Orta yaşlı kişini şadlıq evinin qarşısında bıçaqladılar

Orta yaşlı kişini şadlıq evinin qarşısında bıçaqladılar

Bakıda şadlıq evinin qarşısında orta yaşlı kişi bıçaqlanıb.
BiG.AZ report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Belə ki, Bakıxanov qəsəbəsində, "Fidan" şadlıq evinin qarşısında 1985-ci il təvəllüdlü Baxşəliyev Rəsul Qərib oğlu tanıdığı şəxslə əlbəyaxa dava edib. Nəticədə onun sağrı və bud nahiyəsinə ümumilikdə iki bıçaq xəsarəti yetirilib.
Yaralı xəstəxanaya yerləşdirilib.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsin axtarışına başlayıb.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 137 Tarix: 15.11.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol