Azərbaycanda yanacağın qiymətində artım olacaqmı? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda yanacağın qiymətində artım olacaqmı? - RƏSMİ AÇIQLAMA

Rusiyada benzinin birja qiymətləri tarixi maksimumu yeniləyib. Eləcə də qonşu Rusiya ilə yanaşı Gürcüstanda da yanacağın qiymətində artım olub.

BiG.AZ xəbər verir ki, Rusiyada noyabrın 7-13-də "Ai-95" markalı benzinin topdansatış qiyməti 1,7%, "Ai-92" markalı benzinin qiyməti isə 2,3% artıb. "Ai-95" benzinin bir tonu 44,99 min rubla, "Ai-92"-nin isə 42,82 min rubla qədər qalxıb.

Rusiya ilə yanaşı Gürcüstanda da rəqəmləq artıma doğru dəyişib. Belə ki, yanacağın qiyməti orta hesabla 10 tetri bahalaşıb. Oktyabr-noyabr aylarında dizel yanacağının qiyməti 6-11 tetri, benzinin qiyməti isə 5-10 tetri artıb.

Azərbaycanda yanacağın qiymətində artım olacaqmı? - RƏSMİ AÇIQLAMA

Qonşu ölkələrdə qiymətin artması Azərbaycana da təsir göstərə bilərmi? Məsələ ilə bağlı BiG.Az-a danışan iqtisadçı ekspert Vüqar Bayramov bunun Tarif Şurasında asılı olan bir qərar olduğunu bildirdi: "Azərbaycanın qeyri-neft ixracatının artırılmasının prioritet olduğu bir dövrdə yanacağın qiymətinin artırılmasına ehtiyac hiss edilmir. Yanacağın, xüsusən də dizelin bahalaşmasının hətta müzakirəsi də o qədər arzuolunan deyil. Dizel yanacağının qiyməti kənd təsərrüfatı daxil olmaqla əksər sektorlarda xərci müəyyənləşdirən əsas faktorlardandır. Bu baxımdan, dizelin qiyməti yüksəldiyi halda yalnız aqrar məhsullarda deyil, çox fərqli sahələrdə o cümlədən, nəqliyyatda qiymət artımları müşahidə edilə bilər. Bu həm daxili bazarda qiymətlərin tənzimlənməsi, həm də qeyri-neft məhsullarının ixracı baxımdan arzuolunan deyil. Buna görə də, yanacaq məhsullarının xərclərinin optimallaşdırılması üçün kooporativ idarəetmənin təkmilləşdirilməsi daxil olmaqla xərclərin dövlət tərəfindən birbaşa və dolayı balanslaşdırılması yolu ilə qiymət artımlarına getməməyə ehtiyac var. Hər bir halda ölkəmizdə yanacağın qiymətinin artırılması Tarif Şurasından asılı olan bir qərardır".

Azərbaycanda yanacağın qiymətində artım olacaqmı? - RƏSMİ AÇIQLAMA

İqtisadçı ekspert Pərviz Heydərov yanacağın qiymətinin artımını proqnozlaşdırdığını, qiymət artımının isə qaçılmaz olduğunu bildirdi: "Məlum olduğu kimi, ölkəmizdə yanacaq məhsullarının qiymətləri dövlət tərəfindən tənzimlənir. Sadəcə olaraq, Aİ-95 ilə Aİ-98 sərbəst bazar qiymətinə satılır. Lakin bu da çox hiss olunmur. Belə ki, yanacağın sərbəst bazar qiymətlərinə satıldığı ölkələrə diqqət yetirsək, onlarda neftin qiymətiylə, tələbatla və bir sıra digər amillərlə əlaqədar, tariflərin artdığının şahidi olsaq da, hərdən ucuzladığını da görürük. Bizdə isə bu, baş vermir. Məsələn, Aİ-95 markalı benzin qiyməti sərbəstləşdirildikdən sonra tədricən bahalaşaraq 1,15 manata qədər gəlib çıxsa da, bir dəfə də olsa ucuzlaşmadı. Aİ-95 işlədənlərin çoxu hətta Aİ-92-yə keçdi. Yəni, tələbat azaldı. Amma yenə də qiymət enişi baş vermədi...

Bəli, bu gün qonşu Gürcüstanda və Rusiyada yanacağın qiymətində bahalaşma var. Bu, müxtəlif səbəblərlə əlaqədardır. Bizdə bu il tənzimlənən yanacaq qiymətləri arasında Aİ-92 bir dəfə bahalaşdı. Çünki Aİ-95 bir müddət əvvəl 1,15 azn-ə qalxanda artıq, aydın idi ki, Aİ-92 də bahalaşacaq və 90 qəpik olacaq. Bayaq da qeyd etdim ki, Aİ-95 işlədənlərin çoxu Aİ-92-yə keçdi. Aİ-92-nin isə bazarda satış payı onsuz da 80-85 % təşkil edirdi. Hazırda qonşu ölkələrdə yanacaq bahalaşmasaydı belə, bizdə növbəti qiymət artımının dizel yanacağı üzrə olacağı tərəfimdən proqnoz edilmişdir. Hesab edirəm ki, bu, indilərdə baş verməyə bilsə də, yaxında qaçılmazdı".

Azərbaycan İqtisadiyyat Nazirliyinin və Tarif Şurasının mətbuat xidmətinin rəhbəri Abbas Əliyev BiG.Az-a açıqlamasında ölkəmizdə yanacağın qiymətinin artmayacağını və bunun müzakirə mövzusu olmadığını bildirdi: "Tarif Şurasında yanacağın qiyməti ilə bağlı məsələ müzakirə olunmur və qiymət artımı gözlənilmir".

BiG.Az
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1847 Tarix: 14.11.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
_MATiLLA_
_MATiLLA_ 14.11.2017
axaxaxa


 
Picasso
Picasso 14.11.2017
bigaz yaza yaza benzinin qiymetini artirmasa el ceken deyil