Windows-un yeni loqotipi olacaq

Windows-un yeni loqotipi olacaqMicrosoft korporasiyası yeni Windows 8 əməliyyat sistemində istifadə olunacaq və Metro interfeysinə uyğun hazırlanan Windows-un yeni loqotipni rəsmən təqdim edib.

Cnews-un məlumatına görə, loqotip Pentagram şirkəti tərəfindən Microsoft-un dizayner və marketinq mütəxəssisləri ilə keçirilən müşavirdən sonra hazırlanıb. Yeni loqotip daha çox pəncərələri (Windows) xatırlatmaqla tamamilə eyni rəng çalarındadır. Bu, Windows 3.0 çıxandan sonra ötən 22 il müddət ərzində baş verən ən əhəmiyyətli dəyişiklikdir.

Microsoft-un loqotipi dəyişməyə hazırlaşması ilə bağlı şayiələr uzun müddətdir gəzir. Təxminən bir həftə əvvəl internetdə loqotipin təsvirləri görünməyə başlayıb, lakin yalnız indi korporasiya rəmən onun xarici görünüşünü təsdiq edib.

Xatırladaq ki, Windows 8-in 2012-ci ilin payızında çıxacağı gözlənilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 2567   Tarix: 25 fevral 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040