"Qaçanda polis saxladı" - Qadının telefonunu oğurlayan keçmiş məhkum - VİDEO

"Qaçanda polis saxladı" - Qadının telefonunu oğurlayan keçmiş məhkum - VİDEO

Bakıda qadının telefonunu oğurlayıb qaçmaq istəyən şəxs yaxalanıb.

ARB TV xəbər verir ki, noyabrın 12-də Qara Qarayev prospektində yerləşən ticarət mərkəzlərindən birinin qarşısında naməlum şəxs paytaxt sakini olan bir qadının 550 manat dəyərində mobil telefonunu soyğunçuluq yolu ilə ələ keçirərək hadisə yerindən qaçıb.

Zərərçəkən hadisə barədə həmin ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının 5-ci Patrul Bölüyünün əməkdaşlarına məlumat verib. Cinayəti törətməkdə şübhəli bilinən şəxsin isti izlərlə axtarışı həyata keçirilib və o, hadisə yerindən 300-400 metr kənarda saxlanılaraq zərərsizləşdirilib.

Cinayəti törətməkdə şübhəli bilinən şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş Mingəçevir şəhər sakini Emil Məmmədov olduğu məlum olub.

Emil Məmmədov – Saxlanılan şəxs: ““Vasmoy”da bazarın qabağından cibdən telefon çıxartmışam. Qaçanda da polis saxlayıb”.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya ərazi üzrə polis idarəsi müraciət edə bilərlər.

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 299 Tarix: 14.11.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol