İranda ölənlərin sayı artır

İranda ölənlərin sayı artır

İranda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı artmaqda davam edir.
BiG.AZ ölkə.az-a istinadən xəbər verir ki, İranda baş vermiş zəlzələ nəticəsində ölənlərin 530 nəfərə çatıb. Bu barədə “Mehr” Agentliyi məlumat yayıb. Verilən xəbərə görə, təbii fəlakət nəticəsində təqribən 7500 nəfər xəsarət alıb.
Qeyd edək ki, noyabrın 12-də İran-İraq sərhədində 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində İranda 12 min ev dağılıb. İranın dini lideri Əli Xamenei xalqa başsağlığı verib və xəsarət alanlara kömək etmək barədə hərbçilərə göstəriş verib. Noyabrın 14-də İranın bütün ərazisində milli matəm günü elan olunub.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 341 Tarix: 15.11.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol