Qazaxda 5 bacının tək qardaşı faciəvi şəkildə həlak oldu - FOTOLA

Qazaxda 5 bacının tək qardaşı faciəvi şəkildə həlak oldu - FOTOLA

5 bacıdan sonra doğulmuşdu Allahverdi. 24 yaşı var idi. Bu gün dəhşətli bir qəzanın qurbanı oldu.

Hadisə səhər saatlarında Qazax rayonunda baş verib. Qazax şəhəri istiqamətində hərəkət edən "Opel" markalı maşında 3 nəfərdən biri də 1993 təvəllüdlü Abayev Allahverdi Yasin oğlu idi.

Sürətli hərəkətdə olan "Opel" markalı minik avtomobili "Volkswagen"lə toqquşub. Maşında, öndə oturan Qazaxbəyli kənd sakini Allahverdi hadisə zamanı həlak olan yeganə şəxs olub. Digərləri isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Qəza nəticəsində yaralanan 5 nəfər bunlardır:

Qazaxbəyli kənd sakini, 1990-cı il təvəllüdlü Dünyamalıyev Cavad Zabit oğlu
Bağanısayrım kənd sakini, 1993-cü il təvəllüdlü Nəsibov Fərhad Nəsib oğlu
Qazaxbəyli kənd sakini, 1996-cı il təvəllüdlü Hüseynov İsabala Yaşar oğlu
Daş Salahlı kənd sakini, 2000-ci il təvəllüdlü Hüseynov Orxan Məmməd oğlu
Daş Salahlı kənd sakini, 1963-cü il təvəllüdlü Hüseynov Məmməd Həmid oğlu

Həlak olan Allahverdi Abayevin fotosunu təqdim edirik.

Əldə etdiyimiz məlumata görə, valideynləri yeganə oğlan övladlarına nişan aparmağa hazırlaşırdılar.

mənbə: pressclub.az
Qazaxda 5 bacının tək qardaşı faciəvi şəkildə həlak oldu - FOTOLA
Qazaxda 5 bacının tək qardaşı faciəvi şəkildə həlak oldu - FOTOLA

Şikayətiniz varsa Whatsapp: 050 5165251

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 6360 Tarix: 20.11.2017



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər