QƏRAR VERİLDİ: Azərbaycanda yollar PULLU OLACAQ

QƏRAR VERİLDİ: Azərbaycanda yollar PULLU OLACAQ

Milli Məclis "Avtomobil yolları haqqında" qanuna dəyişiklikləri təsdiqləyib.

BiG.AZ gununsesi.info-ya istinadən bildirir ki, dəyişiklik ödənişli yolların əhatə dairəsini dəqiqləşdirir.
Layihə ödənişli avtomobil yolları yaradıla bilən yolların dairəsini (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi avtomagistrallar, ümumi istifadədə olan bələdiyyə və özəl avtomobil yolları) dəqiqləşdirmək, habelə ödənişli yolların yaradılması ilə bağlı zəruri məsələləri tənzimləmək məqsədi ilə hazırlanıb.

Ödənişli avtomobil yollarının yaradılması ilə bağlı digər hüquqi və təşkilati məsələlər (avtomagistraldan ödənişli yol kimi istifadə qaydası, hər bir nəqliyyat vasitəsinin gedişi üçün ödənişin məbləği, avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi barədə məlumatın forması, bu istifadənin dayandırılması və xitam verilməsi qaydası və halları) qanun qüvvəyə mindikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.
Hazırda ödənişli avtomobil yolları yerli və respublika əhəmiyyətli avtomobil yollarında, o cümlədən ümumi istifadədə olan bələdiyyə və özəl avtomobil yollarında yaradıla bilərdisə, dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi avtomagistrallarda, həmçinin ümumi istifadədə olan bələdiyyə və özəl avtomobil yollarında yaradıla bilər.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 4407 Tarix: 18.11.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ULUSH
ULUSH 18.11.2017
Mene maraqlidi ki o pulu pullular verecek ya tekce kasib tebeqe?
People_need
People_need 18.11.2017
Havanı da pullu etsələr təəccüblənməyin !
Ziyad_Azeri_Legend
Ziyad_Azeri_Legend 18.11.2017
Görəsən bir insan gündə nə qədər oksigen istifadə edir?