Ceyranbatanda məktəbdə faciəvi dava - Şagirdləri ayıran xadimə aldığı xəsarətdən ölüb

Ceyranbatanda məktəbdə faciəvi dava - Şagirdləri ayıran xadimə aldığı xəsarətdən ölüb

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 1 saylı orta məktəbdə şagirdlər arasında dava düşüb.

BiG.AZ report-a istinadən xəbər verir ki, şagirdləri ayırmaq istəyən məktəbin xadiməsi, 45 yaşlı Sevda Nəzəriyevaya davada iştirak edənlərdən birinin təpiyi (ayaq zərbəsi) dəyib. O, Sumqayıt Şəhər Xəstəxanasına yerləşdirilib. Ciyər və dalaq nahiyəsindən xəsarətlər alan xadimə əməliyyat masasında ölüb.

Faktla bağlı araşdırma aparılır.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 7548 Tarix: 15.11.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol