Həyat yoldaşından boşanmağını toy-bayramla qeyd etdi: qoç kəsdi - VİDEO

Həyat yoldaşından boşanmağını toy-bayramla qeyd etdi: qoç kəsdi - VİDEO

BiG.AZ xeberle.com-a istinadən xəbər verir ki, 3 il sürən məhkəmə prosesindən sonra həyat yoldaşından boşanan gənc bu hadisəni toy-bayramla qarşılayıb. Belə ki, o, zurna-balaban sədaları altında saatlarla qol açıb oynayıb.

Sonra isə bu münasibətlə 2 qoç kəsib. Bu azmış kimi Metin Kalkan adlı gənc avtomobilini "gəlin maşını” kimi bəzəyərək üzərinə boşandığını elan edən yazılar asıb: " Kalkan canını qurtardı, 3 ilin sonunda ədalət yerini tapdı. Boşandım, canım qurtuldu!”.

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 7237 Tarix: 18.11.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol