Serj Sarkisyan qorxdu

Serj Sarkisyan qorxdu

“Ermənistan prezidenti Serj Sərkisyan qorxdu”.
BiG.AZ ölkə.az-a istinadən xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu “Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, Sərkisyan Ermənistanda məşhur analitik Sergey Minasyanı Gürcüstana səfir təyin etmək istəyirdi. Onun sözlərinə görə, Sərkisyanın bu istəyi ürəyində qalıb.
“Rəsmi Tbilisi aqreman vermədi, bu təyinatın əleyhinə çıxdı. Tbilisinin iki arqumenti var idi. Birinci arqumenti bu idi ki, Sergey Minasyan Gürcüstanda erməni separatçılarını dəstəkləyir, Rusiyanın Abxaziyanı və Cənubi Osetiyanı ələ keçirməsinə haqq qazandırır. İkinci arqument də sadə idi: Minasyan rusiyapərəstdir. Bu iki arqumentin qarşısında separatçı prezident Serj Sərkisyan təslim olmaq məcburiyyətində qaldı və o Minasyanı Ermənistan üçün vacib ölkə olan Gürcüstana deyil, Rumıniyaya səfir təyin etdi. Ermənilər deyir ki, Minasyan Buxaretsdə turist qismində olacaq, çünki Ermənistanla Rumıniya arasındakı münasibətlər sıfır səviyyəsindədir. İrəvana yaxşı dərs oldu. Separatçılarla ya hərbi güclə, ya da qapının ağzına qoymaqla danışmaq lazımdır”, politoloq bildirib.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 714 Tarix: 18.11.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol