Ağac kəsən qadın cərimələndi

Ağac kəsən qadın cərimələndi

Gəncə şəhəri, Nizami rayonu, Rüstəm Əliyev küçəsi 1 ünvanında yerləşən yaşayış evinin qarşısındakı sahədə yaş köküstə 2 ədəd əncir ağacının kəsilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən BiG.AZ-a verilən məlumata görə, fakt nazirlik əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə keçirilən reyd zamanı aşkarlanıb.
Araşdırma zamanı ağacların sözügedən ünvanda yaşayan Afət Qənbərova tərəfindən qanunsuz kəsildiyi məlum olub. Faktla bağlı protokol tərtib edilib.
İnzibati xəta törətdiyinə görə qanun pozucusu barəsində fiziki şəxs qismində 2000 manat məbləğində cərimə tətbiq olunub, təbiətə dəymiş ziyana görə 600 manat məbləğində iddia qaldırılıb.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 562 Tarix: 14.11.2017



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər