Samuxda tanışlar arasında dava düşüb, xəsarət alanlar var

Samuxda tanışlar arasında dava düşüb, xəsarət alanlar var

Samux rayonunda tanışlar arasında əlbəyaxa dava düşüb.
BiG.AZ report-a istinadən xəbər verir ki, Qərb bürosunun məlumatına görə, hadisə rayonun Sərkər kəndində baş verib.
Belə ki, əlbəyaxa dava nəticəsində kənd sakini, 1982-ci il təvəllüdlü Nəsibov Anar Rabil oğlu baş və sifət nahiyəsindən ağır xəsarətlər alıb. O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Əlbəyaxa dava zamanı A.Nəsibovun tanışı da xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 150 Tarix: 15.11.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol