Dava edən şagirdləri ayıran xadimənin faciəvi ölümünün TƏFƏRRÜATI: Əməliyyatdan bir ay sonra...

Dava edən şagirdləri ayıran xadimənin faciəvi ölümünün TƏFƏRRÜATI: Əməliyyatdan bir ay sonra...

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 1 saylı orta məktəbdə şagirdlər arasında ölümlə nəticələnən davanın bəzi təfərrüatları məlum olub.

Space TV-nin efirində yayımlanan “Hadisə harada Tahirə orada” verilişinin çəkiliş qrupu həmin məktəbdə olub.

Məlum olub ki, dava məktəbdən kənarda baş verib. Dava edən 9-cu sinif şagirdləri isə məktəbə gəlmir.

Dava zamanı şagirdləri ayırmaq istəyən məktəbin xadiməsi, 45 yaşlı Sevda Nəzəriyevaya davada iştirak edənlərdən birinin təpiyi dəyib.

O, Sumqayıt Şəhər Xəstəxanasına yerləşdirilib. Ciyər və dalaq nahiyəsindən xəsərətlər alan xadimə əməliyyat masasında ölüb.

Faktla bağlı araşdırma aparılır.

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 5007 Tarix: 20.11.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
sunly_
sunly_ 20.11.2017
Programın adına bax bir .Harda düşük ad var düşünüb tapırlarda.Yazıq xadimə:(Qudurmuşlar!


 
cangudan007
cangudan007 20.11.2017
Ada baxe hadisə harda tahirə orda bəd qızı bəd sən çoxlu hadisə arzulayarsan ki işün gedsin
☆☆☆☆