Xəstənin gözünə düşəni görüb, həkimlər əməliyyatxananı boşaltdılar - FOTO

Xəstənin gözünə düşəni görüb, həkimlər əməliyyatxananı boşaltdılar - FOTO

Həkimlər Kolumbiyada göz travması ilə təcili xəstəxanaya çatdırılan əsgəri əməliyyat etməkdən imtina ediblər.

BiG.AZ medicina.az-a istinadən xəbər verir ki, onlar xəstənin gözünün rentgenini çəkən mütəxəssislər dərhal əməliyyatxananı boşaldıblar. Heç kim əsgərə yaxın durmaq istəməyib. Buna səbəb isə pasiyentin gözündə əl qumbarasının yerləşməsi olub.

Həkimlər qumbaranın hər an partlayacağından ehtiyat edib, onu xəstəxanadan çıxarıblar. Qumbara zərərsizləşdirmə əməliyyatı bomba zərərsizləşdirənlərin də iştirakı ilə yaxınlıqdakı avtobus qarajında həyata keçirilib. Əməliyyat uğurla baş tutub.

Əsgər əməliyyatdan sonra sağ qalıb, amma bir gözündə görmə problemi yaranıb.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 5798 Tarix: 18.11.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
vetenperver
vetenperver 18.11.2017
Əsgərin gözündə paliqon imişki...yox bir F1 olub