Hərbçi olmaq istəyənlərin NƏZƏRİNƏ - Nazirlik işçi axtarır

Hərbçi olmaq istəyənlərin NƏZƏRİNƏ - Nazirlik işçi axtarırMüdafiə Nazirliyinin hərbi hissələrinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ümumi və ya tam orta təhsilli, 28 yaşınadək vətəndaşlar 11 dekabr 2017-ci il tarixdən 4 yanvar 2018-ci il tarixədək ərizə ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müvafiq sənədlərlə birlikdə müraciət edə bilərlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən BiG.AZ-a verilən məlumata görə, "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilirlər. Hərbi Həkim Komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"na qəbul edilirlər.

"Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"nu müvəffəqiyyətlə başa vuran namizədlərlə 3 (üç) il müddətinə könüllü qaydada əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidmətinə qəbul olunmaları barədə bağlaşma bağlanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.

"Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"na qəbul olunmaq istəyən namizədlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidirlər:

- kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);
- şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə;
- xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;
- təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti - 2 nüsxədə;
- doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətləri - 2 nüsxədə;
- nigah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda) - 2 nüsxədə;
- uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda) - 2 nüsxədə;
- evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış - 2 nüsxədə;
- 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm və 2 ədəd 4,5x6 sm ölçüdə);
- psixioloji, nevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar;
- qeydiyyatda olduğu poliklinikadan sağlamlıq haqqında arayış;
- qeydiyyatda olduğu poliklinikadan son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi barədə arayış;
- hərbi biletin surəti (notarial qaydada təsdiq olunmuş) - 2 nüsxədə.

Qeyd: Məhkumluğu olan, əvvəllər bağlaşma əsasında müddətdən artıq həqiqi hərbi xidmətdə olmuş hərbi vəzifəlilərin "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"na qəbul üçün müraciət etməmələri xahiş olunur.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76, "Qızıl Şərq" hərbi şəhərciyi (Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi).

Müraciət etmə vaxtı: 2017-ci il dekabrın 11-dən 2018-ci il yanvarın 4-dək hər gün (bayram və bazar günləri istisna olmaqla) saat 09.00-dan 17.00-dək.

Telefon: (012) 538-85-62.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3310   Tarix: 20 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Çingiz Abdullayevin zəhərlənməsi ilə bağlı - Rəsmi açıqlama

"Bəzi media səhifələrində Xalq yazıçısı Çingiz Abdullayevin zəhərlənmə səbəbi ilə səhhətində problem yaranaraq xəstəxanaya yerləşdirilməsi barədə yayılan məlumatlar Agentlik tərəfindən müvafiq qaydada araşdırılıb". Bu barədə -a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

15.04.2024 467
.

Bərpasına 846 milyon avro xərcləndi - Fotolar

Fransanın paytaxtı Parisdə 5 il əvvəl yanğın zamanı zərər görən məşhur Notr-Dam kilsəsinin dekabrda yenidən açılışı planlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Xəbərdə qeyd edilib ki, kilsənin bərpasına cavabdeh olan ictimai təşkilat, "Rebatir Notre-Dame d

15.04.2024 156
.

Xəzər Tibb Mərkəzində xəstəyə işgəncə verilib? - RƏSMİ AÇIQLAMA + FOTO

Mərdəkanda yerləşən 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının (Xəzər Tibb Mərkəzi - red.) Reanimasiya şöbəsində gecə növbəsində olan tibb bacılarının xəstənin əl-qolunu bağlayaraq, ona işgəncə verdikləri iddia olunur. Bununla bağlı məlumat sosial şəbəkələrdə paylaşılıb. Məsələ ilə əlaqədar -ın sorğusun

15.04.2024 301
.

Rusiyada daşqın nəticəsində evlər suyun altında qalıb

Xəbər verdiyimiz kimi, Rusiyanın Orenburq vilayətində daşqın olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 10 mindən çox sahə və 5 mindən çox ev suyun altında qalıb. Evlərin əksəriyyətinin çoxmərtəbəli olduğu bildirilib. Məlumata görə, suyun altında qalan evlərdən 16547 nəfər, 4648 uşaq təxliyə edili

15.04.2024 356
.

Hülya Afşarın dedikləri gündəmə bomba kimi düşdü

Türkiyəli müğəni Hülya Afşar evlilik proseduru ilə bağlı verdiyi təklifə ölkə əhalisinin sərt reaksiyası ilə üzləşib. -ın xəbərinə görə, Afşar qızı evliliklərin də kirayə müqaviləsi kimi 5 il müddətinə imzalanmasını təklif edib. "Beş ildən bir evlilik müqaviləsi yenilənməlidir. O zaman ər-arva

15.04.2024 290
.

Tokayev Ermənistana gedib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistana gedib. BİG.AZ xəbər verir ki, prezidenti ölkənin Baş nazirinin müavini Mqer Qriqroyan qarşılayıb. Səfər çərçivəsində Tokayev Ermənistan Baş naziri Nikol Paşinyan, Prezident Vaaqn Xaçaturyan və parlamentin spikeri Alen Simonyanla görüş keçirəcək

15.04.2024 188
.

"Başıma bu cür faciə gəldi, reytinq yığdılar" - Mətanət İsgəndərli

"Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi gərək normasında edəsən. Məndə də elə bir xasiyyət var ki, bir insana yaxşılıq edəndə normadan artıq edirəm. Elə sənət dostlarım var ki, onları silmişəm. Onun üzünə deməyəcəyəm ki, sən niyə belə etdin? Amm

15.04.2024 440
.

Bakıda yaşlı kişi intihar edib

Bakı şəhəri Nərimanov rayonu ərazisində 52 yaşlı kişi intihar edib. xəbər verir ki, Aşıq Molla Cümə küçəsi, 2A ünvanında kişi binanın 11-ci mərtəbəsindən özünü atıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil

15.04.2024 949
.

İsrail-İran hücumları: bundan sonra nə olacaq?

"İran İsrailin Dəməşqdəki İran konsulluğuna hücumuna cavab olaraq 13 aprel tarixində İsraili ballistik raketlər, PUA və qanadlı raketlərlə atəşə tutub. Bazar günü İsrail İran tərəfindən kütləvi dron hücumuna məruz qaldı, İran BMT-yə və dünya birliyinə müraciət edərək bu hücumun BMT Nizamnaməsini

15.04.2024 236