 obyektlə bağlı sənədlər isə hazırlanıb, bu yaxınlarda məhkəməyə təqdim olunacaq.

Eyni zamanda, magistral su kəmərinin yaxınlığında və ya üzərində tikilən çoxsaylı yaşayış evləri və bəzi kiçik obyektlər də var. Bunlar isə daha çox Binəqədi rayonu, Biləcəri qəsəbəsindədir.

Biləcəri qəsəbəsindəki vəziyyət müşahidə edilib.

Məlum olub ki, həmin ərazidəki bir neçə obyekt icarədarlarının məsələdən xəbəri yoxdur. Çünki onlar obyekti icarəyə götürüblər. Sahibini isə, demək olar ki, tanımırlar.

Ordubadi küçəsində elə evlər var ki, sözügedən kəmərlər onların həyətindən keçir. Üstündə hətta tikinti işləri də aparılıb. Sakinlər isə bildirir ki, həmin evləri 10-15 il bundan qabaq tikiblər. Vaxtilə bu evləri tikən zaman icra nümayəndəliyi onlara təhlükənin olacağı barədə heç nə deməyib. Sakinlər iddia edir ki, onlardan razılıq aldıqdan sonra ev tikməyə başlayıblar.

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı söhbət zamanı bildirib ki, son beş ildə mühafizə yerlərinin yaxınlığında ev və ya obyekt tikilməsinə onlar tərəfindən icazə verilmir: "Biz bununla bağlı müvafiq siyahını hazırlayıb hökumətə təqdim etmişik. 5200-dən artıq belə tikinti var. Onlardan 3300-ü yaşayış evi, qalan 1900-ü isə müvafiq tikili və obyektlərdir. Təkcə 2500-ü Binəqədi rayonu, xüsusilə də Biləcəri qəsəbəsi ərazisindədir. Belə ki, Ceyranbatan-Binəqədi xətti üzrə 3 magistral xətt bu rayonun ərazisindən keçir. Demək olar ki, hər yerdə bu mühafizə zonası pozulub. Yaşayış evinin və ya obyektin mühafizə zonasından nə qədər aralı yerləşməsi təzyiqdən asılıdır. Bu 5 metr, 10 metr, 15 metr də ola bilər. Ən yüksək təzyiqli 1200-1400 diametrli xətlərdə isə bu 20-25 metr təşkil edir. Sabah qəza baş verəcəyi halda onu necə aradan qaldıracağımız müşkül məsələyə çevrilib. Hətta qəza insan tələfatı ilə də nəticələnə bilər.

Rayon icra hakimiyyəti başçısının müavini İldırım Məmmədov bildirib ki, Bəkir Çobanzadə və Mikayıl Əliyev küçəsində faktiki fəaliyyət göstərən şadlıq evləri hardasa 15-20 il əvvəl tikilmiş restoranlardır: "Yəni bu, bugünün, dünənin işi deyil. Göz qabağında olmuş işlərdir. Bu gün gəlmiş icra başçısı nə bilsin ki, orada neçə il əvvəl iş necə olub? Orada restoran bir, ya iki deyil. "Azərsu", yəqin ki, araşdırma aparıb, müəyyən qədər məlumatı var. Sökülmə ilə bağlı iddia təmin edilsə belə, o restoranların hamısının sökülməsi qeyri-mümkün olan işdir. "Azərsu" da bu günün təşkilatı deyil. O şadlıq evləri də bu günün deyil. Məhkəməyə verilən restoran sahibləri bizə bu barədə müraciət etməyiblər. Yəqin ki, müraciət etsələr, məsələ aydınlaşdırılar".

Məsələnin hüquqi tərəflərinə toxunan vəkil Xəyal Bəşirov "Qafqazinfo"ya bildirib ki, bu məsələ ölkəmizdə, xüsusilə də paytaxt Bakı şəhərində çox böyük və ciddi problemdir: "Geniş tikinti işləri aparılarkən həm tikintini aparanlar, həm də müəyyən səlahiyyətli şəxslər tərəfindən sui-istifadə hallarına yol verilib. Haqqında danışdığımız bu cür neqativ halların acı nəticələri, çox təəssüflər olsun ki, bu gün də cəmiyyətimizdə yaşanmaqdadır ki, hazırda da onların aradan qaldırılması dövlətə və müvafiq qurumlara əlavə yeni problemlər yaradır.

