Payız tətili başlayır: Dünya ölkələrinin təhsilində tətil nə qədərdir? - AÇIQLAMA

Payız tətili başlayır: Dünya ölkələrinin təhsilində tətil nə qədərdir? - AÇIQLAMA

Təhsil Nazirliyi sabahdan payız tətilinin başlandığını elan etdi. Lakin nəzər salsaq görərik ki, Azərbaycan təhsil sistemində olan tətil günlərinin sayı digər inkişaf etmiş ölkələrin təhsil sistemi ilə müqaisədə daha çoxdur.

Bu barədə BiG.AZ-a açıqlama verən təhsil eksperti Kamran Əsədov Azərbaycan təhsil sistemini digər inkişaf etmiş ölkələrinin təhsil sistemi ilə müqaisəsini aparıb: "İlk növbədə qeyd edim ki, Azərbaycanda istirahət və bayram günləri, eləcə də tətil günləri nəzərə alınmadıqda 5 günlük tədris həftəsi ilə işləyən ümumtəhsil məktəblərində il ərzində 164, 6 günlük tədris həftəsi ilə işləyən məktəblərdə isə il ərzində 197 gün dərs keçirilir. Buna görə də şagirdlər ildə 201 və ya 168 gün istirahət edirlər.

Payız tətili başlayır: Dünya ölkələrinin təhsilində tətil nə qədərdir? - AÇIQLAMA

Dünyada təhsil səvviyyəsi yüksək olan ölkələrdə tədris həftəsinin orta göstəricisi 38 həftə, Azərbaycanda isə 32 həftədir.

Digər ölkələrlə bağlı maraqlı məlumatları qeyd edim. Belə ki, Amerikada tədris ili 180 gündür. Məktəblilərin yay tətili 9-11 həftə çəkir. Milad bayramında 1,5-2 həftə, Şükran Günü bayramında 2-3 gün, Pasxa bayramında isə 2-5 günlük kiçik tətillər olur".

Avropa ölkələrində tətillər nə vaxtlar verilir?

-Danimarka, Fransa və İngiltərədə yay tətili 6 həftə olur. Bu ölkələrin ara tətilləri də (rüblük) cəmi 5 gündür. İsveçdə tədris ili iyunun ortasından avqustun ortasınadək davam edir. Milad bayramı ilə bağlı 15 günlük tətil İsveç məktəblilərinin dərs ilini iki hissəyə bölür. Yaponiyada ildə iki böyük tətil - martın sonundan aprelin əvvəlinə və iyulun sonundan avqustun sonuna kimi nəzərdə tutulub. Yay tətili ilin ən uzun tətilidir. 24 dekabrdan 7 yanvara qədər ənənəvi qış tətilidir.

Kanadada yay tətili iyul-avqustu əhatə edir. Qış tətili isə cəmi 2 həftə olur. "Marta Break" adını daşıyan yaz tətili isə martın üçüncü bazar ertəsindən başlayıb bir həftə sürür. Almaniyada yay tətili 6 həftədən çox olmur. Pasxa bayramında 2, payızda 1 həftəlik tətil, habelə dekabrın sonundan yanvarın ilk ongünlüyünə qədər davam edən qış tətilindən başqa tətil yoxdur. Norveçdə dərs ili avqustun son həftəsindən başlayır və iyunun ortasına kimi davam edir. Qış tətili və Pasxa bayramı da 1 həftəlik tətillərlə müşayiət olunur.

Təkrar yenə də ölkəmizə qayıdaq, Azərbaycanda isə il ərzində şagirdlərə 3 ay 15 gün yay, Yeni il və Novruz bayramlarında isə hərəsi 1 həftə olmaqla istirahət verilir. Yəni ildə 4 ay. Bundan başqa, İngiltərədə tədris ili 38 həftə davam edir. Yəni yayda 6, Milad və Pasxa bayramlarında isə 2-3 həftə tətil olur. Orada tətillərin müddəti keçilən dərslərin saatları ilə də mütənasibdir. ABŞ-da səhər saat 8:30-da başlayan dərs 16:00-da qurtarır. İngiltərədə saat 9:00-da başlayan dərs 15:30-da başa çatır.

Azərbaycanda orta məktəblər digər ölkələrlə müqaisədə rəqabətə uyğundurmu?

-Belə məlum olur ki, Azərbaycan orta məktəbi rəqabətə uyğun deyil. Standartlara görə, orta təhsil ən azı 12 il nəzərdə tutulur. ABŞ, Kanada, Fransa, İspaniya, Yaponiya, Polşa, Moldova, Özbəkistan, Ukrayna, Belarus və Gürcüstanda orta təhsil 12 ildir. Almaniya, İsveçrə, İtaliya və Çexiyada 13, Hollandiyada 14 ildir. 12 illik təhsilə keçidin tətillərə təsiri ola bilərdi. Yəni o zaman bol tətillər tətbiq oluna bilər.

Tətillərlə bağlı "Təhsil haqqında" qanunda nələr qeyd edilib?

-Maraqlısı odur ki, bizim tətillərlə bağlı "Təhsil haqqında" Qanunda heç nə yazılmayıb. İbtidai, ümumi orta və tam orta təhsildə tətillərin nə qədər nəzərdə tutulması qanunda göstərilməyib. Yəni tətillərin müddəti və sayı qanunla tənzimlənmir. Məsələn, İngiltərədə əsas məqsəd şagirdlərin sərbəst bilik qazanması və onun təcrübədə tətbiqidir. Uşaqlar ən çox kitabxana və laboratoriyalarda məşğul olur, tez-tez yoxlama esseləri və layihələr yazır. Azərbaycan məktəbləri isə sovet dövründə olduğu kimi mərkəzləşmiş qaydada idarə olunur. Tətil günləri və dərsin müddəti vahid mərkəzdən müəyyənləşdirilir.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1377 Tarix: 15.11.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol