Yeniyetmələri evdən qaçaq salan nədir?

Yeniyetmələri evdən qaçaq salan nədir?"Yeniyetmə qızlar "sevirəm" sözünün qarşılığında hər şeyi qurban verməyə hazır olurlar"

Problemi necə həll etməli?
Məlum olduğu kimi, bir neçə gün əvvəl Kürdəmir rayon sakinləri olan 3 yeniyetmə qız evdən qaçıb. Aparılan araşdırmalar nəticəsində qızların internet vasitəsilə Bakıda oğlanlarla tanış olduğu və onlarla görüşmək üçün Bakıya gəldiyi məlum oldu. Qızlar tapılaraq ailələrinə təhvil verilib. Onun ardınca Zaqatala rayonunda da 2 oğlan uşağının itkin düşməsi məlum olub və hələ də tapılmayıb.Həm yeniyetmələrin ailəsi, həm də cəmiyyətin narahatlığına səbəb olan hər iki hadisənin arxasında müəyyən məlum və naməlum səbəblər durur. Bu gün mütəxəssislərlə birgə bu kimi halların baş vermə səbəblərini araşdıracağıq.

Problem nədədir?
Hadisənin əsasında xüsusən yeniyetmə yaşlarında ziddiyətli psixoloji durum və onun təhlükəli hallara yol açması dayanır. Eyni zamanda, valideynlərin düzgün olmayan mövqeyi və tərbiyə üsulu, zərəli vərdişlərdən uzaqlaşdırmaq üçün seçdikləri metodlar yeniyetmə və gəncləri evdən qaçmağa belə məcbur edə bilir. Övlada yanaşma forması, onu qiymətləndirmə bir sıra problemlərə yol açır. Vəziyyəti daha da çətinləşdirən səbəblərdən biri də kommunikasiya vasitələri, onlardan nəzarətsiz və yanlış məqsədlər üçün istifadə etməkdir.
17 yaşlı Səbinə deyir ki, özünü çox tək hiss edir. Niyəsə elə düşünür ki, valideynləri onu sevmir: "Həmişə mənim istəklərimə qarşı çıxırlar. Nə desəm, onun səhv olduğunu deyirlər və qəti şəkildə qadağan edirlər. Hər şeyi onların dediyi kimi etməyimi istəyirlər. Seçdiyim dostları da mənə uyğun görmürlər. Elə bil qəsdən məni başa düşmək istəmirlər. Əslində mən istəyərəm, elə bir anam olsun ki, onunla rahat danışa, ürəyimi bölüşə bilim. Ancaq bu, bizdə mümkün deyil. Sonradan səhv olduğunu düşündüyüm addımlar atıram. Hansı ki, bunu evdə bilsələr, mənə nələr edərlər. Amma bu qorxu, sıxışdırma çox pisdir. Adam ancaq baş götürüb qaçmaq istəyir…" Bu gün Səbinə kimi düşünən yeniyetmələr çoxdur. Bu, ailə və cəmiyyət üçün heç də gözdən qaçan və üstündən keçiləcək problem deyil. Gələcəkdə məlum hadisə və digər problemlərə yol açmasın deyə vaxtında məsələyə düzgün və ciddi yanaşmaq lazımdır.

"Məni heç kim anlamır"
Psixologiya və Konsultasiya Mərkəzinin (PCC) psixoloqu Elnur Rüstəmovun sözlərinə görə, valideylərin diqqət edəcəyi məqamlar çoxdur: "Çünki hər bir yeniyetmənin özünəməxsus psixoloji halları olur. Yeniyetmənin bir devizi var: məni heç kim anlamır, başa düşmür. Proses, ilk növbədə, fiziki inkişaf, dəyişiklikdən və onun yaratmış olduğu müəyyən psixoloji davranışlar, münasibətlərdən formalaşır. Adətən oğlanlarda gedən bu inkişaf nəticəsində səs dəyişikliyi yaranır, orqanizmin müəyyən hissəsi inkişaf edir, kənardan diqqət, sevib-sevilmək istəyirlər. Fikir versək, görərik yeniyetmələr gündə bir nəfərə aşiq olacaqlar. Müəyyən mahnılara qulaq asırlar ki, ailə üzvləri o mahnıları qətiyyən eşitmək istəmirlər. Onlar isə əksinə daha yüksək səslə qulaq asacaq və göstəmək istəyəcəklər ki, siz heç nə başa düşmürsünüz, əsl musiqi budur. Valideynlərinin dünyadan bir şey anlamadıqlarını düşünərlər".

Yeniyetmələr nə istəyir – valideyn nə verir?
Psixoloq bildirir ki, bu yaşda yeniyetmələr özlərinə qapılır, otaqda tək qalmaq istəyirlər. Müəyyən qədər ünsiyyətdən qaçırlar. Telefonla çox danışırlar. İnternetdə daha çox vaxt keçirməyə üstünlük verirlər. Bununla daha çox valideynlər rastlaşırlar ki, yeniyetmələrin çimmək problemi olur. Onları hamama salmaq çox çətin olur. Əksər yeniyetmələr gigiyenik cəhətdən özlərinə qulluq etmirlər". Müsahibimiz qeyd edir ki, problemə də yol açan ailənin bu çətinliklərə dözməməsi olur: "Belə olan təqdirdə valideyn şiddətə meyl etməyə başlayır. Hər hansı yoldan yayındırmaq üçün cəzalandırma üsulunu seçir. Bu cəza metodu yeniyetmənin evdən uzaqlaşmasına, zərərli vərdişlərə qurşanmasına, dərslərindən uzaqlaşmasına və daha çox cəmiyyətdə neqativ, pis mövqe tutan insanlarla yaxınlaşmasına gətirib çıxarır".
Psixoloqun fikrincə, yeniyetmələrin beynində bir zərərli şey də var ki, asan peşə üsullarını, karyera qurmaq metodlarını seçirlər: "Məsələn, oğlanlar deyir ki, mən futbolçu olacam. Burda söhbət futbolçunu aşağılamaqdan və onun zəhmətini dəyərləndirməməkdən getmir. Söhbət ondan gedir ki, onlar oxumaq istəmədiklərindən bu yolu seçirlər ki, idmandı da, nə var ki? Bir gün də qalib olmaqla hər şeyimiz olacaq. Valideynlər bu məqama diqqət göstərməlidirlər".

Kumir axtarışlarının fəsadları
Elnur Rüstəmov deyir ki, zərərli vərdişlərdən biri də yeniyetmələrin kumir axtarmalarıdır: "Filankəs siqaret çəkdi, filan qız ərə getdi, filankəs çoxlu oğlanlarla danışır, mən niyə etməyim? Mənim onlardan nəyim əskikdir? Bu kimi hallar olur və bunu da anlayışla qarşılamaq lazımdır. Məsələn, valideyn bilməlidir ki, onun övladı nə istəyir, meyli nəyədir? Övladının şəxsiyyətini alçatmamalıdır, onu təhqir etməməlidir. Çünki onun şəxsiyyəti yeni-yeni formalaşır. Onların şəxsiyyətinə toxunan istənilən söz mənfi reaksiyaya səbəb olur. Baş verən prosesdə də qızlar hazırlığa getmək adıyla evdən çıxıblar. Ola bilər ki, onlarda da dərs prosesində bir problem olub, ya evdə onları başa düşməyiblər. Birləşərək bu cür hərəkət ediblər.

Qızlar niyə "sevirəm" sözünə hər şeyi qurban edirlər?
Həmsöhbətimizin sözlərinə görə, bir kəs onun şəxsinə dəyər verirsə, yeniyetmə belə bir şeydə heç vaxt ona borclu qalmayacaq: "Əgər kimsə bir qıza dəyər verdisə, o, hər şeyini ona qurban verməyə hazır olacaq. Hər hansı bir oğlan yaxınlaşıb, ona "səni sevirəm" deyirsə, o həmin oğlandan özünə qarşı bir diqqət görür. Ona görə də, ona lazım olandan çox bağlanır. Bir şeyə diqqət edək ki, yeniyetmənin kiməsə bağlanması müəyyən müddətə qədərdir. O, yeniyetməlik dönəmində hətta 10-15 adamı sevə bilər. Hər dəfə də bu diqqəti, qayğını, dəyəri göstərəcək. Fikir versəniz, əgər ailədə o yeniyetməyə diqqət göstərilməsə, o bunu kənarda başqa birində axtaracaq. Proses də elə gedir ki, bu münasibəti qızdırsa oğlanlarda, oğlandırsa qızlarda axtarır. Hətta bir qız diqqət görmək üçün 5-6 oğlanla danışır. Valideyn buna diqqət etməlidir. O, sevgini, dəyəri özü verməlidir ki, övlad da onu kənarda axtarmasın. Doğrudur, övladın valideynə qarşı aqressiyası ola bilər, onlara özünü başa düşmədiyini deyə bilər. Valideyn belə olan halda dözüm göstərməlidir. Əks təqdirdə xoşagəlməz proseslər baş verir".

Evdən qaçmış qız qayıdandan sonra…
Psixoloqun fikrincə, əgər artıq hər hansı qız övladı evdən qaçmaq kimi bir addım atıbsa, məsələn, məlum məsələdə hər 3 yeniyetmə qız reabilitasiyaya getməlidir: "Psixoloji seanslara getməlidirlər. Çünki onların yenidən ailəyə qayıtması lazımdır. Həmçinin, bu prosesin ictimailəşməsi onların özlərini diskomfort hiss etməsinə gətirib çıxara bilər. Bununla da, onlarda adekvat olmayan hərəkətlər formalaşır. Xəcalət hissindən özünəqəsd kimi hallar baş verə bilər. Ona görə də əvvəlcədən onu sığortalamaq üçün psixoloji reabilitasiyalardan keçirməlidirlər. Onları yenidən ailəyə qaytarmaq üçün psixoloji müşayiət olmalıdır. Ola bilər ki, yenidən evə qayıdandan sonra ailədə onlara hər hansı basqılar olar, müəyyən müddət yaxşı davranandan sonra yenə şiddət tətbiq edə bilərlər ki, həmin addımı bir daha təkrar etməsinlər. Ancaq bunlar birmənalı şəkildə yolverilməz hallardır. Psixoloji reabilitasiyadan keçəndən sonra onlar yenə dərslərinə qayıda, həyatlarını düzgün şəkildə davam etdirə bilərlər. Sabah da cəmiyyət üçün faydalı ola bilər. Bu, reabilitasiyanın aparılmasından asılıdır ki, ya elə bir səhv eləməsinlər, ya da onu təkrar eləməsinlər. Çünki bu yaşda gənclər yeni modellər, ekstrimlər axtarırlar, fərqlənmək, diqqət çəkmək istəyirlər. Bunun üçün də fərqli saç düzümü, geyimlər və davranışlar seçirlər".

Məsələyə düzgün sosial yanaşma da vacibdir. Çünki əks halda problem daha da qəlizləşə və oxşar hadisələrin baş verməsinə səbəb ola bilər.

Valideynlər nə etməli?
Azərbaycan Sosioloqlar Birliyinin icraçı direktoru Əbülfəz Süleymanlı bildirir ki, valideynlərin övladlarını nəzarətsiz qoyması və onların da kommunikasiya vasitələrinin zərərli tərəflərindən istifadə etməsi nəticəsində bu cür təhlükəli hallarla qarşılaşma ehtimalı yüksək olur: "Çünki həmin uşaqlar səmimi ola, uşaqlıq hisslərinə qapıla, qarşılarındakı insanın niyyətini bilməyə bilərlər. Buna görə də, hesab edirəm ki, valideynlərin nəzarəti mütləq gücləndirilməlidir. Xüsusilə də, valideynlərin bu barədə bilgiləri çox olmalıdır".

Sosioloq baş verən hadisəyə yanaşma ilə bağlı da danışdı: "Bir çox informasiya vasitələri bildirdi ki, guya qızların Bakıya gəlişi, bu kimi halların baş verməsi şəhərə meylliliklə bağlıdır. Ancaq məncə, bu cür izahat hadisəyə çox səhv yanaşmadır. Məsələni düzgün qiymətləndirmək, düzgün möqe bildirmək lazımdır. Cəmiyyəti də problemin özünə yönəltmək lazımdır. Yoxsa hadisənin şəhərə meylliliklə nə əlaqəsi var? Bu cür insanlar şəhərdə də eyni problemlə qarşılaşa bilərlər". Psixoloq hesab edir ki, ona görə də, valideynlər maarifləndirməli və övladlarını xüsusi şəkildə nəzarətdə saxlamalıdırlar: "Bilməlidirlər ki, hansı internet saytlarına girirlər, kimlərlə nə yazışırlar? Bütün bunlar barədə məlumatlı olmalıdırlar. İnternetdə xüsusi proqramlar var ki, valideynlər onlardan istifadə edərək uşaqlarının hansı saytlara girdiyini öyrənə və ona qadağa qoya bilərlər". Onun fikrincə, gələcəkdə bu cür halların təkrarlanmaması üçün məsələyə ciddi yanaşmaq lazımdır.

Sosial məsuliyyətsizlik problemi
Cəmiyyətdə bu kimi halların baş verməsi və ona baxışın adiləşməsinə gəldikdə isə, Əbülfəz Süleymanlı qeyd etdi ki,kütləvi informasiya vasitələrinin belə hadisələri çox gündəmdə saxlaması onun daha da artmasına səbəb ola bilər: "Hesab edirəm ki, burda bir qədər ehtiyatlı və diqqətli olmaq lazımdır. Həmçinin, belə məsələlərdə sosial məsuliyyət hissi olmalıdır. İstər media, istərsə də hər hansı ictimai qurumun nümayəndəsi olsun, mövzuya sosial məsuliyyətlə yanaşmalıdırlar. Baş verən hadisə cəmiyyətə təkcə informasiya kimi ötürülməməlidir. Xəbər çatdırılarkən onun arxasındakı fəsadları mütləq götür-qoy etmək, etik cəhətlərə diqqət etmək lazımdır. Çox təəssüflər olsun ki, adi vətəndaşdan tutmuş madia nümayəndəsinə kimi sosial məsuliyyət hissi çox zəifdir və bunu gündəmə gətirmək lazımdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 7645   Tarix: 02 mart 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660