Qarakənd faciəsi 26: Separatçılar məqsədlərinə nail oldular - ŞƏRH

Qarakənd faciəsi 26: Separatçılar məqsədlərinə nail oldular - ŞƏRH1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbi dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopteri vuruldu.

Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub. Həlak olanlar arasında Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev var idi. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.

Qarakənd faciəsi 26: Separatçılar məqsədlərinə nail oldular - ŞƏRHBaş vermiş hadisənin üzərindən 26 il keçsə də yaddaşlara silinməz izlərlə həkk olub. Sözügedən faciə ilə bağlı fikirlərini BiG.AZ-a danışan hərbi ekspert Ramil Məmmədli

Bu hadisə heç bir zaman Azərbaycan xalqının unuda bilməyəcəyi bir faciədir. Bu məsələyə həmin tarixlərdə bir terror hadisəsi kimi qiymətləndirildi. Yadımdadır məktəbin binası qarşısına şagirdləri yığaraq Azərbaycanın yüksək vəzifəli şəxslərinin qətlə yetirildiyini, vertolyotda qəzaya uğramaları qeyd edilmişdi.

Ümumilikdə isə bu məsələyə bir neçə aspektdən yanaşmaq olar. Birincisi bu hadisə yeni qurulmaqda olan, formalaşmaqda olan Azərbaycan dövlətçiliyinin sarsıdılmasına, xalqın əzminin qırılmasına heablanmış bir təxribat idi. İkinci bu Ermənistan hökumətinin, Ermənistan dövlətinin Azərbaycana qarşı bir aqressiyasının bariz nümunəsi idi. Üçüncü məqam isə paralel olaraq həmin ərəfədə Azərbaycan Respublikasının prezidenti olan Ayaz Mütəllibovun hakimiyyətinin dayaqlarını sarsıtmağa yönəlik bir hadisə idi.

20 noyabr 1991-ci il Qarakənd faciəsi bu 3 əsas məqamın üzərində qurulmuşdu. Hadisəni törədən şəxslər, sifarişçiləri öz məqsədlərinə hər 3 aspektdə çatdılar. Dövlətçiliyin sütubları laxladıldı, vətəndaş qarşıdurması genişlənməyə başladı, Ayaz Mütəllibovun hakimiyyət sütunları sarsıldı, müxalif qüvvələr fəallaşdı və onu hakimiyyətdən devirməyə nail ola bildilər.

-Bunun ardından isə Azərbaycan Dağlıq Qarabağı və ətraf rayonları itirdi.

-Hadisə zamanı ölən şəxslər isə birbaşa olaraq xalqın rəğbətini, sevgisini qazanan, nüfuzlu şəxslər idi. Xalqın ümid bəslədiyi bir şəxsiyyətlər idilər. Bu hadisə ulu öndər Heydər Əliyev hakimiyyətinə qədər Azərbaycanda xaotik bir vəziyyət yaratdı. Siyasi dairələrdə qarışıqlıq yaşandı, vətənaşlar arasında qarşıdurmalar artdı.

-İddialar var ki, həmin hadisənin sifarişçiləri ermənilər yox, məhz daxildə qarşıdurma vəziyyətində olan digər siyasi dairələr idi. Bu barədə nə deyə bilərsiniz?

-Bu daxili intriqaların zəminində baş vermiş bir hadisə deyildi. Bunun arxasında həmin dövrlərdə Ermənistanın maraqlarını gücləndirməyə yönələn Sovet Xüsusi Xidmət orqanlarının yerli siyasi dairələrlə cinayətkar iş birliyinin nəticəsi idi. Həmin ərəfələrdə SSRİ yeni süquta uğramışdı, KQB-nin yerli strukturları Azərbaycanda erməni separatçıları ilə iş birliyinə girərək təxribatlar həyata keçirtdilər. Bununla da Ermənistanın işğalçılıq siyasətinə bir yol açmış oldular. Biz bunu digər tarixi hadisələrdə də görmüşük.

BU hadisənin törədilməsində Ermənistan tərəfinin rolu şəkksiz və şübhəsizdir. Ona görə ki, Ermənistan bu hadisələrdən sonra Azərbaycana qarşı aqressiyası geniş vüsət aldı. Bundan sonram ərhələli şəkildə azərbaycanlıların yaşayış məntəqələri boşaldıldı, Qaradağlı, Xocalı faciələri baş verdi. Vertolyotda şəhid olan şəxslər sağ ikən bütün proseslərə nəzarət edə bilirdilər və prosesi əllərində saxlaya bilirdilər. Onların ölümü belə bir hadisələrə nədən oldu.

Həmin ərəfədə yeni yaranmaqda olan xüsusi təyinatlı milis dəstələri, biz ona "OMON" deyirdik, Məhəmməd Əsədovun səlahiyyətində idi və bildiyiniz kimi həmin milis dəstələrinin böyük nüfuzu var idi. Dağlıq Qarabağda sparatçı ermənilərə qarşı xüsusi əməliyyatlar həyata keçirdirdilər. Bunun bariz nümunəsi kimi Çaykəndin ermənilərdən təmizlənməsini (Şaumyan) göstərə bilərik. Baş prokuror İsmət Qayıbovun separatçı ermənilərə qarşı istintaq əməliyyat hərəkətlərini də misal göstərə bilərik. Onlar sağ ikən ermənilərin əl qolu hər zaman bağlı olmuşdu. Eləcə də vertolyotda olan digər nüfuzlu şəxslər də separatçı ermənilərə qarşı sipər olmuşdular. Yəni bütün bu arqumentlər onu deməyə imkan verir ki, bu şəxslərin öldürülməsi birbaşa olaraq ermənilərin maraq dairələrinə xidmət edirdi və bunun sifarişçisi birbaşa olaraq Ermənistanın separatçı siyasi dairələri idi.

Həmin hadisə nəticəsində dünyasını dəyişən Azərbaycanın görkəmli şəxsiyyətlərinə Tanrıdan rəhmət diləyir və ehtiramla anırıq. Allah rəhmət eləin.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2317   Tarix: 20 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Evə seyf arzusu ilə girib sazla gitara oğurladılar - Foto

Lerikdə evdən musiqi alətləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Lerikdə evdən gecə saatlarında gitara, saz və məişət əşyalarını oğurlaması barədə məlumat daxil olub. Lerik RPŞ-nin keçirdiyi tədbirlərlə cinayətdə şübhəli bilinə

18.04.2024 277
.

"X"da daha bir yenilik

"X" sosial şəbəkəsinin sahibi İlon Mask yenilik edəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə o özü bildirib. Dəyişikliyə əsasən yeni istifadəçilər tvit göndərmək, bəyənmək və rəy bildirmək üçün ödəniş etməli olacaqlar

17.04.2024 288
.

Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı

"Yaxşı gününüzdə qohum-əqrəbanı xatırlayın, çevrənizdəkilərə yardım edin. Vəzifəyə, işə-gücə, sahib olduqlarınıza güvənməyin". "Olay" bildirir ki, bu sözləri "Səni axtarıram" verilişində Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı deyib. O, həmçinin ötən gün vəfat edən sabi

18.04.2024 546
.

Kamran Həsənlidən qalmaqallı açıqlama: "Yaxşı verilişlərin aparıcılarının saxlayanı var"

"Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən sənətkar kimi bəh-bəhlə xalqa sırınır". Bu sözləri tanınmış aparıcı Kamran Həsənli -a açıqlamasında deyib. O, bəzi aparıcılar barədə sərt iradlar səsləndirib:. "Onla

18.04.2024 852
.

"Azərbaycanın div insanı"nın güc nümayişi - VİDEO

Azərbaycanlı pəhləvan Elmin Mehdiyev "AStar" layihəsinə qonaq olub. xəbər verir ki, 145 kiloqram çəkisi olan Elmin "Azərbaycanın div insanı" kimi təqdim edilib. O ağır tonnajlı yük maşınlarını çəkmə qabiliyyətinə malikdir. Bundan başqa bir neçə armaturu birlikdə əyir və üst-üstə qoyula

18.04.2024 458
.

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq. Axşam.az "Xəzərxəbər.az"a istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. Onun sözlərinə görə, bununla bağlı ilin sonuna kimi qanunvericiliyə dəyişikliklər ediləcək. Nazir qey

18.04.2024 1115
.

Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu

Ukrayna Prezidenti Volodimir Zelenskiyə sui-qəsdin təşkilində Rusiya xüsusi xidmət orqanlarına köməklik göstərən şəxs Polşada saxlanılıb. Ukrayna Baş Prokurorluğunun məlumatına görə, əməliyyatı Polşanın hüquq-mühafizə orqanları Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə həyata keçiriblər

18.04.2024 280
.

"Günah onda deyil"

"Aparıcı Aytən Səfərovanın düşdüyü qəzanın görüntülərinə baxdım. Günah onda deyil". OLAY yazır ki, bu sözləri nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. O, Səfərovanın düşdüyü qəzanı şərh edib:. "Sadəcə ərazidə qarışıq bir durum var. Ona da istintaq orqanları rəy verəcək. Ölən sərnişin

18.04.2024 1925
.

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb, 2 nəfər itkin düşənlərin axtarışları davam edir. xəbər verir ki, Qazaxıstan daxili işlər nazirinin birinci müavini Marat Kocayev Senatın ümumi iclasından sonra jurnalistlərə açıqlama verib. Kocayev ölkədə davam edən daşqınlar səbəbilə Atrau bölgəsind

18.04.2024 234