Sərnişin təyyarəsi qəzaya uğradı: ölənlər var

Sərnişin təyyarəsi qəzaya uğradı: ölənlər var

Rusiyanın Xabarovsk diyarında L-410 tipli sərnişin təyyarəsi Nelkan aeroportuna qəzalı eniş edib.

BiG.AZ yenicag.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 8 nəfər həlak olub. Onlardan 6-sı sərnişin olub, digərləri isə ekipaj üzvü. Məlumata görə, qəzada bir azyaşlı sağ qalıb. Xəstəxanaya çatdırılan uşağın vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 614 Tarix: 15.11.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol