Azərbaycan beynəlxalq cinayətlərlə bağlı işlər üzrə ekstradisiya məsələsini müəyyən edir

Azərbaycan beynəlxalq cinayətlərlə bağlı işlər üzrə ekstradisiya məsələsini müəyyən edirAzərbaycan beynəlxalq cinayətlərlə bağlı işlər üzrə ekstradisiya məsələsini müəyyən edir.

BiG.AZ xəbər verir ki, trend-in məlumatına görə, bununla bağlı məsələ yeni hazırlanan "Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında" qanun layihəsində öz əksini tapıb.

Belə ki, qanunun 18-ci (Beynəlxalq cinayətlərlə bağlı işlər üzrə ekstradisiya) maddəsində qeyd olunur ki, beynəlxalq cinayətin törədilməsində təqsirləndirilən şəxsin xarici dövlətə verilməsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilir. Sorğu edən xarici dövlətlə Azərbaycan Respublikası arasında müvafiq müqavilə olmadıqda "Cinayət törətmiş şəxslərin verilməsı (ekstradisiya)" haqqında Azərbaycan Respublikasının Qanunu tətbiq edilir.

Beynəlxalq cinayətin törədilməsində təqsirləndirilən şəxsin xarici dövlətin sorğusu əsasında verilməsi məqsədləri üçün təcavüz, soyqırım, insanlıq əleyhinə cinayətlər, etnik təmizləmə və müharibə cinayətləri siyasi cinayət və ya onunla bağlı cinayət sayıla bilməz.

Beynəlxalq cinayətin törədilməsində təqsirləndirilən şəxsin verilməsi haqqında xarici dövlətin sorğusu ilə, başqa xarici dövlətin və ya dövlətlərin digər cinayətə və ya cinayətlərə görə həmin şəxsin verilməsi haqqında sorğusu mövcud olduqda, beynəlxalq cinayətlərlə bağlı sorğunun icrasına üstünlük verilir.

Bu cinayətin törədilməsində təqsirləndirilən eyni şəxsin verilməsi və ya təslim edilməsi haqqında xarici dövlətin və beynəlxalq məhkəmə orqanının sorğuları alındıqda, onların hansına üstünlük verilməsi məsələsi işin konkret halları nəzərə alınmaqla Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada həll olunur.

Beynəlxalq cinayətin törədilməsində təqsirləndirilən şəxsin verilməsi haqqında sorğu onun irqi, cinsi, dini, vətəndaşlıq, siyasi baxış və ya etnik mənsubiyyətindən asılı olaraq cəzalandırmaq və ya təqib etmək məqsədini güdərsə və ya sorğunun təmin edilməsi burada göstərilən səbəblərdən hər hansı birinə görə həmin şəxsin vəziyyətinə xələl gətirə bilərsə, belə hallarda bu Qanunun heç bir müddəası verilməyə dair öhdəlikləri müəyyən edən müddəa kimi qəbul edilə və tövsif edilə bilməz.

Beynəlxalq cinayət törədilməsində təqsirləndirilən və xarici dövlətə təhvil verilən və ya beynəlxalq məhkəmə orqanına təslim edilən şəxs buna səbəb olan cinayət və ya cinayətlərdən başqa digər cinayət əməlinə görə Azərbaycan Respublikasının müvafiq səlahiyyətli orqanının razılığı olmadan məsuliyyətə cəlb edilə və cəzalandırıla bilməz.

19-cu (Beynəlxalq cinayətlərə münasibətdə təqib etmə və ya təhvil vermə öhdəliyi) maddədə isə qeyd olunur: "Beynəlxalq cinayət törədilməsində təqsirləndirilən və Azərbaycan Respublikasının ərazisində tutulan şəxs xarici dövlətə təhvil verilmirsə və ya beynəlxalq məhkəmə orqanına təslim olunmursa, onun cinayət təqibi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 453   Tarix: 16 noyabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Azərsun Holdinq" və "Hayat Kimya" uşaq evlərində sosial layihə həyata keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə "Azərsun Holdinq" və "Hayat Kimya" birgə sosial aksiya həyata keçirib. Aksiya çərçivəsində Bakı şəhəri və Abşeron rayonunda yerləşən körpələr evi, əlilliyi olan uşaqlar evi, həmçini

12:40 102
.

Türkiyədə güclü zəlzələ oldu - FOTO

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda zəlzələ baş verib. Bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyindən (AFAD) məlumat verilib. Məlumata görə, yeraltı təkanların gücü 5,6 bal olub. Zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib

18.04.2024 612
.

"Artıq tək olmaq istəmirəm, gəncəm"- Aynur Dadaşova

Müğənni Aynur Dadaşova imicində kəskin dəyişiklik edib. O, 35 il sonra saçlarını kəsdirib və sarı rəngə boyadıb. -ın xəbərinə görə, Aynur Dadaşova saçları kimi həyatında da yenilik etmək istədiyini bildirib. "Yeni bir limana başlamaq istəyirəm. Artıq tək olmaq istməriməm. Gəncəm, hələ 50 yaşım yoxdur

18.04.2024 589
.

"Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı

"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib

18.04.2024 285
.

Qəzzada ölənlərin sayı 33970-yə çatıb

İsrail ordusunun Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 33970-yə çatıb. xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 195 gündür Qəzza zolağına hücumları ilə bağlı məlumat verilib. Açıqlamaya görə, İsrail ordusunu

18.04.2024 184
.

Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu

Ukrayna Prezidenti Volodimir Zelenskiyə sui-qəsdin təşkilində Rusiya xüsusi xidmət orqanlarına köməklik göstərən şəxs Polşada saxlanılıb. Ukrayna Baş Prokurorluğunun məlumatına görə, əməliyyatı Polşanın hüquq-mühafizə orqanları Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə həyata keçiriblər

18.04.2024 318
.

Türkiyədə 5,7 bal gücündə zəlzələdən sonra ÜRƏKAĞRIDAN GÖRÜNTÜLƏR

Türkiyənin Tokat vilayətində baş verən zəlzələlərin vurduğu ziyanlar görüntülənib. "Haber Global"a istinadən xəbər verir ki, zəlzələnin episentri olan Sulusaray rayonu dron ilə havadan çəkilib. Görüntülərdə zəlzələnin vurduğu ziyanın miqyası əks olunub. Həmçinin zəlzələnin baş verdiyi bölgələrd

10:02 490
.

Britaniya şahzadəsi ABŞ vətəndaşı oldu

Kral II Çarlzın oğlu və Böyük Britaniya taxtının növbədə beşinci varisi olan Sasseks hersoqu, şahzadə Harri ABŞ rezidenti olduğunu rəsmən təsdiqləyib. Məlumata görə, onun nəzarət etdiyi səyahət şirkəti bu həftə Britaniya səlahiyyətlilərinə şahzadənin köçdüyünü və hazırda ABŞ-də yaşadığını bildirən sənədlə

12:27 114
.

Bakı küçələrində lüt qaçan kişi xəstəxanaya yerləşdirildi

Sosial şəbəkələrdə küçədə lüt gəzən kişinin görüntüləri yayılıb. -ın əldə etdiyi məlumata görə, küçədə çılpaq gəzən şəxsin sosial şəbəkələrdə əks olunan görüntüləri araşdırılıb. Polis tərəfindən 1986-cı il təvəllüdlü şəxs müəyyən olunub. Qardaşının müraciəti əsasında onun sağlamlıq vəziyyəti nəzərə alınara

18.04.2024 826