İrandakı zəlzələ təxminən 12 min evi dağıdıb

İrandakı zəlzələ təxminən 12 min evi dağıdıb

İranın İraqla sərhədində baş vermiş, 400-dən çox insanın öldüyü güclü zəlzələ nəticəsində dağılan evlərin sayı təxminən 12 min qeyd olunub.

BiG.AZ trend-ə istinadən xəbər verir ki, bu rəqəmi İran üzrə Qızıl Xaç Cəmiyyətinin rəhbəri Morteza Salimi səsləndirib.

Daha öncə İranın mədəni irs və turizm naziri Əli Əsgər Munesan bildrimişdi ki, zəlzələ nəticəsində bir neçə tarixi abidə də dağılıb.

Qeyd edək ki, İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda son məlumatlara görə ölənlərin sayı 450-yə yaxın olub. Yaralıların sayı 7 mindən çoxdur.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 969 Tarix: 14.11.2017



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər