Əlillik təyin edilmiş şəxslərin sayı 23,4% azalıb - RƏSMİ

Əlillik təyin edilmiş şəxslərin sayı 23,4% azalıb - RƏSMİƏlilliyin qiymətləndirilməsi üzrə elektron sistem qeyri-qanuni əlillik təyinatına heç bir halda imkan vermir.

Cari ilin 9 ayında ilkin əlilik təyin edilən şəxslərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 23,4% azalıb.

Son illər Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, əlilliyin qiymətləndirilməsi üzrə yaradılan elektron sistem qeyri-qanuni əlillik təyinatına heç bir halda imkan vermir.

Bunu BiG.AZ-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev parlamentin Sosial siyasət komitəsinin son iclasından sonra bəzi KİV-lərdə yer alan fikirlərə münasibət bildirərkən vurğulayıb.

Qeyd edək ki, həmin iclasda bəzi millət vəkilləri tərəfindən səslənən fikirlərdə əvvəlki dövrlərdə, yəni elektron sistem tətbiq olunmamışdan öncə aparılmış əlillik təyinatlarının heç də hamısının şəffaf olmadığı, onların yenidən yoxlanılmasının vacibliyi ifadə edilib. E.Babayev bildirib ki, bununla belə, bəzi media orqanları yanlışlığa yol verərək, bu fikirlərin guya son illər aparılmış əlillik təyinatlarına aid olduğuna işarə vuran qeyri-obyektiv mövqe sərgiləyiblər: "Hansı ki, son zamanlar aparılan islahat tədbirləri əlillik dərəcələrinin verilməsi prosedurunun ekspert-vətəndaş təmasları olmadan, elektron sistem vasitəsilə tam şəffaflaşdırılmasına səbəb olub".

Əlillik təyin edilmiş şəxslərin sayı 23,4% azalıb - RƏSMİƏvvəllər təyin olunmuş əlillik dərəcələrinin yoxlanılması ilə bağlı sözügedən iclasda qeyd edilənlərə gəldikdə isə, şöbə müdiri hazırda nazirlik tərəfindən bununla bağlı hər hansı iş aparılmadığını, lakin bu məsələyə gələcəkdə baxıla biləcəyini mümkün olduğunu diqqətə çatdırıb: "Əvvəlki dövrlərdə əlilliyi olan şəxslər hər il təkrar əlillik almaq üçün müraciət etməli olurdular. Bu da onların haqlı narazılığına səbəb olaraq, müəyyən bürokratik hallara şərait yaradırdı. Ona görə də mühüm islahat tədbiri kimi, 2016-cı il yanvarın 1-dək müəyyən edilmiş və həmin vaxtadək müddəti başa çatmamış birinci qrup əlillik sistem tərəfindən avtomatlaşdırılmış şəkildə müddətsiz müəyyən olunub, ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti isə eyni qayfa ilə beş ilədək uzadılıb. Yəni həmin şəxslərin əlilliyinin növbəti qiymətləndirilməsi 2020-ci ildə nəzərdə tutulur".

Yeni təyinatların hansı formada aparılmasına da aydınlıq gətirən E.Babayev bildirib ki, əlilliyin qiymətləndirilməsi proseduru Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) vasitəsilə yerinə yetirilir. Səhiyyə Nazirliyindən elektron qaydada daxil olan müvafiq göndəriş formasının (forma 88) kimə aid olduğu və hansı səhiyyə müəssisəsi tərəfindən verildiyi bilinmədən, yalnız xəstəlik vəziyyəti əsasında əlillik təyin edilib-edilməməsinə dair qərar verilir:

"Göndərişi vermiş səhiyyə müəssisəsinin, onu təsdiq etmiş şəxslərin, eyni zamanda göndərişin aid olduğu şəxsin (əlillik vəziyyəti qiymətləndirilməli olan vətəndaşın) kimliyini müəyyən etməyə imkan verən bütün məlumatlar göndəriş elektron sistemə daxil olan anda həmin sistem tərəfindən adsızlaşdırılmaqla kodlaşdırılır. Həmin göndəriş əlilliyin qiymətləndirilməsi üçün elektron formada onu vermiş səhiyyə müəssisəsinin yerləşdiyi və şəxsin qeydiyyatda olduğu yer üzrə TSEK istisna olunmaqla hər hansı TSEK-ə göndərilir. Göndərişi elektron formada qəbul etmiş TSEK tərəfindən həmin sənəddə qeyd olunan xəstəliyin vəziyyəti barədə məlumatlar əsasında şəxsin əlilliyi qiymətləndirilir və 2 iş günü müddətində əlillik təyin olunub-olunmamasına dair qərar qəbul edilir. Bu qərar əlilliyi qiymətləndirmiş TSEK-in üzvləri tərəfindən elektron imzalarla təsdiqlənərək geriyə - elektron sistemə ötürülür, elektron sistem isə həmin qərardan kodu götürərək, əlilliyi qiymətləndirilmiş şəxsin adını, familyasını, ata adını əlavə edərək TSERAS-a yerləşdirir".

Şöbə müdiri vurğulayıb ki, əlilliyin qiymətləndirilməsi zamanı insan müdaxiləsini, subyektiv yanaşmaları mümkünsüz edən yeni elektron sistem mövcud əlillik qruplarının verilməsində ünvanlılığı, obyektivliyi tam təmin edir və nəticədə, ilkin əlilliyin azalması özünü göstərir:

"Cari ilin 9 ayında TSERAS-a daxil olan göndərişlər üzrə əlilliyin qiymətləndirilməsinə dair müraciətlərin hər birinə obyektiv və şəffaf şəraitdə baxılması təmin edilib və ilkin əlillik təyin edilmiş şəxslərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 23,4% azalıb. Respublika üzrə ilkin əlil hesab edilənlərin əksər hissəsini ağır dərəcəli əlilliyi olanlar təşkil edib".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1138   Tarix: 17 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"

"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd

23.04.2024 203
.

Şoyqunun müavini saxlanıldı

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun müavini Timur İvanov saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. "Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkd

23.04.2024 131
.

Aysun qızına bu adı verəcək – VİDEO

Müğənni Aysun İsmayılova dünyaya gələcək qız övladından söz açıb. bizim.media-ya istinadən bildirir ki, bu haqda sənətçi qonaq olduğu "Tarixin bir günü" verilişində danışıb. Sənətçi bildirib ki, qızına "Sevgi" adını qoyacaq: . "Dünyaya gələcək qızıma qoyacağımız adla bağlı ço

23.04.2024 615
.

Drift edən sürücünü 1,721 manat cərimə olundu - VİDEO

Türkiyənin Antalya şəhərində yol hərəkət qaydalarını kəskin sürətdə pozaraq drift edən şəxs cərimələnib. BİG.AZ xəbər verir ki, sürücü 33739 lirə (1721manat) cərimələnib. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Həmin videonu təqdim edirik:

23.04.2024 302
.

İdarəetməni itirən yük maşını 11 avtomobili vurdu

Türkiyənin İstanbul şəhərində idarəetməni itirən yük maşını qəza edib. xəbər verir ki, qəza zamanı yük maşını 11 avtomobili vurub. Qəzadan sonra isə 4 mərtəbəli binanın girişindəki iş yerinə girib. Hadisənin baş vermə videosunu təqdim edirik:

23.04.2024 202
.

Azərbaycanda DƏHŞƏT: 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürüldü - FOTO - VİDEO

Azərbaycanda 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürülüb. xəbər verir ki, bunu ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan Tehran adlı qadın bildirib. Qadın söyləyib ki, oğlunu 3 ildir ki itirib:. "Oğlumu öz kiçik bacımın qızı ilə evləndirmişdim. Mən

23.04.2024 913
.

Tayvanda 6,1 və 6 bal gücündə zəlzələ oldu

Tayvanın Hualien şəhərində ardıcıl 2 zəlzələ olub. xəbər verir ki, zəlzələ 6,1 və 6 bal gücündə baş verib. Bu barədə ABŞ Geoloji Araşdırma (USGS) məlumat yayıb. Zəlzələ 6 dəqiqə intervalla 10 kilometr dərinlikdə qeydə alınıb. İlkin məlumatlara görə, zəlzələlərdə heç bir can və mal itkisi olmayıb. Qey

23.04.2024 194
.

Akademik Yaqub Mahmudova ağır itki

Sabiq deputat, AMEA-nın müşaviri, akademik Yaqub Mahmudova ağır itki üz verib. "Qaynarinfo" xəbər verir ki, Yaqub Mahmudovun həyat yoldaşı Almas Mahmudova 22 aprel tarixində vəfat edib. Bu barədə tarixçilər Emin Məlikov, Nazim Xəlilov, Elnur Nəciyev, Sevinc Məlikzadə, Rəna Nəcəfova və Güna

23.04.2024 410
.

"Məhsul" stadionu təmir olunur? - Video

Yasamal rayonunda "Məhsul" stadionu kimi tanınan ərazi illərdir baxımsız vəziyyətdədir. Burada heç bir təmir-tikinti işi aparılmayıb. Lakin bir neçə gündür ki, stadionun futbol meydançasına giriş lentlərlə məhdudlaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər İTV-d

23.04.2024 246