Qüvvədə olan qanunvericiliyimizə əsasən, bütün magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililər qanunsuz hesab olunur.

Daha sonra Mülki Məcəlləyə əsasən, tikinti məqsədləri üçün ayrılmayan bu cür torpaq sahələrində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evləri, digər tikililər, qurğular və ya başqa daşınmaz əmlaklar özbaşına tikintilər sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, yəni, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Bəhs etdiyimiz qanunsuz tikintilərə yol verən şəxslərin məsuliyyəti məsələsinə gəldikdə isə bu cür hüquqazidd əməllərə yol vermiş şəxslərin həmin tikililəri məhkəmə qərarı əsasında sökülməklə yanaşı, özləri barəsində də qanunvericilikdə çox ciddi cəza tədbirləri nəzərdə tutulub".

Problemin həlli yolları ilə bağlı danışan iqtisadçı ekspert Rövşən Ağayevin sözlərinə görə, bizdə uzun illər şəhərsalma normalarının çox ciddi şəkildə pozulması ilə müşayiət olunan qərarlar qəbul olunub: "İndiki mövcud qanunvericiliyə görə sərəncam verilərkən şəhərsalma normalarının gözlənilməsi üçün mühəndis infrastruktur zonaları ilə elə məsafələr seçilməlidir ki, bu onların fəaliyyətinə hər hansı kənar təsir etməsin. Hansısa qəza halında həmin magistral xətlərdə əməliyyat həyata keçirmək mümkün olsun.

Nazirlər Kabinetinin qərarına əsasən, tikinti obyektləri 1200 mm diametri olan su magistral xəttindən ən azı 20 metr məsafədə yerləşməlidir. Respublika əhəmiyyətli yollardan tikinti yaşayış yerləri ən azı 30 metr məsafə aralığında olmalıdır. Bunlar Nazirlər Kabinetinin müvafiq qərarları ilə tənzimlənir".

İqtisadçı vurğulayıb ki, bu məsələdə yerli icra hakimiyyəti orqanlarının çox ciddi şəkildə özbaşınalıığı olub: "1990-ci illərin ortalarından 2012- ci illərə qədər çox ciddi şəkildə şəhərsalma xaosu olub. İndi proses də bu nöqtəyə gəlib çatıb. Bundan geri qayıtmaq mümkün deyil. Nəticələr aradan qaldırılmalıdır.

Bunun üçün iki yanaşma olmalıdır. Bir müddət əvvəl Bakıda qanunsuz tikintilərin leqallaşdırılması ilə bağlı parlamentə qanun layihəsi daxil oldu. Sonra o qanun layihəsi aradan çıxdı. O zaman da təklifim bu idi ki, Bakıda və Abşeronda çoxlu yüksək gərginlikli su və elektrik xətlərinin üzərində, yaxınlığında olan evlər var. Əgər fərdi qaydada hər hansı ev sözügedən xətlərin üzərində tikilibsə və mənzillərin də sayı azdırsa, o yüksəkgərginlikli xətti kənara çıxartmağın xərci daha böyükdürsə o evlərə kompensasiya verilib başqa yerə köçürülməsi təmin olunmalıdır. Onsuz da o tikintinin tikilməsində məmurların məsuliyyəti var. Heç bir vətəndaş və ya sahibkar məmurun rəsmi və ya qeyri-rəsmi razılığı olmadan bu işi həyata keçirə bilməz.

Bu halda məsuliyyət odur ki, vətəndaşa müəyyən kompensasiya verilməli, ya da başqa yerdə evlə təmin edilməlidir. Hansı ki, hökumət 2012-2013- cü illərdə bunu Bayılda etdi. Yenə bu prosesi müəyyən qədər davam etdirmək olar.

Bundan əlavə, daha kütləvi tikintilər həyata keçirilə və ya böyük bir qəsəbə salına bilər. Oradan da su kəməri və dəmiryolu xətti keçə bilər. Artıq bu, böyük qəsəbə deməkdir. Bu mənzillərin aktivlərinin dəyərlərini hesablasaq, bu, 10 milyon manatdan çox vəsait deməkdir. Burada sosial yanaşma, yəni vətəndaş marağı da var. Mümkündür ki, qanunvericilikdə nəzərdə tutulmuş şəkildə həmin magistral xətlərin daşınması təmin edilsin.

O sərəncamları vermiş şəxslər bu gün vəzifədən getsə də, həyatdadırlarsa, istər icra hakimiyyəti, istər polis olsun, bu işə kim şərait yaradıbsa, dövlət orqanları bu işi məhkəməyə daşımalıdır. Onların hansısa formada cərimələnməsi, sanksiya verilməsi lazımdır ki, heç olmasa indiki məmurlara da dərs olsun ki, hətta vəzifədən çıxandan sonra da bu işdən yaxa qurtarmaq olmur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2275   Tarix: 21 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Senator Bob Menendes çirkin işlərinin günahını erməni arvadının üstünə atmağı planlaşdırır

Ermənipərəst senator Bob Menendes ona qarşı rüşvətalma maddəsi ilə federal cinayət işinin açılmasına səbəb olan əməllərdə arvadı Nadin Arslanyanı ittiham etməyi planlaşdıra bilər. Bu yaxınlarda açıqlanan məhkəmə sənədlərindən belə qənaət hasil olur. Vəkilləri senatorun arvadı Nadin Arslanyanın onda

17.04.2024 469
.

Qəzzada ölənlərin sayı 33899 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 33899 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Açıqlamada İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsində dah

17.04.2024 247
.

Sabah 28 dərəcə isti olacaq

Aprelin 18-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanı

17.04.2024 325
.

Ağır qəza keçirən Aytən Səfərovanın səhhəti ilə bağlı TƏBİB-dən açıqlama

Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzin müvafiq şöbəsində zəruri müayinələri aparılır. Bu barədə -a TƏBİB-in mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, əlavə məlumat veriləcək

17.04.2024 1410
.

Küçədəki itlərdən qaçan yaşlı qadın yıxıldı - VİDEO

Türkiyənin Ədirnə şəhərində yaşlı qadın küçədəki itlərdən qaçan zaman xəsarət alıb. BİG.AZ xəbər verir ki, mənzilə girməyə tələsən qadın yıxılaraq başından xəsarət alıb. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Həmin görüntüləri təqdim edirik:

17.04.2024 449
.

"Fransanın Azərbaycandakı səfirini geri çağırması Qərbdə anti-azərbaycançı qüvvələrin fəallaşmasının bariz göstəricisidir" - Politoloq

Fransa Azərbaycandakı səfirini geri çağırıb. Mövzu ilə bağlı -a danışan politoloq Elşən Manafov bildirib ki, Fransanın Azərbaycan Respublikasındakı öz səfirini geri çağırması Qərbdə anti-azərbaycançı qüvvələrin fəallaşmasının bariz göstəricisidir:. "Adətən səfirlər dövlətlərarası munasibətlərd

17.04.2024 392
.

"Jurnalistlər elə əmək haqqı ala bilməlidir ki, özlərinin sosial problemlərini həll edə bilsinlər" - Azər Həsrət

Azərbaycanda jurnalistlərin maddi imkanı ürəkaçan deyil. Bir müddət bəzi jurnalistlərə ev verilsə də, jurnalistlərin özlərinə ev alacaq qədər əmək haqqı qazanması gərəkdiyini bildirənlər də var. Mövzu ilə bağlı -a danışan media eksperti Azər Həsrət bildirib ki, media subyektləri ilə təmin etməlidir

17.04.2024 351
.

Müğənni həyat yoldaşını öldürən şəxs bu şirkətin rəhbəri olub

Xəbər verdiyimiz kimi, Bakıda müğənni Yaqut Həşimovanı qətlə yetirməkdə təqsirləndirilən həyat yoldaşı Anar Həşimov Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib və 17 il müddətə azadlıqdan məhrum edilib. Qaynarinfo-nun məlumatına görə, müğənnin

17.04.2024 997
.

Tovuzda erməni təxribatının qarşısı alındı - FOTO

Tovuz rayonunda kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter aşkarlanıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter bölmələrimizin sayıqlığ

17.04.2024 388