Türkiyədə güclü qasırğa: Xəsarət alanlar var

Türkiyədə güclü qasırğa: Xəsarət alanlar var

Türkiyənin Antalya əyalətinə baş verən güclü qasırğa nəticəsində ən azı 38 nəfər xəsarət alıb.

BiG.AZ Türkiyə KİV-ə istinadən xəbər verir ki, xəsarət alanlardan üçünün vəziyyəti ağırdır.

Qasırğa Antalyanın daha çox Finikə, Kaş, Dəmrə, Qumluca və Kəmər rayonlarına zərər vurub. Güclü külək evlərin damını yerindən çıxarıb, ağacları sındırıb, binaların divarını dağıdıb. İri dolu və leysan yağışları kənd təsərrüfatına ciddi ziyan vurub.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 650 Tarix: 15.11.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol