Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş tədbir keçirilib – VİDEO / FOTO

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş tədbir keçirilib – VİDEO / FOTO"Azəravtoyol" ASC-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı üzrə ərazi ilk partiya təşkilatının tədbiri keçirilib.

"Azəravtoyol" ASC-dən BiG.AZ-a verilən məlumata görə, tədbir iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.

Daha sonra partiyanın 25 illiyinə həsr edilmiş tədbir cəmiyyətin akt zalında davam etdirilib.

Yubiley tədbirini giriş nitqi ilə "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov açıb. Cəmiyyət sədri qeyd edib ki, 1993-cü ilin yayında vətəndaş müharibəsi astanasında cəmiyyətimizin bütün ümidləri ulu öndər Heydər Əliyevə idi. O vaxt xalqın tələbi ilə hakimiyyətə gələn ümummilli lider qısa müddət ərzində vəziyyəti sabitləşdirdi, bu da imkan verdi ki, ölkəmiz inkişaf yoluna qədəm qoysun və o ildən bu günədək Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedir.

Saleh Məmmədov Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrlə yanaşı, yol infrastrukturunun sistemli və hərtərəfli inkişafına xüsusi diqqət göstərdiyini qeyd edərək, ölkənin regionlarında, eləcə də paytaxt Bakıda bu sahədə vəziyyətin kökündən dəyişdiyini, dövlətimizin başçısının Sərəncamları ilə ayrılan vəsaitlərin yol infrastrukturunun dinamik inkişafına yol açdığı və bu istiqamətdə həyata keçirilən məqsədyönlü və sistemli tədbirlərin nəticəsi olaraq, avtomobil yollarının tikintisinin, yenidən qurulmasının həcminin ildən-ilə artdığını bildirib.

Daha sonra tədbirdə YAP Nəsimi rayon təşkilatı "Azəravtoyol" ASC üzrə ərazi ilk partiya təşkilatının sədri Əvəz Qocayev çıxış edib. İlk partiya təşkilatının sədri Yeni Azərbaycan Partiyasının Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yarandığını qeyd edib.

Əvəz Qocayev tədbir iştirakçılarına son illər ərzində "Azəravtoyol" ASC üzrə ərazi ilk partiya təşkilatı tərəfindən həyata keçirilən işlər barədə də geniş məlumat verərək bildirib ki, aparılan səmərəli fəaliyyət nəticəsində gənclərdən ibarət üzvlərinin sayı durmadan artıb. Hazırda Azəravtoyol" ASC-nin 2825 partiya üzvündən 480 nəfəri YAP Nəsimi rayon təşkilatının partiyanın qeydiyyatındadır və təşkilatın idarə-müəssisələrində 25 dayaq məntəqəsi yaradılıb.

Tədbir zamanı digər çıxışlar da dinlənildikdən sonra partiya işinin təşkilində səmərli xidmətlərinə görə, cəmiyyətin bir qrup əməkdaşı təltif edildi. Bundan başqa partiya sıralarına yeni qəbul olunmuş üzvlərə vəsiqələrin təqdim olunması da baş tutdu.

Sonda tədbirdə iştirak edən Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı da çıxış edərək "Azəravtoyol" ASCüzrə ərazi ilk partiya təşkilatının hesabat dövründəki fəaliyyətini yüksək qiymətləndirərək təşkilat üzvlərinə bundan sonrakı fəaliyyətlərində uğurlar arzu etdi.

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş tədbir keçirilib – VİDEO / FOTOYeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş tədbir keçirilib – VİDEO / FOTOYeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş tədbir keçirilib – VİDEO / FOTOYeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş tədbir keçirilib – VİDEO / FOTOYeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş tədbir keçirilib – VİDEO / FOTOYeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş tədbir keçirilib – VİDEO / FOTOYeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş tədbir keçirilib – VİDEO / FOTOYeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş tədbir keçirilib – VİDEO / FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 698   Tarix: 17 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497